Səhralaşmaya qarşı mübarizə
1977-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində BMT-nin keçirdiyi Beynəlxalq konfransda
«Səhralaşmaya qarşı mübarizə planı» qəbul olundu. Bu plan əsasən ilk öncə inkişaf etməkdə olan ölkələrə aid
olub 26 təklif irəli sürürdü. Ekspertlərin fikrincə onların yerinə yetirilməsi heç olmasa bu təhlükəli prosesin
genişlənməsinin qarşısını ala bilərdi. Lakin vəsaitin çatışmazlığı üzündən bu təkliflərin qismən bir hissəsi həyata
keçirilə bildi. Nəzərdə tutulurdu ki, bu planın həyata keçirilməsi üçün 90 mlrd. dollar (20 il ərzində 4,5 mlrd.
dollar) tələb olunur. Bu məbləği tam axtarıb tapmaq mümkün olmadığından planın yerinə yetirilməsi 2015-ci ilə
qədər uzadıldı. Planın həyata keçirilməsinin ilk növbədə vəzifəsi səhralaşmanın mümkün olan yerdə qlobal mi-
qyasda qarşısının alınması, səmərəli istifalə etmək üçün səhralaşmış ərazilərin bərpası olmuşdur. Planın son
məqsədi ekoloji imkan çərçivəsində ərazinin məhsuldarlığını saxlamaq və inkişaf etdirməkdir.
Dostları ilə paylaş: |