QəRİb məMMƏdov, mahmud xəLİlov


ç) Günəş enerjisindən istifadə (Helioenergetica)



Yüklə 4,26 Mb.
səhifə412/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   408   409   410   411   412   413   414   415   ...   706
 

ç) Günəş enerjisindən istifadə (Helioenergetica) 

Məlum olduğu kimi, biosferdə gedən bütün proseslərin əsas mənbəyi Yerin üfüqi səthinə orta sıxlığı 1,36 

kVt/m

2

 olan Günəş ererjisi hesab olunur. Günəş enerjisinin ümumi axınının yalnız 0,01%-dən istifadə etməklə 



dünyanın enerji tələbatını tamamilə ödəmək olar.  


 

211


Aparılan hesablamalar göstərir ki, il ərzində Günəşdən Yerə bütün qazıntı elektrik daşıyıcılarının 

ehtiyatından 10 dəfə çox enerji düşür.  

Bərpa olunan perspektivli enerji mənbəyi küləkdən sonra Günəş  işığı sayılır. Bu, nisbətən yeni enerji 

mənbəyidir. 1952-ci ildə Nyu-Cersi ştatında Prinston şəhərində Bella laboratoriyasının üç alimi günəş işığının 

tərkibində silisium olan materialın səthinə düşdükdə elektrikin ayrılmasını aşkar etmişlər. Beləliklə, fatoqalva-

nik və ya günəş elementləri ixtira edilərək, elektrik istehsalı üzrə dünya qarşısında yeni imkanlar açdı.  

Günəş enerjisi ənənəvi üzvi və nüvə yanacaqları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu mütləq 

təmiz enerji olub, ətraf mühiti çirkləndirmir və ondan istifadə heç bir bioloji təhlükə yaratmır.  

Günəş enerjisi hər yerdə mövcuddur və praktiki olaraq tükənməz olub, bu və ya digər formada sonsuz dövr 

ərzində  əlverişlidir. Bəşəriyyətin enerjiyə olan tələbatını 2100-cü ildə  təmin etmək üçün Yer səthinə düşən 

günəş enerjisinin 0,1% -i və ya səhraya düşən günəş enerjisinin qırxda biri kifayət edər (Xotuncev, 2002). Lakin 

Günəş enerjisi aşağı sıxlığa (800-1000 Vt/m

2

) malik olub intensivliyi sutka ərzində dəyişir və mövsümdən asılı 



olur. Həm düzdüşən, həm də səpələnən günəş radiasiyası günəş enerjisinin vasitəsiz növünə aid edilir. Günəş 

enerjisinin vasitəli növlərinə isə külək, dalğa, qabarma, okeanın istilik qradiyenti, hidroenerji və fotosintez 

nəticəsində alınan (yaranan) enerji aiddir.  

Şərti olaraq Günəş enerjisindən dörd istifadə istiqamətini ayırmaq olar: istilik-texniki, fotoelektrik, bioloji 

və kimyəvi.  İstilik-texniki istiqamət (günəş istilik təchizatı) istilik daşıyıcılarının, məsələn, suyun adi günəş 

şüaları və ya xüsusi kollektor qurğularında zənginləşdirilmiş günəş şüaları ilə qızmasına əsaslanır. Bu üsuldan 

artıq ABŞ, Yaponiya və MDB-nin cənub rayonlarında suyu saflaşdırmaq, isti su almaq, qışda binaları 

qızdırmaq, yayda isə soyutmaq, müxtəlif məhsul və materialları qurutmaq və başqa məqsədlər üçün istifadə olu-

nur. Bugünkü effektliyinə görə, günəş kollektorları 56-cı en dairəsinə qədər (təxminən Moskva şəhəri enliyi) 

yerləşən rayonlar üçün faydalı sayıla bilər. Bir çox ölkələrdə elektrik enerjisindən istifadə  işində fotoelektrik 

üsula daha çox diqqət ayrılır. Burada son 10-20 ildə fizika və kimyada əldə olunan yarımkeçiricilərin  kəşf 

edilməsi  əhəmiyyətli tərəqqi hesab edilir. Onların  əsasında fotoelektrik dəyişdiricilər – günəş batareyaları 

yaradıldı, onlardan hazırda kosmik gəmilərdə geniş istifadə edilir. Lakin yarımkeçirici dəyişdiricilərdən Yer 

şəraitində geniş istifadə olunmasına hələlik başlanılmamışdır (şəkil  8.3). Buna görə də burada başlıca istiqamət 

ucuz dəyişdiricilərdən, məsələn plyonkalı  və üzvi dəyişdiricilərdən və onların baha olmayan istehsalı 

texnologiyasından istifadə etməkdir.  

İtaliya və ABŞ-da artıq  günəş elektrik stansiyaları yaradılmışdır. Onların ekoloji baxımdan çatışmayan cəhəti 

çoxlu material sərf olunması və günəş batareyalarının bir neçə hektar tutduğu ərazinin tarazlığını pozmasındadır.  

 

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   408   409   410   411   412   413   414   415   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin