QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə338/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   334   335   336   337   338   339   340   341   ...   706
 

12.1.3.Kadmium (Cd) 

Kadmiumun  ətraf mühitdə yayılması lokal xarakter daşıyır. O, ətraf mühitə metallurgiya istehsalının 

tullantıları ilə, qalvanik istehsalının çirkab suları ilə (kadmiumlamadan sonra), kadmium tərkibli stabilizatorlar, 

piqmentlər, boyalar istifadə olunan istehsal sahələrindən və  fosfat gübrələrindən istifadə edilməsi nəticəsində 

daxil olur. Bundan başqa, kadmium iri şəhərlərin havasında təkərlərin sürtülməsi, bəzi plastik məmulatların, 

boyaların və yapışdırıcı materialların eroziyası nəticəsində mövcuddur.  

Orqanizmə daxil olan əlavə kadmium mənbəyi siqaret çəkilməsi sayılır. Bir siqaretin tərkibində 1-2 mkq 

kadmium olur və onun 10%-ə qədəri tənəffüs orqanlarına daxil olur. Gün ərzində 30 ədəd siqaret çəkən adamın 

orqanizmində 40 il ərzində 13-52 mkq kadmium toplanır, bu qida ilə orqanizmə daxil olan miqdardan artıqdır. 

İçməli suya kadmium istehsalat tullantıları ilə çirklənmiş su mənbələrindən, suhazırlığı  mərhələsində 

reagentlərdən, həmçinin su kəməri konstruksiyalarının miqrasiyası nəticəsində daxil olur. Su ilə orqanizmə daxil 

olan kadmiumun payı ümumi sutkalıq dozanın 5-10%-i təşkil edir.  

Atmosfer havasında kadmiumun normativi 0,3 mkq/m

-3

, su mənbələri suyunda 0,001 mq/l, torpaqda – 



qumlu və qumluca turş və neytral torpaqlarda uyğun olaraq 0,5, 1,0 və 2 mq/kq təşkil edir.  

ÜST-nin tövsiyəsinə  əsasən kadmiumun YVS (yol verilən səviyyəsi) həftə  ərzində  bədən kütləsinin 7 

mkq/kq təşkil edir.  

Kadmiumla çirklənmə mənbələri yerləşən ərazilərdə, onun çirklənmiş sahələrdə becərilən kənd təsərrüfatı 

məhsullarından izafi daxil olma ehtimalını nəzərə almaq lazımdır. Məsələn, kadmiumun yol verilən səviyyəni 



 

173


keçməsi Belova şəhərində sinkəridən zavodun yaxınlığında becərilən tərəvəzdə qeydə alınmışdır. Kirovoqrad, 

Qornyak, Kamensk-Uralsk, Çelyabinsk, Vladiqafqaz şəhərlərinin və  mədənlərin yaxınlığında yerləşən yaşayış 

məntəqələri ərazisindəki torpaqlarda kadmiumun ən yüksək orta miqdarı aşkar edilmişdir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin