QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə400/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   396   397   398   399   400   401   402   403   ...   706
3

 qaz yandırılmışdır (cədvəl 15.1). 

Cədvəl 15.1  

 

Gücü ildə 1000 MVt olan elektrik stansiyalarının atmosferə 

buraxdığı tullantılar (tonla) 

 

Yanacaq  

Tullantılar  

karbohid-

rogenlər 

CO NO

2

 SO



Hissəciklər  

Daş kömür 

400 

2000 


27000 

110000 


3000 

Neft  


470 

700 


25000 

37000 


1200 

Təbii qaz 

34 



20000 



20,4 

500 


 

 

Tullantıların  əsas hissəsi karbon qazı olub 1 mln ton, karbona çevirdikdə isə 1 Mt təşkil edir. İES-lər 



tərəfindən çirkab suları ilə ildə 66 ton üzvi maddələr, 82 ton sulfat turşusu, 26 ton xloridlər, 41 ton fosfatlar və 

təxminən 500 ton asılı maddələr kənar edilir. İES-lərin külünün tərkibində çox vaxt yüksək konsentrasiyalı ağır 




 

202


metallar və radioaktiv maddələr olur.  

Daş kömürlə işləyən İES-lər üçün il ərzində 3,6 mln ton kömür, 150 m

3

 su və təxminən 30 milyard m



3

 hava 


tələb olunur.  

İES-lərin bir neçə il aktiv işləməsi nəzərə alınarsa, onların təsirini vulkanın təsirilə müqayisə etmək olar. 

Lakin əgər vulkan adətən məhsulların böyük miqdarda birdəfəyə atırsa, İES-lər bu işi daim yerinə yetirir. On 

min illər  ərzində vulkan fəaliyyəti insanın təsərrüfat fəaliyyəti nəticəsində  əsasən qazıntı yanacağının 

yandırılması və parnik qazlarının atılması ilə əlaqədar 100-200 ildə atmosferi bu qədər nəzərə çarpacaq dərəcədə 

dəyişə bilməmişdir.  

Energetik qurğuların faydalı  iş  əmsalı  hələlik böyük olmayıb 30-40% təşkil edir, yanacağın çox hissəsi 

boşboşuna (səmərəsiz) yandırılır.  Əldə edilən enerji bu və ya digər üsulla istifadə edilir və  nəhayət istilik 

enerjisinə çevrilir, yəni biosferə kimyəvi çirklənmə ilə yanaşı, həm də istilik çirklənməsi daxil olur.  

Enerji obyektlərinin qaz, maye və sülb halında çirkləndiriciləri və tullantıları iki axında yayılır: onların bir 

hissəsi qlobal, digəri isə regional və lokal dəyişkənliyə səbəb olur. Bu hal təsərrüfatların digər sahələrində də 

baş verir, bununla belə, energetika və qazıntı yanacağının yandırılması  əsas qlobal çirkləndirici mənbə hesab 

olunur. Onlar atmosferə daxil olur və onların toplanması hesabına atmosferin qaz tərkibinin, o cümlədən parnik 

(istilik) qazlarının konsentrasiyası  dəyişir. Atmosferdə  əvvəllər praktiki olaraq rast gəlinməyən qazlar – 

xlorflüor karbohidrogenləri (freonlar) peyda olur.  

Bunlar  qlobal  çirkləndiricilər kimi yüksək istilik 

effektinə malik olur, həmçinin strotosferin ozon pərdəsinin dağılmasında iştirak edir.  

Beləliklə, qeyd etmək lazımdır ki, müasir mərhələdə İES-lər bütün zərərli sənaye tullantılarının miqdarının 

20%-ni atmosferə atır. Onlar yerləşdiyi rayonun ətraf mühitinə və bütövlüklə biosferə əhəmiyyətli dərəcədə təsir 

göstərir.  

Tərkibində vanadium, nikkel, flüor, fenollar və neft məhsulları olan İES-lərin çirkab suları və ərazidən axan 

leysan yağışları suları su hövzələrinə axıdıldıqda orada suyun keyfiyyətinə  və su orqanizmlərinə neqativ təsir 

göstərir. Su hövzələrində temperaturun artması  və onların təbii hidrotermik rejiminin pozulması  nəticəsində 

suyun «çiçəkləməsi» prosesləri intensivləşir, qazların suda həll olması qabiliyyəti azalır, suyun fiziki xassələri 

dəyişir, suda gedən bütün kimyəvi və bioloji proseslər sürətlənir və s. Su hövzəsinin isinən zonasında suyun 

şəffaflığı azalır, pH yüksəlir, asan oksidləşən maddələrin parçalanma sürəti artır. Belə su hövzəsində 

fotosintezin sürəti nəzərə çarpacaq dərəcədə aşağı düşür.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   396   397   398   399   400   401   402   403   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin