QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə414/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   410   411   412   413   414   415   416   417   ...   706
taxtapuş materialı yaradılır. Tikinti təşkilatları, günəş elementləri əldə edən müəssisələr və ölkə hökumətinin 

birgə proqramının həyata keçirilməsi nəticəsində 2010-cu ilə gücü 4600 meqavat olan energetik qurğular 

yaradılacaqdır, bu Estoniya kimi bir ölkəni elektrik enerjisi ilə təchiz etməyə kifayət edir.  

Fotoqalvanik taxtapuş materialı örtüklü binalar, elektrik stansiyalarına çevrilir. Bəzi ölkələrdə, o cümlədən 

Almaniya və Yaponiyada günəş panelləri ilə təchiz olunmuş binalarda sayğaclar qoyulur, onlar istehsal (hasil) 

olunan elektrik enerjisinin ölçüsünü göstərir. Bu, elektrik normadan artıq olduqda onu yerli məişət 

kompaniyalarına satmağa, çatmadıqda isə almağa imkan verir.  

ABŞ, Almaniya və  İsveçrədə fotoqalvanik materiallar hazırda yeni ofis binalarının fasadlarında qurulur. 

Təsadüfi buradan ötən adam bu evlərin güzgülü divar və  pəncərələrinin  əslində miniatyur (kiçik) elektrik 

stansiyası olmasını ağlına belə gətirə bilməz.  

1990-cı illərdə fotoqalvanik elementlərin satışı  təxminən ildə 20%, 2000-ci ildə isə 43% artdı. Beləliklə, 

son on illiklərdə fotoelementlərin satışı həcmi dünyada 6 dəfədən çox – 1990-cı ildə 46 meqavatdan 2000-ci ildə 

288 meqavata qədər çoxaldı.  

Günəş elementləri istehsalçılarının «böyük üçlüyü»nə Yaponiya, ABŞ və Avropa şurası daxildir. 1999-cu 

ildə yalnız Yaponiyada ümumi gücü 80 meqavat olan günəş elementləri istehsal edildi, bu ABŞ-ı ötüb keçməyə 

(60 meqavat) imkan yaratdı. ABŞ-da istehsal olunan günəş elementlərinin böyük hissəsi inkişaf etməkdə olan 

ölkələrə ixrac edilir. Avropa hazırda üçüncü yeri tutub 1999-cu ildə orada istehsal olunan fotoelementlərin 

ümumi gücü 40 meqavat təşkil etmişdir. Lakin «Royal – Daç Şell» və «Pilkington Qlass» korporasiyaları 

Almaniyada müştərək müəssisə açaraq hər il 25 meqavat gücündə günəş elementləri istehsal etdikdən sonra bu 

sahədə Avropa potensialı iki dəfə artdı. Bu sahənin şəbəkələrinin mühafizəsi üzrə Yaponiya, Almaniya və ABŞ-

da ciddi proqramlar mövcuddur.  

Almaniya 2005-ci ildə gücü 300 meqavat olan 100000 evin damına günəş panelləri qurmaq haqqında 

proqram qəbul etmişdir. 1997-ci ildə «milyon günəş dam örtüyü» haqda Amerika proqramı  həyata keçirilir. 

İtaliya da «on min günəş dam örtüyü» haqda proqrama başlamışdır.  

1970-ci illərdə günəş elementlərinin qiyməti 1 Vatt istehsalat gücü üçün 70 dollar, hazırda isə 1 Vatt 3,5 

dollar təşkil edir. Proqnozlara görə texnologiyanın inkişafı və yeni istehsalat gücünün yaradılması sayəsində bu 

qiymət getdikcə  aşağı düşəcək və ehtimal ki, 1 Vatt 1 dollara qədər enəcəkdir. Hazırda yüzlərlə laboratoriya 

tərəfindən fotoqalvaniklərin texnologiyasının təkmilləşdirilməsinə yönəldilən tədqiqatlar yerinə yetirilir və hər 

ay fotoelementlərin konstruktivləşdirilməsi texnologiyasının inkişafı və ya istehsalı üzrə yeni-yeni nailiyyətlər 

əldə edilir.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   410   411   412   413   414   415   416   417   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin