208
Madagiz
1975 Tərtər
0,80
5,5
3
Xanbulançay 1976 Bəşəru
74
2,74
52
45
Lovain
1970 Lovayşar
1,27
6,3
6,2
Uzunoba
1961 Naxçıvan
1,20
9,0
8,3
Nəhrəm
1965 Əlincəçay
0,85
6
6
Sirab
1979 Naxçıvan
1,54
12,7
11,6
Arpaçay
1977 Arpaçay
955
6,3
150
140
Qalacux
1986 Qaraçay
1,20
7
6
Viləşçay
1989 Viləşçay
2,50
46
38
Candargöl
Göl su anbarı
288
12,5
52
Yekəxana
1962
Dəvəbatançayda
n
3,70
1,9 1,8
Sovet dövründə bu su anbarı yenidən tikilərək həcmi 3 dəfə böyüdülmüşdür. Qanlı-Göl XIX əsrdən 158 su
anbarından qalan yeganə su anbarı olub indi də fəaliyyət göstərir (Ş.Xəlilov, 2003).
Respublikamızda 1950-ci ildən sonrakı dövrlərdə il ərzində və ərazi üzrə qeyri-bərabər paylanan çay su
ehtiyatından səmərəli istifadə etmək məqsədilə su anbarları yaradıldı. Bu su anbarlarından suvarma kanalları
vasitəsilə şoran torpaqların meliorasiyası və suvarılması yerinə yetirilmişdir. Bu məqsədlə respublikamızda 50-
yə qədər su anbarı tikilmiş, bir çox suvarma kanalları və kollektorları istifadəyə verilmişdir.
1953-cü ildə Kür çayı üzərində həcmi 16 km
3
olan Mingəçevir su anbarının tikilməsi respublikada suvarma
və energetika problemlərinin həllində mühüm rol oynayır. Bu su anbarından suvarma məqsədilə ayrılan iki iri
kanal (yuxarı Qarabağ – su buraxma həcmi – 130 m
3
/s və Yuxarı Şirvan – 78m
3
/s) hazırda 550 mln. hektar
əkin sahəsinin suvarılmasına imkan verir.
1982-ci ildən Şəmkir su anbarı, 2000-ci ildə isə Yenikənd su anbarı istifadəyə verildi. Bu iki iri su anbarı
Kür çayının çoxillik axımını tənzimləməyə şərait yaratdı.
Kür çayının axım rejimini tənzimləməklə onun qolları üzərində tikilən su anbarları da az rol oynamır.
Onlardan ən böyükləri Sərsəng, Ağstafa, Xaçınçay, Axıncaçay su anbarlarını göstərmək olar.
Bir sıra su anbarları bilavasitə Xəzərə tökülən çaylar üzərində olub 1958-ci ildə Abşeron yarımadası
ərazilərindədir. Samur-Abşeron kanalı ilə qidalanan Ceyranbatan su anbarı Bakı və Sumqayıt şəhərlərinin su
təchizatında istifadə olunur. Onun suyundan 16 min ha torpaq sahəsi suvarılır.
1964-cü ildə Pirsaatçay üzərində sahəsi 2,34 km
2
olan su anbarı istismara verildi, hazırda o, tam lillənmə
mərhələsindədir. 1965-ci ildə tikilən Bolqarçay su anbarı da eyni vəziyyətdədir. 1976-cı ildə Başaryuçay
hövzəsində (Lənkəran təbii vəliayətində) sahəsi 2,46 km
2
, həcmi 45 mln m
3
olan Xanbulançay su anbarı
yaradıldı.
1971-ci ildə Araz çayı üzərində «Araz» su qovşağı yaradıldı. Su qovşağından aşağı Araz çayının axınının
həcmi sol qolları – Əlincəçay, Qaradərə, Gilgilçay, Meğriçay, Oxçuçay, Həkəri, Bazarçay, Quruçay,
Köndələnçay və İran tərəfdən axan sağ qolların hesabına artır. Əgər su qovşağına qədər illik axımın həcmi 6007
mln m
3
-dursa, layihələşdirilən Xudafərin su qovşağının stvorunda bu rəqəm 8306 mln m
3
-a, mənsəbində isə
8990 mln m
3
-a çatır. «Araz» su qovşağından Xudafərin su qovşağına qədər axımın artımı 2299 mln m
3
təşkil
edir (Ş.Xəlilov, 2003).
Araz çayının sol qollarının sularından Naxçıvan MR-in ərazisində suvarmada istifadə olunur. Arpaçay
üzərində 2 su anbarı tikilmişdir. Arpaçay su anbarı (1980) və Reçut su anbarı (Ermənistanda). Arpaçay su anbarı
(150 mln m
3
) Şərur rayonunda 30 min ha torpaq sahəsini suvara bilərdi. Lakin Keçumçay su anbarından xüsusi
kanala Arpaçayın suyunun 40%-nin Göyçə gölünə axıdılması ilə əlaqədar MR-i nəzərdə tutulan qədər suvarma
suyu ilə təmin etmək mümkün olmadı (Ş.Xəlilov, 2003).
Naxçıvançay üzərində 8 su anbarı tikilmişdir. Onlardan 4-ü çayın yuxarı axınında yaradılmışdır: 3 Batabat
su anbarları (ümumi həcmi 3,6 mln. m
3
) və su anbarına çevrilən Qanlı-Göl gölü (1,6 mln m
3
), 4 su anbarı da
subasardan kənarda (doldurulan) hövzənin aşağı hissəsində tikilmişdir: Uzunoba (9 mln m
3
), Nehrəm – yeni (6
mln. m
3
), köhnə Nehrəm (2,4 mln. m
3
) və Qahab su anbarı (1,1 mln. m
3
).
Dostları ilə paylaş: