QəRİb məMMƏdov, mahmud xəLİlov


«Yağ» xəstəlikləri. Yu-şo xəstəliyi



Yüklə 4,26 Mb.
səhifə357/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   353   354   355   356   357   358   359   360   ...   706
 «Yağ» xəstəlikləri. Yu-şo xəstəliyi. Yaponiyada PXB-nin qida məhsullarına izafi daxil olması  əhalinin 

sağlamlığında kəskin nəticələr baş vermişdir.  

1968-ci ildə Yaponiyada düyü yağının təmizlənməsi mərhələsində  məhsula «kanexlor-400» (PXB və 

PXDF, az miqdarda isə PXDD-in əlavə edilməsi qarışığı ticarət adı) düşmüşdür. Bunun nəticəsində Fukuoka və 

Naqasaki prefekturalarında yaşayan adamlarda əmələ  gələn xəstəlik «yu-şo» adlandırılmışdır. Düyü yağında 

tapılan PXB (TE)-in orta konsentrasiyası 0,98mkq/q, dioksinlər isə lap az olmuşdur. PXB-in orqanizmə 

gündəlik daxil olması 154 nq/kq-a çatmış (dioksin ekvivalentində), bu isə fon səviyyəsindən xeyli çoxdur. Zərər 

çəkən adamların qanında və yağ toxumalarında xeyli miqdarda PXB aşkar olunmuşdur.  

Qidada çirklənmiş yağdan istifadə edilməsi nəticəsində 2 minə yaxın adam ziyan çəkmiş, onların 149-u 

ölmüşdür. Xəstəliyin ilk simptomları bol tüpürcək axma, üst göz qapağının şişməsi, sızanaqşəkilli (civəşəkilli) 

səpki (kamedon), piy vəzilərinin fəaliyyətinin güclənməsi, dərinin piqmentləşməsi, tərləmək, zəiflik hissiyyatı 

olmuşdur. Xəstəlik ümumi yorğunluq, baş  ağrıları,  əzginlik (süstlük), ağır nəfəsalma ilə  səciyyələnir. Yu-Şo 

xəstəliyinə tutulmuş qadınlarda vaxtından qabaq doğum, bəzən ölü uşaq doğumu olmuşdur. Doğulan 11 

uşaqdan 9-nun dərisinin piqmenti qeyri adi tünd-qəhvəyi (tünd qəhvəyi ləkəli boz dəri), həmçinin dırnaqların və 

diş ətinin selikli qişasının piqmentləşməsi qeydə alınmış, çox yaş axması müşahidə edilmişdir .  

Vaxtilə zəhərlənməyə məruz qalan qadınların yeni doğulan uşaqlarının dərisi tünd rəngli olması ilə seçilir. 

Belə  uşaqları  «qara bəbələr» (black babies) adlandırılırdı. Onların çəkiləri sağlam anaların uşaqları ilə 

müqayisədə azçəkili, anadangəlmə qüsurlu olub dişləri, diş ətləri, dəri və ağciyərlərində xəstəlik müşahidə olu-

nur. Sonrakı epidemioloji tədqiqatların nəticələri göstərdi ki, Yu-Şo xəstəliyinə məruz qalan adamlarda xərçəng 

xəstəliklərindən ölüm hadisələrinin 3-6 dəfə çox olması aşkar edilmişdir.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin