«Oranj» agentinin tətbiqinin nəticələri. Vyetkonqun hərbi gücünü görmək məqsədilə 1964-cü ildə ABŞ-
ın hərbi hava qüvvələri tropik meşələrində ağacları yarpaqsızlaşdırmaq üçün kütləvi surətdə defoliant
herbisidindən istifadə etmişdir. Tərkibində 170 kq ən toksik konqener TXDD olan «Oranj» agentinin tətbiqi
nəticəsində Cənubi Vyetnam, Kampuçiya, Laosun əhalisinə, həm də bu əməliyyatda iştirak edən ABŞ, Kanada
və Avstraliyanın öz hərbi qüvvələrinə böyük ziyan dəymişdir. Hətta «oranj»dan istifadədən 20 il keçdikdən so-
nra da onun nəticələrinin effekti qeydə alınmışdır. Vyetnam müharibəsində «oranj» agentinin tozlandırılması ilə
məşğul olan Amerika veteranlarının üzərində aparılan müşahidələr onlarda diabetin əmələ gəlməsi 2, 3, 7, 8
TXDD-in təsiri arasında korrelyasiya aşkar etməyə imkan yaratmışdır.
1976-cı ildə Şimali İtaliyada Sevezo şəhərində kimya zavodunda baş verən qəza nəticəsində ətraf mühitə
çoxlu miqdarda 2, 3, 7, 8 TXDD daxil olmuşdur. Bunun nəticəsində 220 adamın dərisində xüsusi səpki (xlo-
rakne) əmələ gəlmişdir. bu xəstəliyə uşaqlar daha çox məruz qalmışlar. Qəzanın nəticələri reproduktiv funk-
siyada böyük dəyişkənliyə səbəb olmuşdur. Qəzadan ziyan çəkmiş Sevezo şəhərinin əhalisində (çirklənmiş
ərazidə) 15 il müddətində daima xərçəng xəstəliynin bəzi formalarının yüksək inkişaf riski qeydə alınmışdır.
Dostları ilə paylaş: |