Fenol (C
6
H
5
OH). Fenolun ətraf mühitə düşməsinin əsas mənbələri metallurgiya və koks-kimya zavodları,
fenolformaldehid qətranı, kley, müxtəlif plastiklər, dəri və mebel sənayesi hesab olunur. Atmosfer havası ilə
fenolun orqanizmə daxil olması havada onun konsentrasiyası 200 mkq/m
3
olduqda 4 mq/sut., hisdə qurudulmuş
qida ilə – 2 mq/sut. və içməli su ilə (300 mkq/l kensentrasiyada) – 0,6 mkq/sut. təşkil edir. Çəkisi 70 kq olan
adam üçün fenolun orta sutkalıq dozası 100 mkq/kq bədəninin kütləsi qədər təşkil edir.
Fenol sinir sistemini zədələyir, ağız, burun-udlaq, yuxarı tənəffüs yollarının selikli qişasına, mədə-bağırsaq
traktına qıcıqlandırıcı təsir göstərir, qusma, baş ağrıları, başgicəllənməsi, tərləmək, yuxunun pozulması, ürək
döyüntüsü əmələ gətirir. Fenol dəriyə, tənəffüs yolları və mədə-bağırsaq traktı tərəfindən tez hopur, sonra isə
böyrəklərdə və qaraciyərdə toplanır.
ABŞ-ın Gigiyena Əmək Assosiasiyasının tövsiyəsinə əsasən fəhlələrin sidiyində fenolun miqdarı iş
gününün sonunda 250 mq/q kreatini keçməməlidir.
Fenol içməli suya çirkab suların mənbəyindən daxil olur və ya su kəməri sistemində işlədilən polimer
materiallarından miqrasiya edir.
Dostları ilə paylaş: |