SES-lər ənənəvi olaraq nisbətən ucuz başa gələn və ekoloji təmiz enerji mənbəyi sayılırdı. Bu xülyanın
təsiri altında dünyada olduqca çoxlu miqdarda SES-lər yaradıldı. Şübhəsiz, SES-lərin müsbət cəhətləri az deyil.
Belə ki, çayların nizamlanması sudan suvarmada, zavodlarda, elektrik stansiyalarında və s. istifadə etməyə im-
kan yaratdı, bir çox rayonlarda yaz daşqınlarının qarşısı alındı. Bununla yanaşı, SES-lərin tikilməsi məqsədilə su
anbarlarının yaradılmasının bir sıra neqativ ekoloji təzadları meydana gəlir. Bununla əlaqədar olaraq dünyada
enerji istehsalının perspektivində ümumi enerji istehsalından SES_lərin payına yalnız 5%-dən çox olmaması
SES-lərdən alınan enerjinin payının aşağı düşməsinin ən mühüm səbəblərindən biri onların tikintisinin və
istismarının bütün mərhələlərində ərtaf mühitə güclü təsir göstərməsi sayılır.
Bir sıra tədqiqatçıların məlumatına görə SES-lərin ətraf mühitə təsiri kənd təsərrüfatına yararlı münbit
torpaqların, meşələrin və bir sıra qiymətli obyektlərin su anbarları altında qalmasıdır.
Su anbarı yaxınlığında olan torpaq sahələri qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədar olaraq su
altında qalır. Bu, adətən bataqlaşmış və şorlaşmış sahələrdən ibarətdir. Torpaqların dağıdılması və onlara xas
olan ekosistemlərin pozulması, həm də sahil xəttinin formalaşması zamanı su ilə dağılması (abraziya) zamanı
baş verir. Abraziya prosesləri adətən on illərlə davam edərək böyük torpaq-qrunt kütləsinin dağılmasına,
206
qarışmasına, suyun bulanmasına, su anbarının lilləşməsinə səbəb olur. Su anbarlarında su kəskin qızaraq
istilik
çirklənməsinin nəticəsində oksigenin itməsi və digər proseslər intensivləşir. İstilik çirklənməsi biogen
maddələrin toplanması ilə bərabər su hövzəsinin yosunlar, o cümlədən zəhərli göy-yaşıl yosunlar basmasına
şərait yaradır. Suyun keyfiyyətinin pisləşməsi orada canlıların çoxunun məhv olmasına səbəb olur, balıq
sürülərinin xəstələnməsi, xüsusən helmintlərlə zədələnməsi artır. Balıqların miqrasiya yolları pozulur, yem
sahələri, kürüləmə yerləri dağılır. Məs., Volqa çayı üzərində SES kaskadı tikildikdən sonra Xəzər dənizindən
nərə balığının kürüləmək yeri əhəmiyyətini itirmişdir.
Nəticədə, tranzit çay sistemlərinin su anbarları ilə kəsilməsi (bağlanması) tranzit akkumulyativ sistemə çe-
vrilir. Burada biogen maddələrdən başqa uzun dövr ərzində ağır metallar, radioaktiv elementlər və bir çox
zəhərli kimyəvi maddələr toplanır.
Akkumulyasiya məhsulları, su anbarı ləğv edildikdən sonra onun zəbt etdiyi ərazidən istifadə imkanında
problemlər yaradır.
Dağlıq rayonlarında adətən sahəsi kiçik olduğundan su hövzələrinin yaradılması xeyli az məsarif tələb edir.
Lakin seysmik baxımdan təhlükəli dağ rayonlarında su anbarları zəlzələyə səbəb ola bilər. Burada sürüşmə
hadisəsi və bəndin dağılması nəticəsində fəlakətin baş verməsi ehtimalı artır. Belə ki, 1960-cı ildə Hindistanda
(Hucarat ştatı) bəndin yarılması 15 min adamın həyatına son qoydu.
XX əsrdə, xüsusilə 1950-ci ildən başlayaraq bəndlərin tikilməsi işi artmışdır. Hazırda dünyada milyona
qədər insan tərəfindən yaradılmış müxtəlif ölçülü (təbii göllərlə müqayisə ediləcək böyüklükdən ən kiçik gölə
(nohura) kimi) su anbarları mövcuddur. Onların ümumi həcmi 6000 km
3
-i keçir, faydalı həcmi isə 3000 km
3
təşkil edir. Həcmi 1 mln km
3
-i keçən iri su anbarlarının sayı 30000-ə qədərdir. Onlardan ən böyükləri Anqara
çayında Bratski (169 km
3
), Zambezidə – Karib (160 km
3
), Nildə – Nasir (157 km
3
), Voltada – Volta (148 km
3
)
su anbarlarıdır. Su anbarları səthinin ümumi sahəsi 600000 kv.km təşkil edir.
Su anbarlarının səthindən 240 km
3
-a qədər su buxarlanır. Afrika kontinenti üçün belə su sərfinin miqdarı
suvarma suyundan sonra ikinci yeri tutur və sənayedə istifadə olunan suyun mütləq ölçülərindən 5 dəfə çoxdur.
Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya sistemləri, hidroelektrik stansiyaları, şlüzlər və
s.) birlikdə inkişaf etməkdə olan ölkələrin strategiyasının mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mülayim
iqlimli ölkələrlə müqayisədə çay axımının nizamlanması əlavə problemlər yaradır. Belə ki, su anbarlarının reji-
mi və onların ətraf mühitə təsiri yüksək dərəcədə təbii şəraitdən asılıdır. Tropik regionda hər yeni su anbarı
yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin yavaş (zəif) olması, su
biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən pis olur. Bu
isə xəstəliklərin artmasına səbəb olur. Malyariya, şistosomatoz kimi xəstəliklərin yayıcıları əvvəlkinə nisbətən
su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu isə xəstəliklərin kəskin artmasına səbəb olur.
Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə yuxarıda göstərilənlərdən başqa
əlavə yeni ekoloji problemlər yaradır. Bu zonada ilk su anbarı və 8 mln kvt. gücündə SES Braziliyada Tukurui
hesab olunur. Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində su bitki örtüyü olduqca yaxşı inkişaf et-
diyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü su biokütləsinin sonrakı çürüməsi həll olmuş
oksigeni sudan tam udaraq, nəhayət qalan biokütlənin anaerob çürüməsinə və olduqca zəhərli hidrogen sulfidin
ayrılmasına gətirib çıxarır. Burada ölümlə nəticələnən ensofalit xəstəliyinin bir növü də daha çox müşahidə
olunmağa başladı. Belə vəziyyət Surinamda da mövcuddur, burada o qədər də böyük olmayan Brokopondo su
anbarında hidrogen-sulfidin iyi o dərəcədə kəskindir ki, SES-də operatorlar işlədiyi zaman əleyhqazdan istifadə
edirlər.
Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların gələcəkdə inkişaf etdirilməməsinə
əsas verir. Lakin yaddan çıxarılmamalıdır ki, su anbarları bərpa olunan su ehtiyatlarının həcminin artırılması
üçün mühüm vasitədir.
RAN-ın xarici üzvü (ABŞ) Q.Yayt Misirdə Nil çayı üzərindəki Asuan bəndinin tikilməsinin ekolodi
nəticələrinin dərin təhlilinə eynimənalı qiymət vermir. Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daşqınlar
baş verərək həmişə Misirin inkişafında və sivilizasiyasında səmərəli (faydalı) rol oynayır. Belə ki, daşqınların
münbit lilli suyu ilə tarlalar suvarılırdı. Hazırda isə münbit lil bənd tərəfindən tutulub saxlanılır, odur ki,
torpağın münbitliyi mineral gübrələr verməklə bərpa olunur. Digər tərəfdən isə Nil çayının suyu su anbarında
toplanaraq, mümkün su ehtiyanın həcmini nizamlayır, sonra isə ondan suvarmada və elektrik enerjisi almaqla
istifadə olunur. 1970-ci illərin sonlarında Asuan su anbarı bir neçə dəfə olduqca yüksək və çox təhlükəli
daşqınların suyunu özündə saxladı. Əksinə, 1980-ci illərdə yeddi il dalbadal Nilin daşqınlarının həcmi orta
həcmdən də aşağı olmuşdur. Bu zaman az yağıntılı illərdə su qıtlığı zamanı Misirdə tarlaların suvarılmasında
Asuan su anbarının suyundan istifadə edilmişdir. Beləliklə, su anbarı dəhşətli təhlükənin qarşısını almışdır. Ölkə
207
aclıqdan, iqtisadi çətinliklərdən və siyasi qeyri sabitlikdən xilas edilmişdir.
Böyük hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması 1970-ci illərdən sonra özünün
gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa doğru meyli artmışdır. Bununla yanaşı, Çində Yanszısyan çayı
üzərində dünyada ən böyük SES və Türkiyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES olan və 1,7 mln ha
ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması layihəsi həyata keçirilir.
Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi yerlərdən
artıq istifadə olunmuş, qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir. ABŞ-da son 25 ildə su
anbarı tikilməmişdir. 1995-ci ildə ABŞ-da su anbarlarının tikilməsini dayandırmaq haqqında qərar qəbul
olunmuşdur.
Dostları ilə paylaş: