Mədən və karxanaların məhsulları – təbii mineral xammal olub filiz adlanır. Filiz – dağ süxuru olub,
tərkibində müəyyən miqdarda metallar və onların birləşmələri və ya qeyri-metal minerallar (azbest, barit,
kükürd, almaz, mika (slyuda)) olur.
Kömür yataqları şaxtalarının məhsulları – kimyəvi texnoloji xassələrinə görə qonur, antrasit, daş kömür,
yanar şistlərə bölünür. Daş kömürlər 10 markaya – sinfə bölünür.
Qeyri filiz materialları dağ sənaye müəssisələrinin əsas məhsulları aşağıdakılardır: çınqıl, qum, qum-çınqıl
qarışığı, tikinti daşı (but).
Qazıntı yanacaqları növlərindən dünyada ən çox ehtiyatı olanı kömürdür. Mövcud qiymət qoymağa əsasən
kömürün şərti yanacaq hesabı ilə ümumi geoloji ehtiyatı 9-11 trilyon tona çatır, tədqiq edilmiş ehtiyatı isə 1,2
trln. ton təşkil edir.
Neftin çıxarılan ehtiyatı 250-375 mlrd. ton şərti yanacaq qədər qiymətləndirilir. Neft ehtiyatının 2/3-si
qədəri Yaxın və Orta Şərqin – Səudiyyə Ərəbistanı, Küveyt, Abu-Dabu, İran, İraqın payına düşür. ABŞ, Rusiya,
Meksika, Venesuela, Nigeriya, Azərbaycan və bəzi digər ölkələr də neftlə zəngindir.
Faydalı filiz qazıntıları arasında dəmir filizi böyük əhəmiyyət kəsb edir, yer qabığında onun ümumi ehtiyatı
600 mlrd. tona çatır.
Bəşəriyyət yer qabığı ilə min il qabaq əlaqəyə girmişlər. Arxeoloq və tarixçilərə məlumlur ki, hələ neolit
dövründə əcdadlarımız faydalı mineralları, dağ süxurlarını, külçələri yer səthindən yığmaqla kifayətlənməmiş,
onları yerin alt qatlarından da çıxarmışlar. Neolitdə, tunc və daş dövrlərində yerin alt qatlarında silisium, mis,
dəmir filizi və duz çıxarılmışdır. Onların yerində lağım, süni quyular və yeraltı yollar aşkar edilmişdir. İnsan
nəsillərinin bütün bu fəaliyyətləri yer qabığına real təsir göstərə bilməmişdir. Min illər keçdikdən sonra insanın
yer qabığına təsiri qlobal miqyas almışdır.
Bəşəriyyətin istifadə etdiyi təbii resursların ümumi həcminin 70%-dən çoxu yer təki resurslarının payına
düşür. Onlardan 94%-i enerji daşıyıcıları (mühərrik) yanacaqları, istilik və atom elektrik stansiyaları
yanacaqları), 90%-dən artıq ağır sənaye məhsulları (konstruksiya materialları, prokat, boru), 75%-ə qədər tikinti
materialları, 60% gübrə və 50% qeyri yeyinti təyinatlı xalq tələbatı malları istehsal olunur. Mineral resurslar
yeyinti istehlakında (işlərində) mühüm əhəmiyyət kəsb edir, onun əsasında dərman preparatları hazırlanır (şəkil
18.5).
Çox hissəsi minerallaşan yeraltı artezian sularından balneoloji məqsədlər, həm də içməli su təchizatında
geniş istifadə olunur. Mineral palçıqlar, termal su mənbələri müxtəlif xəstəliklərin müalicəsi üçün gözəl vasitə
hesab olunur.
Yerin təki, həmçinin faydalı qazıntıların çıxarılması məqsədi daşımayan bina və qurğuların, nəqliyyat
kommunikasiya, anbar, mürəkkəb infrastruktur obyektlər və s.-nin yerləşmə məqsədi daşıyır.
Minerallar (mineral resursları) bilavasitə istifadə oluna bilər, məsələn, mərmər, yaxud ondan uyğun kimyəvi
birləşmələr alınır, məsələn, dəmir filizindən dəmir əldə edilir. Minerallarda, suda və havada olan kimyəvi
elementlər tarixin gedişində tədricən çoxalır. Qədimdə yalnız 18 element, XVIII əsrdə – 29, XIX əsrdə – 62
elementdən istifadə olunmuşdur. XX əsrin sonunda dağ sənaye istehsalında faydalı qazıntıların 250-dən artıq
növmüxtəlifliyindən istifadə edilmişdir.
1961-1980-ci illərdə yerin təkindən, əsrin əvvəlindən bəri çıxarılan bütün kömürün 40%-dən çoxu, dəmir fi-
lizinin 55%-i, bütün neftin 73%-dən çoxu, təbii qazın 77%-i, kalium gübrələrinin 64%-i, fosfatların 66%-i, bok-
sit xammalın 80%-ə qədəri çıxarılmışdır.
1950-ci ildən 1980-ci il daxil olmaqla inkişaf etməkdə olan kapitalist ölkələrində qurğuşunun istehsalı 1,7
dəfə, sinkinki 2,4 dəfə, misinki 2,8 dəfə, volframınkı 3,3 dəfə, nikelinki 4,6 dəfə, molibden və kalium
gübrələrininki 6,8 dəfə, fosfat filizininki 5 dəfə, boksidinki isə 11 dəfə artmışdır.
Mineral resursların mühüm mənbəyi okean hesab olunur. XX əsrin sonu, XXI əsrin əvvəlində bütün
264
dünyada xörək duzunun üçdə biri okeanlardan əldə edilmişdir. Xörək duzundan başqa, dəniz suyundan brom,
maqnezium və digər elementlər alınır. Məsələn, bromun 99%-ə qədəri dəniz suyunda toplanır.
Mineral xammal həmçinin dəniz sahillərindən, şelf zonasından və okeanın dibindən əldə edilir. Gələcəkdə
sahil vilayətlərində tikinti sənayesi üçün qum və çınqılın mənbəyi ehtimal ki, dənizin dibi olacaqdır.
Dənizin dibində, şelflərin dərinliklərində neftin ehtiyatı tapılmışdır. Burada neftin çıxarılması
Kaliforniyanın sahillərində, Mekiska və Fars körfəzində, Xəzər dənizində və başqa yerlərdə həyata keçirilir.
Dostları ilə paylaş: |