Ətraf mühitdə civənin miqdarı. Civə atmosfer havasında əksərən qazşəkilli formada olur.
Civənin torpaqda toplanması üzvi karbon və kükürdün miqdar səviyyəsinə görə təyin edilir. Civənin
torpaqla ana süxurdan irsən keçmiş təbii halda miqdarı 0,02-dən 03 mq/kq arasında tərəddüd edir, orta hesabla
0,06 mq/kq təşkil edib torpaq tipindən asılıdır. Şəhərlərdə torpaqda civənin miqdarı çoxlu miqdarda müxtəlif
tullantıların olması ilə əlaqədar bir qədər çox olur.
Civə suda üzvi və qeyri-üzvi vəziyyətdə ola bilər. İçməli suda civənin əsas mənbəyi çirkab suları ilə
çirklənmiş su mənbələri (məsələn, xlor-qələvi istehsalı), atmosfer və su hazırlığında istifadə edilən reagentlər
hesab olunur. Quyu suları bilavasitə quyu nasosları vasitəsilə də çirklənə bilər. Su mənbələrinin sularında
civənin YVK səhiyyə-toksikoloji göstəricilərinə görə 0,5 mkq/l təşkil edir. Ətraf mühitdə qeyri-üzvi civə metal
üzvi birləşmələrə, o cümlədən yüksək zəhərli metilləşmiş civəyə çevrilir. O, sü mühitində bioloji proseslər
nəticəsində əmələ gəlir və trofik zəncirə daxil olaraq yırtıcı balıqların (akula, tuns, durnabalığı) və dəniz
məməlilərinin (suiti, balina) oraqizmində toplanır. İnsan orqanizminə metil civənin daxil olması əsasən bu
məhsullardan isttifadə edildikdə baş verir.
Toksiki maddələrin transsərhəd keçməsi, hətta Arktika regionu və digər sənaye mərkəzlərindən çox uzaqda
yerləşən ərazilərin sülarını civə ilə çirkləndirir. Arktikanın ətraf mühitinin vəziyyətinə nəzarət və
qiymətləndirilən Beynəlxalq Proqamın məlumatına görə, bu regionda civənin konsentrasiyası artmaqda davam
edir və şimal əhalisi uşaqlarının psixi-sinir sisteminə ziyan vurur.
Dostları ilə paylaş: |