Şəkil 15.8. 1980-2000-ci illərdə dünya külək energetikasının generasiya gücü
Avropanın 20-dən artıq ölkəsində və Türkiyədə ümumi gücü 18 MW olan minlərlə külək enerjisi qurğuları
(KEQ) fəaliyyət göstərir. Fransanın şərq sahillərində hər biri 1,3 MW olan 16 KEQ illik 64 milyon kVt/saat
enerji ilə 25600 nəfəri elektrik enerjisi ilə təmin etməklə, hər ildə 32000 ton CO
2
-nin atmosferə atılmasının
qarşısını alır. KE ilə bol olan Avstraliya hazırda 100 MW –lıq külək qurğularının ümumi gücünü 2010-cu ildə
5000 MW– a çatdırmağı planlaşdırır. ABŞ-ın Texas ştatında «Kinq Mauntin» ərazisində 214 külək turbinlərinin
ümumi çıxış gücü 277 MW –dir.
Generasiya gücünün mütləq həcm göstəricilərinə görə Almaniya dünya lideri sayılır, sonrakı yeri ABŞ
tutur. Beş liderin tərkibinə İspaniya, Danimarka və Hindistan da daxil olur (cədvəl 15.5).
Dostları ilə paylaş: |