Civənin sağlamlığa təsiri. Civə tiol zəhəri sırasına aid olub, sulfohidrat qrupu zülal birləşmələrini təcrid
edərək, orqanizmin zülal mübadiləsini və fermentasiya fəaliyyətini pozur. Ətraf mühitdən qeyri-üzvi civənin
əsas daxil olma yolu inhalyasiya hesab olunur. Atmosfer havasından insan orta hesabla sutka ərzində təxminən
1 mkq civə udur. Udulan civə buxarının 80%-ə qədəri ağciyərlərdə saxlanılır və qana daxil olaraq tez oksidləşir.
Orqanizmə daxil olan civənin hamısı praktiki olaraq tez ionlaşır. İçməli su ilə və qida məhsulları ilə orqanizmə
daxil olan civənin üzvi birləşmələri daha təhlükəli hesab olunur. Sutkada qəbul edilən su ilə orqanizmə 0,4
mkq-dan az civə daxil olur. İstehsalatda civə ilə təmasda olmayan civənin əsas mənbəyi qida, başlıca olaraq
balıq və balıq məhsulları sayılır. Yüksək çirklənməyə məruz qalmış rayonlarda bu məhsullarda civənin sutkalıq
qəbulu 300 mkq-a çata bilər, bu isə metil civə ilə zəhərlənməyə səbəb olur. Orqanizmə buxar halında daxil olan
civə tez cift (plasent) vasitəsilə keçir. Civənin üzvi birləşmələri qeyri-üzvi birləşmələrə nisbətən orqanizmdə
uzun müddət dəyişməz halda qalır və hamatoensefalik və cift maneəsindən gec keçir. Südverən anaların
südündə civə birləşmələri toplana bilir, odur ki, balaca uşaqların qanında civə aşkar edilir. Qeyri-üzvi civənin
yarımayrılması dövrü təxminən 80 sutka çəkir, daxil olan metilcivəninki isə 600 sutkadan artıq uzanır.
Zəhərlənmə zamanı civənin paylanması birləşmələrinin xarakterindən və onların orqanizmə daxil olma
üsulundan asılıdır, inhalyaisya (nəfəsalma) yolu civə buxarları daxil olduqda onun əsas «deposu» böyrəklər
sayılır, bunun nəticəsində «süleymani böyrək» və böyrək çatışmazlığı inkişaf edir. Civə həm də iliyə daxil olur
və sinir sistemini zədələyir. Bundan başqa, N.A.Pavlovskinin (2002) məlumatına görə civənin daima təsiri
immunitet çatışmazlığının inkişafına aparır. Civə ilə təmasda olan işçilərdə, klinikalarda peşə xəstəliyi kimi
nevrasteniya, aqressivlik, baş ağrıları, yuxu və yaddaş pozğunluğu üstünlük təşkil edir. Bir qədər aşağı
səviyyədə təsir nəticəsində motor funksiyasının, davranışın və əhvali-ruhiyyənin dəyişməsi, yüksək emosiyalıq
171
müşahidə olunur.
Qeyri-üzvi və üzvi civənin müxtəlif yolla daxil olmasından asılı olaraq insan sağlamlığına təsir effekti 12.2
saylı cədvəldə verilir.
Dostları ilə paylaş: |