Külək turbinlərinin tikintisinin texnologiyasının inkişafı, aerokosmik sənayenin nailiyyətlərindən istifadə,
külək enerjisinin qiymətini aşağı salaraq, 1980-ci ildəki 1 kVt/saat 32 sentdən, 2001-ci ildə 4 sentdən də aşağı
düşmüşdür.
210
Bəzi regionlarda küləkdən əldə olunan enerji hazırda neft və qazın yandırılmasından alınan enerjiyə
nisbətən ucuz başa gəlir (şəkil 15.9).
Şəkil 15.9. 1982, 1990 və 2001-ci illərdə ABŞ-da külək turbinlərinin 1 kVt/saat enerji istehsalının orta
qiyməti
Külək-Yer kürəsinin hər yerində olan böyük enerji mənbəyi sayılır. ABŞ-ın Böyük düzənlikləri – Səudiyyə
Ərəbistanı, Şimali Dakota, Kaunas və Texas zəngin külək enerjisinə malik olub bütün ölkənin enerji tələbatını
ödəyə bilər.
Oreqon və Vaşinqton ştatlarının sərhədində gücü 300 mqVt olan (hazırda dünyada ən böyük) külək elektrik
stansiyası 105 min yaşayış evini və mənzilini elektriklə təchiz edə bilər.
Lakin külək enerji mənbələri olduqca geniş ərazi tələb edərək ətraf mühitə spesifik təsir göstərir.
Məlum olduğu kimi, işləyən zaman külək mühərrikinə hər bir tərəfindən yaxınlaşmaq arzu olunmur, belə
ki, küləyin istiqaməti dəyişildikdə rotorun oxunun istiqaməti də dəyişir.
Külək aqreqatlarını bir-birinə yaxın yerləşdirmək olmaz, belə ki, onlar iş zamanı qarşılıqlı maneə yarada
bilər. Külək mühərriklərinin bir-birindən arası onların üç qat hündürlüyündən az olmamalıdır.
Külək mühərrikləri güclü səs yaradır. Külək mühərrikləri quş və heyvanları hürküdür, təbii həyat tərzini
pozur. Təbiəti mühafizə cəmiyyətlərinin məlumatına görə köçəri quşların çoxu külək qurğularından uzaqlaşaraq
öz marşrutlarını dəyişir. Bir sıra ölkələrdə, o cümlədən İrlandiya, İngiltərə və b. sakinlər KEQ-nin yaşayış
məntəqələri və kənd təsərrüfatı sahələrinin yaxınlığında yerləşdirilməsinə qarşı qəti etirazını bildirirlər.
Külək mühərrikləri sisteminin açıq dənizdə yerləşdirilməsi haqqında təklif irəli sürülür. Belə ki, İsveçdə
Baltik dənizində sahilə yaxın ərazidə 300 külək mühərriyinin yerləşdirilməsi haqda layihə hazırlanmışdır.
Onların 90 metrlik qülləsində iki qanadlı pərlər fırlanacaq. Lakin külək mühərriklərinin dənizdə yerləşdirilməsi
baha başa gəlir. Hazırda İsveçdə sahildən 250 m-lik məsafədə dənizdə gücü 200 kVt olan külək elektrik
stansiyası tikilir, enerji quruya (sahilə) sualtı kabellər vasitəsilə ötürüləcəkdir.
Azərbaycan özünün coğrafi mövqeyinə və şəraitinə görə 800 mVt illik külək enerji ehtiyatına malikdir. Bu
ehtiyat ildə 1 mlrd. kVt/saat elektrik enerjisi deməkdir, yaxud ildə 1 mln ton şərti yanacağa qənaət etməklə 3700
ton karbon qazının atmosferə atılmasının qarşısı alınır. Abşeron yarımadası, onun sahil zonası və ətrafdakı
adalar külək enerjisindən istifadə üçün əlverişli sayılır. Bu ərazilərdə küləyin ortaillik sürəti 5,5-7,0 m/san
olduğundan KEQ sistemləri üçün yararlı və yüksək rentabelli hesab olunur.
KEQ sistemləri üçün Şərur, Culfa, Gəncə-Qazax zonası da əlverişlidir. Bu ərazilərdə küləyin ortaillik sürəti
3-5 m/san olduğundan, orta güclü KEQ sistemlərinin qurulması üçün istifadə edilə bilər.
Dostları ilə paylaş: