QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə344/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   340   341   342   343   344   345   346   347   ...   706
Sidikdə  və saçlarda arsenin konsentrasiyasının öyrənilməsi diaqnostik əhəmiyyətə malikdir. Orqanizmə 

daxil olan arsen saçın strukturuna daxil olur, onun yüksək dərəcədə toplanmasını saçlarda olan keratinin 

miqdarının çox olması təsdiq edir. Çex tədqiqatçıları tərəfindən (V.Bencho, 1977), tərkibində yüksək miqdarda 

arsen olan yerli kömürlə uşaqlarda eşitmənin pozulması aşkar edilmişdir. Saçlarda arsenin yol verilən miqdarı 1 

mkq/q olması tövsiyə olunmuşdur. Rusiyada uşaqların saçlarında arsenin miqdarı 01-03 mkq/q-ı keçmir. 

Tərkibində arsenin miqdarı yüksək (220 mkq/l) olan sudan istifadə etdikdə onun saçlarda konsentrasiyasının çox 

olması (Alyaska, Ferbensk şəhəri) aşkar olunmuşdur. Beləliklə, saçlarda və suda arsenin miqdarı ilə sıx korre-

lyasiya mövcuddur. Saçlarda arsenin toplanması içməli suyun tərkibində arsenin miqdarı 10 mkq/l (yəni YVK 

səviyyəsində) olduqda başlayır. Tərkibində 500 mkq/l arsen olan (50 YVK) içməli sudan istifadə edən adamlar-

da dərinin spesifik zədələnməsi (arsenli melanoz və keratoz) baş verir.  

Arsenin təsirinin effektinin təyin edilməsində bu elementin sidikdə analizindən də istifadə olunur. İstehsalat 

şəraitində arsenin təsirinə  məruz qalmayan şəxslərin sidiyində onun miqdarı 10-50 mkq/l arasında olmalıdır. 

ABŞ əmək gigiyenstlər Assosiasiyası tərəfindən sidikdə arsenin miqdarının normativ səviyyəsi 70 mkq/l tövsiyə 

olunur; arsenin miqdarı iş həftəsinin sonunda ölçülür.                      




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   340   341   342   343   344   345   346   347   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin