QəRİb məMMƏdov, mahmud xəLİlov


Bərpa olunmayan enerji mənbələrindən istifadənin ekoloji problemləri



Yüklə 4,26 Mb.
səhifə398/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   394   395   396   397   398   399   400   401   ...   706
15.2.1.Bərpa olunmayan enerji mənbələrindən istifadənin ekoloji problemləri 

Qeyd edildiyi kimi, bərpa olunmayan energetikada faydalı qazıntılar tükənməklə yanaşı, həm də  mənfi 

nəticələr baş verir: atmosfer istilik çirklənməyə məruz qalır, nəqliyyat və enerji qurğuları vasitəsilə atmosferin 

oksigeni intensiv sərf olunur, ətraf mühit zərərli tullantılarla çirkləndirilir, nüvə enerjisindən istifadə edildikdə 

isə texnogen fəlakətin baş vermə təhlükəsi yaranır.  

 

a) İstilik elektrik stansiyaları (İES) 

İES-nin ətraf mühitə təsiri əsasən yandırılan yanacağın növündən asılıdır.  



Bərk yanacaq. Bərk yanacaq yandırıldıqda atmosferə yanmayan yanacağın hissəcikləri olan uçucu kül, sul-

fid və kükürd anhidridi, azot oksidləri, bir qədər flüor birləşmələrinin, həmçinin tam yanmayan yanacağın 

qazşəkilli məhsulları daxil olur. Uçucu külün tərkibində  bəzi halda toksik olmayan qarışıqla bərabər, həm də 

zərərli qarışıq da olur. Belə ki, Donessk antrasitinin külündə az miqdarda arsen olur.    



Daş kömür. Planetimizdə ən geniş yayılmış qazıntı yanacağıdır. Mütəxəssislər belə hesab edirlər ki, onun 

ehtiyatı 500 ilə çatar. Həm də daş kömür bütün dünya üzrə daha bərabər paylanıb və neftdən də qənaətlidir.  

Daş kömürdən sintetik maye yanacaq almaq olar. Lakin belə  məhsulun maya dəyəri yüksək başa gəlir. 

Proses yüksək təzyiq altında keçir. Bu məhsulun ən üstün cəhəti onun oktan ədədinin yüksək olmasıdır. Bu onu 

göstərir ki, o, ekoloji baxımdan daha təmizdir.  

Torf. Energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi 

pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir

hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar 

xeyli ekoloji çətinlik yaranır.  



Maye yanacaq. Maye yanacaq (mazut) yandırıldıqda tüstü qazları ilə atmosfer havasına sulfid və kükürd 

anhidridi, azot oksidləri, vanadium birləşmələri, natrium duzları, həmçinin qazın təmizlənən vaxtı ayrılan 

maddələr daxil olur. Bununla belə, maye yanacaq işlədildikdə geniş  əraziləri tutan və daim atmosferi 

çirkləndirən kül layları (qalaqları) problemi yaranmır. Maye yanacaq növlərinin məhsullarında uçucu kül olmur.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin