QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə411/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   407   408   409   410   411   412   413   414   ...   706
 

 

 

 

 

 

 

Cədvəl 15.5 

 

Ölkələr   

Güc həcmi, meqavatla 

Almaniya  

6,113 

ABŞ  


2,554 

İspaniya  

2,250 

Danimarka  



2,40 

Hindistan  

1,167 

 

Külək turbinlərinin tikintisinin texnologiyasının inkişafı, aerokosmik sənayenin nailiyyətlərindən istifadə, 

külək enerjisinin qiymətini aşağı salaraq, 1980-ci ildəki 1 kVt/saat 32 sentdən, 2001-ci ildə 4 sentdən də aşağı 

düşmüşdür.  




 

210


Bəzi regionlarda küləkdən  əldə olunan enerji hazırda neft və qazın yandırılmasından alınan enerjiyə 

nisbətən ucuz başa gəlir (şəkil 15.9).  

 

 

 



Şəkil 15.9. 1982, 1990 və 2001-ci illərdə ABŞ-da külək turbinlərinin 1 kVt/saat enerji istehsalının orta 

qiyməti 

Külək-Yer kürəsinin hər yerində olan böyük enerji mənbəyi sayılır. ABŞ-ın Böyük düzənlikləri – Səudiyyə 

Ərəbistanı, Şimali Dakota, Kaunas və Texas zəngin külək enerjisinə malik olub bütün ölkənin enerji tələbatını 

ödəyə bilər.  

Oreqon və Vaşinqton ştatlarının sərhədində gücü 300 mqVt olan (hazırda dünyada ən böyük) külək elektrik 

stansiyası 105 min yaşayış evini və mənzilini elektriklə təchiz edə bilər.  

Lakin külək enerji mənbələri olduqca geniş ərazi tələb edərək ətraf mühitə spesifik təsir göstərir.  

Məlum olduğu kimi, işləyən zaman külək mühərrikinə hər bir tərəfindən yaxınlaşmaq arzu olunmur, belə 

ki, küləyin istiqaməti dəyişildikdə rotorun oxunun istiqaməti də dəyişir.  

Külək aqreqatlarını bir-birinə yaxın yerləşdirmək olmaz, belə ki, onlar iş zamanı qarşılıqlı maneə yarada 

bilər. Külək mühərriklərinin bir-birindən arası onların üç qat hündürlüyündən az olmamalıdır.  

Külək mühərrikləri güclü səs yaradır. Külək mühərrikləri quş  və heyvanları hürküdür, təbii həyat tərzini 

pozur. Təbiəti mühafizə cəmiyyətlərinin məlumatına görə köçəri quşların çoxu külək qurğularından uzaqlaşaraq 

öz marşrutlarını  dəyişir. Bir sıra ölkələrdə, o cümlədən  İrlandiya,  İngiltərə  və b. sakinlər KEQ-nin yaşayış 

məntəqələri və kənd təsərrüfatı sahələrinin yaxınlığında yerləşdirilməsinə qarşı qəti etirazını bildirirlər.  

Külək mühərrikləri sisteminin açıq dənizdə yerləşdirilməsi haqqında təklif irəli sürülür. Belə ki, İsveçdə 

Baltik dənizində sahilə yaxın  ərazidə 300 külək mühərriyinin yerləşdirilməsi haqda layihə hazırlanmışdır. 

Onların 90 metrlik qülləsində iki qanadlı pərlər fırlanacaq. Lakin külək mühərriklərinin dənizdə yerləşdirilməsi 

baha başa gəlir. Hazırda  İsveçdə sahildən 250 m-lik məsafədə  dənizdə gücü 200 kVt olan külək elektrik 

stansiyası tikilir, enerji quruya (sahilə) sualtı kabellər vasitəsilə ötürüləcəkdir.  

Azərbaycan özünün coğrafi mövqeyinə və şəraitinə görə 800 mVt illik külək enerji ehtiyatına malikdir. Bu 

ehtiyat ildə 1 mlrd. kVt/saat elektrik enerjisi deməkdir, yaxud ildə 1 mln ton şərti yanacağa qənaət etməklə 3700 

ton karbon qazının atmosferə    atılmasının qarşısı alınır. Abşeron yarımadası, onun sahil zonası  və  ətrafdakı 

adalar külək enerjisindən istifadə üçün əlverişli sayılır. Bu ərazilərdə küləyin ortaillik sürəti 5,5-7,0 m/san 

olduğundan KEQ sistemləri üçün yararlı və yüksək rentabelli hesab olunur.  

KEQ sistemləri üçün Şərur, Culfa, Gəncə-Qazax zonası da əlverişlidir. Bu ərazilərdə küləyin ortaillik sürəti 

3-5 m/san olduğundan, orta güclü KEQ sistemlərinin qurulması üçün istifadə edilə bilər.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin