12.2. Davamlı üzvi çirkləndiricilər (düç) və onların
insanın sağlamlığına təsiri
Davamlı üzvi çirkləndiricilər (persistent organic pollutants) xlor üzvi birləşmələr sinfinə daxildir. Onun
əsas xüsusiyyəti ətraf mühitdə on və yüz illərlə dəyişilmədən qalması qabiliyyətidir. Onların bəziləri canlı
orqanizmlərin toxumalarında toplanır, həm də onların konsentrasiyası qida zənciri ilə hərəkət etdikcə artır. Son
zamanlar xlor üzvi çirkləndiricilərin öyrənilməsinə diqqətin artması, onun hətta sənaye istehsalı və insan
fəaliyyətinin təsiri olmayan ərazilərdə (məsələn Arktikada) aşkar olunmasıdır. Dünyada ən təhlükəli DÜÇ-in
siyahısına aşağıdakı 12 birləşmə daxildir: arzu olunmayan əlavə üzvi məhsullar – polixlordibenzodioksinlər
(PXDD) və polixlordibenzofuranlar (PXDF), sənaye məhsulları polixlorbifenillər (PXB) və heksaxlorbenzol
(HXB), həmçinin 8 pestisidlər (DDT, aldrin, dieldrin, endrin, xlordan, mikers, toksafen və heptaxlor).
2002-ci ildə dünyanın bir çox ölkələri DÜÇ üzrə Stokholm konvensiyasını təsdiq etdilər. Konvensiyanın
tərəfləri müəyyən məqsədlə DÜÇ-nin istehsalı və istifadəsi nəticəsində əmələ gələn tullantıların azaldılması və
ya ləğv edilməsi, bu istiqamətdə tədqiqatların aparılması, bu məsələlər ilə cəmiyyəti məlumatlandırmaq və
xəbərdarlıq etmək üzrə əsas fəaliyyətlərin (işlərin) yerinə yetirilməsi haqqında sazişə gəldilər.
DÜÇ-lərin əksəriyyəti kanserogen maddələrdir (cədvəl 12.5). Onlardan ən toksikləri dioksin 2, 3, 7, 8,
TXDD (tetraxlordibenzo-n dioksin) MAİR I qrup maddələrə aid edilib, onun bədxassəli yeni törəmələr əmələ
gətirməsi tam təsdiqini tapmışdır. Ekoloji-epidemioloji tədqiqatlar göstərir ki, DÜÇ politrop təsirə malikdir,
aqrar rayonlarda o, pestisidlərin təsiri ilə, sənaye mərkəzlərində və tikinti yerlərində isə – dioksinlər və PXB-in
tullantıları ilə əlaqədardır.
Cədvəl 12.5
|