Cədvəl 12.4
Metilcivə ilə zəhərlənmə hadisələri
Ölkə (metilcivənin
daxil olma mənbəyi)
İl
Say
ölüm xəstəlik
1 2
3
4
Yaponiya, Minamata (dəniz məhsulları) 1956 76 2262
İraq (civə
tərkibli pestisidlərlə
dərmanlanmış taxıl)
1961 35 321
Şərqi Pakistan (dərmanlanmış taxıl) 1963
4
34
Qvetemala (dərmanlanmış taxıl) 1966
20
45
Yaponiya, Niqata (dəniz məhsulları) 1968
5
690
İraq (dərmanlanmış taxıl) 1972
459
6350
1956-cı ildə əvvəl uşaqlar (mərkəzi sinir sisteminin), sonra isə böyüklər (hərəkət uyğunluğunun pozulması,
eşitmə qabiliyyətinin pisləşməsi, həssaslığın itirilməsi) diaqnozdan keçirilmişdir. Görüş dairəsinin qısalması,
əzələ riqidnostu, yüksək emosiyanın oyanması aşkar edilmişdir. Zərərçəkmiş adamların hamısı Minamata
körfəzində tutulmuş balıq və molyuskalarla qidalanmışdır. Hərəkət koordinasiyasının pozulması pişik və
quşlarda da müşahidə olunmuşdur. Onlarla insan ölmüş, bir çoxları sinir sistemində ağır zədələr almışdır. 1955-
1959-cu illərdə Minamatada doğulan hər üç uşaqdan birində mərkəzi sinir sisteminin pozulması, fiziki və əqli
inkiaşfın kənara çıxması müşahidə olunmuşdur. Bu faciənin nəticələri neçə-neçə illər davam etmişdir, 12
mindən artıq adam körfəzə 200-dən 600 tona qədər civəni körfəzə atan kimya müəssisələrinə öz iddialarını
bildirdilər.
Bir neçə ildən sonra analoji vəziyyət Yaponiyanın digər şəhəri – Niiqatada təkrar olundu. Belə vəziyyət
Kolumbiyada (Kartaxena körfəzi) baş vermişdir.
İnsanların metilcivə ilə zəhərlənməsi civətərkibli funqusidlərlə dərmanlanmış (çirkləndirilmiş) taxıldan
bişirilmiş çörəklə qidalanması ilə əlaqədar baş vermişdir (İraq, Qvatemala, Şərqi Pakistan) (cədvəl 12.4).
Civə ilə çirklənmiş artmosfer havasının təsiri civətərkibli lampalar istehsal olunan Saranski şəhərinin
yaxınlığında yaşayan uşaqlarda xəstəliklərin artmasına və civə istehsal olunan dünyada nəhəng sayılan Nikitov
zavodunun (Ukrayna) yanında yaşayan qadınlarda reproduktiv sağlamlığın pozulmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: |