QəRİb məMMƏdov, mahmud xəLİlov


Azərbaycanın su anbarları



Yüklə 4,26 Mb.
səhifə407/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   403   404   405   406   407   408   409   410   ...   706
 

Azərbaycanın su anbarları  

Məlum olduğu kimi, Azərbaycan qədim əkinçilik ölkəsidir. Burada əkinçilik yaranandan bəri suvarmadan 

istifadə olunmuşdur. Ş.V.Xəlilov (2003) qeyd edir ki, təxminən 3000 il əvvəl yaradılan irriqasiya kanallarının 

izləri indiyə kimi qalmışdır. Məs., VI-VII əsrlərdə tikilən Gərər kanalından hazırda da istifadə olunur. Muğan və 

Mil düzlərində IV-VIII əsrlərə aid olan suvarma sistemlərinin izləri aydın bilinir.  

1890-1880-ci illərdə yalnız Yelizavetpol (Gəncə) quberniyasında 890-a qədər suvarma kanalı hesaba 

alınmışdır, 1914-cü ildə onların sayı 1200-ə çatmışdır. Kənd təsərrüfatı sahələrinin suvarılması üçün çay 

sularından başqa kəhriz, bulaq, yağış və qar sularından da istifadə olunmuşdur. Yağış və qar sularını, həmçinin 

çay daşqın sularını toplamaq üçün böyyk olmayan bəndlər tikilmiş  və su anbarları yaradılmışdır. Təkcə 

Lənkəran qəzasında 1883-cü ildə əsasən düyü tarlalarını suvarmaq məqsədilə 123 su anbarı olmuşdur.  

Muğan düzündə Kürün sağ sahilində Qaracala stansiyasının yanında tikilən su anbarı daşqın suları ilə dol-

durularaq, xanın 500 desyatin düyü sahəsini suvarmaqda istifadə olunmuşdur.  

Naxçıvan qəzasında daha iri su anbarları tikilmişdir. Burada XVI əsrin sonunda dəniz səviyyəsindən 2000 

m yüksəklikdə mövcud olan Qanlı Gölün yerində eyni adlı su anbarı yaradıldı, 200-250 il istismar olunduqdan 

sonra bu su anbarı öz əhəmiyyətini itirmiş, 1853-cü ildə  Kəlbalı xan tərəfindən artırılaraq yenidən bərpa 

edilmişdir. 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin