18.5.Torpaq və insan sağlamlığı
Torpaqda yaşayan mikroorqanizmlərin əksəriyyəti saprofaqlar olub, heyvan orqanizmlərinə ziyan yetirmir.
Bununla yanaşı, torpaqda daima və ya müvəqqəti patogen, xəstəlik yaradan - yoluxucu xəstəliklər törədən
mikroorqanizmlər də yaşayır. Onlardan bəziləri (əsasən torpağın daimi sakinləri) spor-sıx qişa əmələ gətirir, bu,
onları xarici mühitin müxtəlif əlverişsiz təsirlərinə (yüksək temperatura, qurumağa, təzyiqə, qida maddələrinin
olmamasına) qarşı davamlığını təmin edir.
Sporəmələgətirən bakteriyalar qrupunun klostridlər adlandırılması qəbul edilmişdir. Alimlərin tədqiqatları
göstərir ki, klostridlər torpaqda spor halında onillərlə qalmaqla yanaşı, orada çoxalma qabiliyyətinə də
malikdirlər. Patogen bakteriyalara sibir xorası, qaz qanqrenası, tetanus (stolbnyak), botilizm kimi təhlükəli
yoluxucu xəstəliklər aiddir.
İnsanın çirklənmiş torpaq vasitəsilə xəstəliyə yoluxması olduqca müxtəlif şəraitlərdə (vəziyyətdə) –
bilavasitə torpağı becərdikdə, məhsul topladıqda, tikinti işlərində və s. baş verə bilər. İnsanın və heyvanın ən
təhlükəli xəstəliklərindən biri sibir xorası sayılır. Sibir xorası törədicisi – sibir xorası çöpləri xəstə heyvanların
sidiyi və nəcisi ilə torpağa düşərək. ətrafında spor əmələ gətirir və bu halda torpaqda illər boyu, xüsusən şabalıdı
və qara torpaqlarda qala bilər. Heyvanlar bu çöplə çirklənmiş yemlə qidalandıqda sibir xorası xəstəliyinə tutulur.
İnsan bir qayda olaraq xəstə və ya ölmüş heyvanlarla təmasda olduqda xəstə heyvanların məhsulu və xammalı
278
(ət, yun, dəri) vasitəsilə, həmçinin torpaqla bilavasitə əlaqəsi olduqda sibir xorası xəstəliyinə tutulur.
İnsan üçün müxtəlif coğrafi rayonların torpaqlarında aşkar edilən tetanus çöpləri də təhlükə yaradır.
İnsanın bu xəstəliyə yoluxması zədələnmiş və ya selikli dərinin xəstəliyə sirayət olunmuş torpaqla təmasda
olduqda baş verir.
Ağır ərzaq (qida) zəhərləyicisi – botulizmin törədicisi spordaşıyan çöp Qafqaz, Azov və Xəzər dənizi,
Primorski ölkəsi, Uzaq Şərq rayonları və Sankt Peterburq torpaqlarından götürülən torpaq nümunələrinin orta
hesabla 9%-də aşkar edilmişdir. Bu çöp tərəvəz, giləmeyvə, meyvə, balıq, göbələk və digər məhsullara
düşdükdə, əlverişli anaerob şəraitdə spor halından toksin (zəhər) əmələ gətirən vegetativ formaya çevrilir. İnsan
və heyvan orqanizminə təsir gücünə görə bu toksin bütün digər bakterialoji və kimyəvi zəhərləri geridə qoyur.
Botulizm dünyanın bir çox ölkələrində – ABŞ, Kanada, Fransa, Yaponiya, Rusiyada qeydə alınmışdır. Rusiya
ərazisində botulizmə yoluxma halları ev məhsulları ilə duzlu balıq, konservləşdirilmiş göbələk, tərəvəz və
meyvələrin hazırlanması ilə əlaqədardır.
Zədələnmiş insan toxumalarına çirklənmiş torpaqla birlikdə qanqrena çöpləri də düşə bilər. Qaz
Dostları ilə paylaş: |