15.2.2. Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası
Energetikanın inkişafı hələlik başlıca olaraq bərpa olunmayan enerji mənbələrinə, yəni karbontərkibli və ya
uran yanacaqlarına əsaslanır. Bu mənbələrin ekoloji çatışmazlığı qeyri ənənəvi (alternativ) bərpa olunan ekoloji
təmiz enerji mənbələrindən daha geniş istifadənin tədqiqini tələb edir.
1992-ci ildə Rio-de-Janeyroda dayanıqlı inkişafın strategiyasının ekoloji aspektinin müddəalarından biri
«üzvi yanacağın yandırılmasına əsaslanan energetikadan tədricən enerjinin bərpa olunan mənbələrindən istifadə
edən alternativ energetikaya keçmək» sayılır.
|