QəRİb məMMƏdov, mahmud xəLİlov


Polixlorlu bifenillər (PXB)



Yüklə 4,26 Mb.
səhifə355/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   351   352   353   354   355   356   357   358   ...   706
 

12.2.2. Polixlorlu bifenillər (PXB) 

PXB-in sintezi dünyada sənaye miqyasında 1920-ci illərin sonunda həyata keçirilməyə başlandı. 1970-ci 

illərdə bir sıra məhsulların hazırlanması zamanı ondan istifadə olunması qadağan edildi. Lakin PXB-in 

buraxılması davam etdirildi, çünki transformatorların, kondensatorların və müxtəlif hidravlik avadanlıqların 

yığılmasında ona tələbat çox idi. Kondensator və transformatorların sovol (PXB) və sovtal (PXB və trixlorbife-

nilin (TXB) qarışığı) doldurucuları ilə kütləvi buraxılmasına 1960-cı illərdən başlandı  və 1989-1990-cı illərə 

qədər bu buraxılış dayandırılmadı. PXB-dən həm də lak, mum, sintetik qətran, epoksidli boyalar və gəmilərin alt 

hissəsi üçün rənglər, sürgü-soyuducu mayelər və s. hazırlanmasında istifadə olunur. Qiymət məlumatına əsasən 

keçmiş SSRİ-də 100 min ədəddən artıq həcmi 10-dan 2500 kq-a qədər olan transformator hazırlanmışdır. 

Rusiyanın bəzi zavodları bir neçə yüz ədəd PXB tərkibli yağ olan transformatorlarla təchiz olunmuşdur.  

Hazırda 1986-cı ilə qədər buraxılan Rusiyanın enerji sistemlərində xaricdə istehsal olunan TXB ilə dolduru-

lan 200 min güclü transformator istismar edilir (Reviç və b., 2004). Həmin vaxtdan etibarən enerji sistemlərinə 

TXB və ya tərkibində PXB olan digər avadanlıqlar verilmir. Yeni kondensatorlarda TXB əvəzinə ekoloji 

təhlükəsiz dielektrikdən  istifadə edilir.  

PXB-nin çox hissəsi işləndikdən sonra zibilliklərə atılır və ya yandırılır. Onların atmosferə daxil olmasının 

bir yolu saylır (bütün itkinin 50%-ə qədəri). Bundan başqa PXB atmosferə bilavasitə əlavə buxarlanma (6%) ilə 

də daxil olur.  

Elektrotexniki yoxlamaların qabaqcadan verdiyi məlumata görə 30 min PXB tərkibli yağlar olan 1000-dən 

artıq obyekt mövcuddur.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin