Nitratların insan orqanizminə daxil olma yolları
İnsan orqanizminə nitratlar müxtəlif yollarla düşür:
1) Qida məhsulları ilə:
a) bitki mənşəli;
b) heyvan mənşəli;
2) İçməli su ilə;
3) Dərman preparatları ilə.
İnsan orqanizminə nitratların əsas kütləsi konservlər və təzə tərəvəzlərlə nitratların gündəlik miqdarının 40-
80%-i daxil olur.
Nitratlar az miqdarda çörək-bulka məmulatları və meyvələr vasitəsilə insan orqanizminə düşür; süd
məhsullarının payına isə 1% (10-100 mq/l) düşür.
Nitratların bir hissəsi insan orqanizminin özündə maddələr mübadiləsi zamanı əmələ gələ bilər. Nitratlar in-
san orqanizminə həmçinin su ilə də daxil olur, bu isə insanın normal həyatı üçün əsas şərait sayılır. Mövcud
xəstəliklərin 70-80%-i çirklənmiş içməli su ilə əlaqədar baş verir və insanın ömrünü 30% qısaldır. ÜST-nin
məlumatına əsasən bu səbəbdən Yer üzərində 2 mlrd.-dan artıq adam xəstələnir, onlardan 3,5 milyonu dünyasını
dəyişir (onların 90%-ni 5 yaşa çatmamış uşaqlar təşkil edir). Yeraltı içməli sularda 200 mq/l nitratlar olur, bu isə
artezian quyularının suyundakından xeyli azdır. Yeraltı sulara nitratlar tarlalardan müxtəlif kimyəvi gübrələrlə
(nitrat, ammonium) və bu gübrələri istehsal edən kimyəvi müəssisələrin tullantıları ilə daxil olur. Nitratlar qrunt
sularının, həm də artezian quyularının sularının tərkibində olur. Şəhər əhalisinin içdiyi suyun tərkibində
nitratların miqdarı 20 mq/l, kənd yerlərinin adamlarınınkında isə 20-80 mq/l olur. Heyvan qidasında
(məhsulunda) da nitratlar mövcuddur. Balıq və ət məhsullarının təbii halda tərkibində nitratlar az (ətdə - 2-25
mq/kq, balıqda – 2-15 mq/kq) olur. İstifadə xassələrini yaxşılaşdırmaq və uzun müddət saxlamaq məqsədilə on-
lara (əsasən kolbas məmulatları) nitrat və nitritlər əlavə edilir. Alabişmiş hisə verilmiş kolbasda nitritlərin
miqdarı 150 mq/kq, bişirilmiş kolbasda isə 50-60 mq/kq təşkil edir.
İnsanın orqanizminə nitratlar həmçinin tütün vasitəsilə daxil olur. Bəzi tütün sortlarının 100 qram quru
maddəsinə 500 mq nitrat düşür.
Dostları ilə paylaş: |