Zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması. Məhsuldarlığın 10%-dən az aşağı
düşməsi ilə ifadə olunur.
- Orta dərəcə səhralaşma – mal-qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası
inkişaf edir, məhsuldarlıq 10-50% aşağı düşür.
- yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olu-
nur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür. Səhralaşmanın bu
mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur.
- Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün deyil.
Göstərilən təsnifata əsasən səhralaşmanın təhlükəlik dərəcəsi xəritəsi tərtib edilmişdir (Vinokurova, 1998)
və bu qlobal problemə qarşı beynəlxalq proqram təşkil edilir (yaradılır).
Alimlərin fikrincə güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 mln. əhali yaşayır
və onların böyük hissəsi (50 mln-a qədər) səhralaşmanın əlverişsiz təsirinin bilavasitə acısını çəkir.
Hesablamalara görə səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən (əksik) ümumi məhsulun
illik məbləği 16 mlrd. dollara yaxın təşkil edir.
Uzun illərdən bəri hədsiz antropogen təzyiqin əlverişsiz hava şəraiti ilə qarşılıqlı təsirinin nəticələri
282
səhralaşma prosesinin güclənməsinə səbəb olmuşdur. Buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə
dərəcə olmasını ayırd etmək çətindir.
Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su
dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır. Məhz qurunun biotası kontinentlərə suyun dövriyyəsinin 70-
75%-ni təmin edir. Təbii meşələrdə Günəş radiasiyasının 90%-i yarpaqlar tərəfindən udulur və transpirasiyaya
sərf olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40%-i trans-
pirasiyaya sərf olunur.
Səhralaşma prosesində hədisz mal-qara otarılması da mühüm faktor sayılır. Məlum olduğu kimi, quraqlıq
ərazilərin çox hissəsi əkinçilik üçün az yararlı olduğundan maldarlıqda istifadə edilir. Bitki örtüyü davamlı ol-
mayan belə sahələrdə mal-qaranın həddindən artıq toplanması nəticəsində əvvəlcə tədricən otlağın vəziyyəti
pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə bitki örtüyü
pozulur, torpaq dağılır və bu zaman səhralaşma prosesinə zəmin yaranır.
Dostları ilə paylaş: |