QəRİb məMMƏdov, mahmud xəLİlov


a) Su elektrik stansiyaları (SES)



Yüklə 4,26 Mb.
səhifə406/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   402   403   404   405   406   407   408   409   ...   706
 

a) Su elektrik stansiyaları (SES) 

SES-lər  ənənəvi olaraq nisbətən ucuz başa gələn və ekoloji təmiz enerji mənbəyi sayılırdı. Bu xülyanın 

təsiri altında dünyada olduqca çoxlu miqdarda SES-lər yaradıldı. Şübhəsiz, SES-lərin müsbət cəhətləri az deyil. 

Belə ki, çayların nizamlanması sudan suvarmada, zavodlarda, elektrik stansiyalarında və s. istifadə etməyə im-

kan yaratdı, bir çox rayonlarda yaz daşqınlarının qarşısı alındı. Bununla yanaşı, SES-lərin tikilməsi məqsədilə su 

anbarlarının yaradılmasının bir sıra neqativ ekoloji təzadları meydana gəlir. Bununla əlaqədar olaraq dünyada 

enerji istehsalının perspektivində ümumi enerji istehsalından SES_lərin payına yalnız 5%-dən çox olmaması 

nəzərdə tutulur.  

SES-lərdən alınan enerjinin payının aşağı düşməsinin ən mühüm səbəblərindən biri onların tikintisinin və 

istismarının bütün mərhələlərində ərtaf mühitə güclü təsir göstərməsi sayılır.  

Bir sıra tədqiqatçıların məlumatına görə SES-lərin  ətraf mühitə  təsiri kənd təsərrüfatına yararlı münbit 

torpaqların, meşələrin və bir sıra qiymətli obyektlərin su anbarları altında qalmasıdır.  

Su anbarı yaxınlığında olan torpaq sahələri qrunt sularının səviyyəsinin qalxması ilə  əlaqədar olaraq su 

altında qalır. Bu, adətən bataqlaşmış  və  şorlaşmış sahələrdən ibarətdir. Torpaqların dağıdılması  və onlara xas 

olan ekosistemlərin pozulması, həm də sahil xəttinin formalaşması zamanı su ilə dağılması (abraziya) zamanı 

baş verir. Abraziya prosesləri adətən on illərlə davam edərək böyük torpaq-qrunt kütləsinin dağılmasına, 




 

206


qarışmasına, suyun bulanmasına, su anbarının lilləşməsinə səbəb olur. Su anbarlarında su kəskin qızaraq istilik 

çirklənməsinin nəticəsində oksigenin itməsi və digər proseslər intensivləşir.  İstilik çirklənməsi biogen 

maddələrin toplanması ilə  bərabər su hövzəsinin yosunlar, o cümlədən zəhərli göy-yaşıl yosunlar basmasına 

şərait yaradır. Suyun keyfiyyətinin pisləşməsi orada canlıların çoxunun məhv olmasına səbəb olur, balıq 

sürülərinin xəstələnməsi, xüsusən helmintlərlə  zədələnməsi artır. Balıqların miqrasiya yolları pozulur, yem 

sahələri, kürüləmə yerləri dağılır. Məs., Volqa çayı üzərində SES kaskadı tikildikdən sonra Xəzər dənizindən 

nərə balığının kürüləmək yeri əhəmiyyətini itirmişdir.  

Nəticədə, tranzit çay sistemlərinin su anbarları ilə kəsilməsi (bağlanması) tranzit akkumulyativ sistemə çe-

vrilir. Burada biogen maddələrdən başqa uzun dövr ərzində  ağır metallar, radioaktiv elementlər və bir çox 

zəhərli kimyəvi maddələr toplanır.  

Akkumulyasiya məhsulları, su anbarı  ləğv edildikdən sonra onun zəbt etdiyi ərazidən istifadə imkanında 

problemlər yaradır.  

Dağlıq rayonlarında adətən sahəsi kiçik olduğundan su hövzələrinin yaradılması xeyli az məsarif tələb edir. 

Lakin seysmik baxımdan təhlükəli dağ rayonlarında su anbarları  zəlzələyə  səbəb ola bilər. Burada sürüşmə 

hadisəsi və bəndin dağılması nəticəsində fəlakətin baş verməsi ehtimalı artır. Belə ki, 1960-cı ildə Hindistanda 

(Hucarat ştatı) bəndin yarılması 15 min adamın həyatına son qoydu.         

XX  əsrdə, xüsusilə 1950-ci ildən başlayaraq bəndlərin tikilməsi işi artmışdır. Hazırda dünyada milyona 

qədər insan tərəfindən yaradılmış müxtəlif ölçülü (təbii göllərlə müqayisə ediləcək böyüklükdən ən kiçik gölə 

(nohura) kimi) su anbarları mövcuddur. Onların ümumi həcmi 6000 km

3

-i keçir, faydalı  həcmi isə 3000 km



3

 

təşkil edir. Həcmi 1 mln km



3

-i keçən iri su anbarlarının sayı 30000-ə qədərdir. Onlardan ən böyükləri Anqara 

çayında Bratski (169 km

3

), Zambezidə – Karib (160 km



3

), Nildə – Nasir (157 km

3

), Voltada – Volta (148 km



3

su anbarlarıdır. Su anbarları səthinin ümumi sahəsi 600000 kv.km təşkil edir.  



Su anbarlarının səthindən 240 km

3

-a qədər su buxarlanır. Afrika kontinenti üçün belə su sərfinin miqdarı 



suvarma suyundan sonra ikinci yeri tutur və sənayedə istifadə olunan suyun mütləq ölçülərindən 5 dəfə çoxdur.  

Bəndlər, onunla əlaqədar qurğularla (su anbarları, irriqasiya sistemləri, hidroelektrik stansiyaları, şlüzlər və 

s.) birlikdə inkişaf etməkdə olan ölkələrin strategiyasının mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mülayim 

iqlimli ölkələrlə müqayisədə çay axımının nizamlanması əlavə problemlər yaradır. Belə ki, su anbarlarının reji-

mi və onların  ətraf mühitə  təsiri  yüksək dərəcədə  təbii  şəraitdən asılıdır. Tropik regionda hər yeni su anbarı 

yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin yavaş (zəif) olması, su 

biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən pis olur. Bu 

isə xəstəliklərin artmasına səbəb olur. Malyariya, şistosomatoz kimi xəstəliklərin yayıcıları əvvəlkinə nisbətən 

su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu isə xəstəliklərin kəskin artmasına səbəb olur.  

Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə yuxarıda göstərilənlərdən başqa 

əlavə yeni ekoloji problemlər yaradır. Bu zonada ilk su anbarı və 8 mln kvt. gücündə SES Braziliyada Tukurui 

hesab olunur. Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində su bitki örtüyü olduqca yaxşı inkişaf et-

diyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü su biokütləsinin sonrakı çürüməsi həll olmuş 

oksigeni sudan tam udaraq, nəhayət qalan biokütlənin anaerob çürüməsinə və olduqca zəhərli hidrogen sulfidin 

ayrılmasına gətirib çıxarır. Burada ölümlə  nəticələnən ensofalit xəstəliyinin bir növü də daha çox müşahidə 

olunmağa başladı. Belə vəziyyət Surinamda da mövcuddur, burada o qədər də böyük olmayan Brokopondo su 

anbarında hidrogen-sulfidin iyi o dərəcədə kəskindir ki, SES-də operatorlar işlədiyi zaman əleyhqazdan istifadə 

edirlər.  

Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların gələcəkdə inkişaf etdirilməməsinə 

əsas verir. Lakin yaddan çıxarılmamalıdır ki, su anbarları  bərpa olunan su ehtiyatlarının həcminin artırılması 

üçün mühüm vasitədir.  

RAN-ın xarici üzvü (ABŞ) Q.Yayt Misirdə Nil çayı üzərindəki Asuan bəndinin tikilməsinin ekolodi 

nəticələrinin dərin təhlilinə eynimənalı qiymət vermir. Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daşqınlar 

baş verərək həmişə Misirin inkişafında və sivilizasiyasında səmərəli (faydalı) rol oynayır. Belə ki, daşqınların 

münbit lilli suyu ilə tarlalar suvarılırdı. Hazırda isə münbit lil bənd tərəfindən tutulub saxlanılır, odur ki, 

torpağın münbitliyi mineral gübrələr verməklə bərpa olunur. Digər tərəfdən isə Nil çayının suyu su anbarında 

toplanaraq, mümkün su ehtiyanın həcmini nizamlayır, sonra isə ondan suvarmada və elektrik enerjisi almaqla 

istifadə olunur. 1970-ci illərin sonlarında Asuan su anbarı bir neçə  dəfə olduqca yüksək və çox təhlükəli 

daşqınların suyunu özündə saxladı.  Əksinə, 1980-ci illərdə yeddi il dalbadal Nilin daşqınlarının həcmi orta 

həcmdən də  aşağı olmuşdur. Bu zaman az yağıntılı illərdə su qıtlığı zamanı Misirdə tarlaların suvarılmasında 

Asuan su anbarının suyundan istifadə edilmişdir. Beləliklə, su anbarı dəhşətli təhlükənin qarşısını almışdır. Ölkə 



 

207


aclıqdan, iqtisadi çətinliklərdən və siyasi qeyri sabitlikdən xilas edilmişdir.  

Böyük hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması 1970-ci illərdən sonra özünün 

gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa doğru meyli artmışdır. Bununla yanaşı, Çində Yanszısyan çayı 

üzərində dünyada ən böyük SES və Türkiyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES olan və 1,7 mln ha 

ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması layihəsi həyata keçirilir.  

Dünyada su anbarlarının azaldılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi yerlərdən 

artıq istifadə olunmuş, qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir. ABŞ-da son 25 ildə su 

anbarı tikilməmişdir. 1995-ci ildə ABŞ-da su anbarlarının tikilməsini dayandırmaq haqqında qərar qəbul 

olunmuşdur.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin