Yer üzərində külək enerjisi ehtiyatı son dərəcə böyükdür, bəzi məlumatlara görə bu rəqəm 500 m hava
qatında 80 trilyon kVt saatdan artıqdır. Külək qurğuları bəşəriyyət üçün yeni deyildir. Küləkdən yüz illər
ərzində dəyirmanlarda, mişarlama dəzgahlarında, suyu tələb olunan yerlərə çatdırılması sistemlərində istifadə
209
edilmişdir.
İlk sadə külək mühərrikləri qədim Misir və Çin dövrünə təsadüf edir. İlk qədim yol dəyirmanları İranda
eramızın VII əsrində quraşdırılmışdır. XIII əsrdən etibarən külək enerjisi (KE) gəmilərin hərəkətində, quyulardan
suyun vurulmasında geniş istifadə olunmuşdur (Hüseynov, Yusifov, 2002).
Müasir külək energetikası fikri 1980-ci ilin əvvəlində 1973-79-cu illərdə neftin qiyməti kəskin artdığı vaxt
ilk dəfə Kaliforniyada oyandı və qubernator Cerri-Braunun rəhbərliyi altında ştatın ərazisində San-Fransisko
şəhər təsərrüfatını elektriklə təchiz etmək üçün külək turbini quraşdırıldı. Lakin sonralar ABŞ-da külək
enerjisinə maraq azaldı və on illər külək enerjisi praktiki olaraq inkişaf etmədi.
Bu dövrdə Avropada külək energetikası uğurlar qazandı. 1995-2000-ci il ərzində dünyada külək
enerjisindən istifadə iki dəfə artdı (şəkil 15.8). Hazırda Danimarka istifadə etdiyi enerjisinin ümumi həcminin
15%-ni küləkdən əldə edir. Almaniyada bu rəqəm 19%-ə çatır, bəzi rayonlarında isə KE elektrikə olan tələbatın
75%-ni təşkil edir. İspaniyanın sənaye mərkəzlərindən sayılan Navarra əyalətinin istifadə etdiyi bütün enerjinin
22%-i KE-nin payına düşür.
Dostları ilə paylaş: