Məlum olduğu kimi, biosferdə gedən bütün proseslərin əsas mənbəyi Yerin üfüqi səthinə orta sıxlığı 1,36
211
Aparılan hesablamalar göstərir ki, il ərzində Günəşdən Yerə bütün qazıntı elektrik daşıyıcılarının
ehtiyatından 10 dəfə çox enerji düşür.
Bərpa olunan perspektivli enerji mənbəyi küləkdən sonra Günəş işığı sayılır. Bu, nisbətən yeni enerji
mənbəyidir. 1952-ci ildə Nyu-Cersi ştatında Prinston şəhərində Bella laboratoriyasının üç alimi günəş işığının
tərkibində silisium olan materialın səthinə düşdükdə elektrikin ayrılmasını aşkar etmişlər. Beləliklə, fatoqalva-
nik və ya günəş elementləri ixtira edilərək, elektrik istehsalı üzrə dünya qarşısında yeni imkanlar açdı.
Günəş enerjisi ənənəvi üzvi və nüvə yanacaqları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu mütləq
təmiz enerji olub, ətraf mühiti çirkləndirmir və ondan istifadə heç bir bioloji təhlükə yaratmır.
Günəş enerjisi hər yerdə mövcuddur və praktiki olaraq tükənməz olub, bu və ya digər formada sonsuz dövr
ərzində əlverişlidir. Bəşəriyyətin enerjiyə olan tələbatını 2100-cü ildə təmin etmək üçün Yer səthinə düşən
günəş enerjisinin 0,1% -i və ya səhraya düşən günəş enerjisinin qırxda biri kifayət edər (Xotuncev, 2002). Lakin
Günəş enerjisi aşağı sıxlığa (800-1000 Vt/m
2
) malik olub intensivliyi sutka ərzində dəyişir və mövsümdən asılı
olur. Həm düzdüşən, həm də səpələnən günəş radiasiyası günəş enerjisinin vasitəsiz növünə aid edilir. Günəş
enerjisinin vasitəli növlərinə isə külək, dalğa, qabarma, okeanın istilik qradiyenti, hidroenerji və fotosintez
nəticəsində alınan (yaranan) enerji aiddir.
Şərti olaraq Günəş enerjisindən dörd istifadə istiqamətini ayırmaq olar: istilik-texniki, fotoelektrik, bioloji
və kimyəvi. İstilik-texniki istiqamət (günəş istilik təchizatı) istilik daşıyıcılarının, məsələn, suyun adi günəş
şüaları və ya xüsusi kollektor qurğularında zənginləşdirilmiş günəş şüaları ilə qızmasına əsaslanır. Bu üsuldan
artıq ABŞ, Yaponiya və MDB-nin cənub rayonlarında suyu saflaşdırmaq, isti su almaq, qışda binaları
qızdırmaq, yayda isə soyutmaq, müxtəlif məhsul və materialları qurutmaq və başqa məqsədlər üçün istifadə olu-
nur. Bugünkü effektliyinə görə, günəş kollektorları 56-cı en dairəsinə qədər (təxminən Moskva şəhəri enliyi)
yerləşən rayonlar üçün faydalı sayıla bilər. Bir çox ölkələrdə elektrik enerjisindən istifadə işində fotoelektrik
üsula daha çox diqqət ayrılır. Burada son 10-20 ildə fizika və kimyada əldə olunan yarımkeçiricilərin kəşf
edilməsi əhəmiyyətli tərəqqi hesab edilir. Onların əsasında fotoelektrik dəyişdiricilər – günəş batareyaları
yaradıldı, onlardan hazırda kosmik gəmilərdə geniş istifadə edilir. Lakin yarımkeçirici dəyişdiricilərdən Yer
şəraitində geniş istifadə olunmasına hələlik başlanılmamışdır (şəkil 8.3). Buna görə də burada başlıca istiqamət
ucuz dəyişdiricilərdən, məsələn plyonkalı və üzvi dəyişdiricilərdən və onların baha olmayan istehsalı
texnologiyasından istifadə etməkdir.
İtaliya və ABŞ-da artıq günəş elektrik stansiyaları yaradılmışdır. Onların ekoloji baxımdan çatışmayan cəhəti
çoxlu material sərf olunması və günəş batareyalarının bir neçə hektar tutduğu ərazinin tarazlığını pozmasındadır.
Dostları ilə paylaş: