Bitkilərdə nitratların mövcudluğu normal hadisədir, lakin onların izafi miqdarda olması arzu olunmazdır,
belə ki, yuxarıda qeyd edildiyi kimi nitratlar insan və kənd təsərrüfatı heyvanları üçün yüksək toksikliyə malik-
281
dir.
Nitratlar əsasən köklərdə, kökümeyvələrdə, budaqlarda, tumurcuqlarda, iri damarlı yarpaqlarda toplanır,
meyvələrdə isə onların miqdarı az olur. Nitratlar yetişməmiş meyvələrdə yetişmişlərə nisbətən çox olur.
Müxtəlif kənd təsərrüfatı bitkilərində nitratlar ən çox kahı (xüsusən istixanada becərilən), turp, cəfəri, yeməli
çuğundur, kələm, yer kökü və şüyüdün tərkibində olur.
Bütün tərəvəz və meyvələrdə nitratlar ən çox onların qabığında olur.
Tərəvəz, meyvə və toxumlar nitratları toplamağına görə üç qrupa bölünür:
1) Yüksək miqdarda (5000 mq/kq yaş kütlə): kahı, keşniş, çuğundur, şüyüd, yarpaq kələm, turp, yaşıl
soğan, yemiş, qarpız;
2) Orta miqdarda (300-600 mq/kq yaş kütlə): gül kələm, balqabaq, yerkökü, xiyar, qatıqotu;
3) Aşağı miqdar (10-80 mq/kq yaş kütlə : noxud, turşəng, kartof, pomidor, meyvə və giləmeyvələr, lobya,
şalğamaoxşar soğan.
Mineral gübrələr üzvi gübrələrlə əvəz olunduqda (peyin, torf və b.) bitkilərdə nitratların miqdarı azalır, bu
gübrələr tədricən parçalanaraq, bitki tərəfindən mənimsənilir. Üzvi gübrələr kələm, kök, çuğundur, cəfəri, kartof
və keşnişə müsbət təsir göstərir. Kimyəvi gübrələrdən səmərəsiz istifadə olunduqda onların yüksək dozası
nitratların yüksək miqdarda (xüsusən yeyilən kökümeyvəlilərdə) toplanmasına səbəb olur. Ammonium gübrələri
ilə müqayisədə nitrat gübrələrindən istifadə edildikdə nitratların miqdarı daha çox artır.
Bitkilərdə nitratların miqdarı torpağın xassələrindən də asılıdır. Torpaq humusla və ümumi azotla nə qədər
çox zəngin olarsa, o qədər də çox kökumeyvəlilərdə nitratlar toplanar.
Dostları ilə paylaş: