Kadmiumun sağlamlığa təsiri. Orqanizmdə kadmiumun saxlanmasına insanın yaşı təsir göstərir. Uşaq və
yeniyetmələrdə onun sorulma dərəcəsi böyüklərdə olduğundan 5 dəfə yüksəkdir. Kadmium ağciyər və mədə-
bağırsaq traktından absorbsiya olunaraq bir neçə dəqiqədən sonra qanda müəyyən edilir, lakin onun səviyyəsi
ilk sutkalar ərzində tez azalır. O, kanserogen (2A qrupu), qonadotrop, embriotrop, mutagen və nefrotoksiki
təsirə malikdir. Hətta aşağı səviyyə çirklənmədə kadmiumun əhali üçün əlverişsiz təsirinin real təhlükə
yaratması bu metalın yüksək bioloji kumulyasiyası (toplanması) ilə əlaqədardır. İşçi zonasında yüksək
konsentrasiyalı kadmiumla qısa kontaktda olduqda yüngül fibroza, ağciyər və qaraciyərin funksiyasının davamlı
pozulmasına səbəb olur.
Orqanizmə inhalyasiya (nəfəsalma) yolu ilə daxil olan kadmiumun 50%-ə qədəri ağciyərlərdə çökür.
Kadmiumun ağciyərlərdə udulma dərəcəsi birləşmələrin həll olma dərəcəsindən, onun dispersliyindən və
tənəffüs orqanlarının funksional vəziyyətindən asılıdır. Mədə-bağırsaq yolunda (traktında) kadmium orta hesab-
la 5% absorbsiya olunur, odur ki, qida ilə orqanizmin toxumalarına az miqdarda kadmium daxil olur.
Kadmiumun hədəf orqanları qaraciyər, böyrəklər, ilik, sperma, boruvari sümüklər və qismən dalaq hesab
olunur. Kadmium əsasən qaraciyərdə toplanır, onun orqanizmdə olan ümumi miqdarının 30%-ni təşkil edir.
Kadmiumla xroniki zəhərlənmənin ən ağır forması İtay-İtay xəstəliyi sayılır. Bu xəstəlik ilk dəfə Yapo-
niyada aşkar olunmuşdur. Uzun illərdən bəri əhali mədəndən kadmium düşən çayın suyu ilə suvarılan tarlada
becərilən düyü ilə qidalanırdı. Burada becərilən düyünün tərkibində kadmiumun miqdarı 1 mkq/q-a çataraq,
orqanizmdə 300 mkq-ı keçir. Vitaminin və kalsiumun çatışmazlığı, həmçinin hamiləlik dövründə zəifləməsi ilə
əlaqədar yaşı 45-i keçmiş qadınlarda bu xəstəliyin əmələ gəlməsinə patogenetik faktor səbəb olmuşdur. İtay-itay
xəstəliyi skeletin deformasiyası ilə boyun qısalması, beldə və ayaq əzələlərində ağrılar, xəstələrdə «ördək
yerişi» ilə xarakterizə olunur.
Kadmiumun kanserogen effekti bu metalın istehsalı ilə məşğul olan fəhlələrdə xərçəng xəstəliyinin əmələ
gəlməsində təzahür olunur.
Dostları ilə paylaş: |