QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə530/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   526   527   528   529   530   531   532   533   ...   706
M.A.Qlazovskayanın Mərkəzi Tyanşanın nival qurşağında apardığı müşahidələrlə müəyyən edilmişdir ki, 

massiv püskürmə süxurları qayalıqlarının səthinin pioner sakinləri – göy-yaşıl və diatom yosunları, xüsusilə si-




 

284


likat bakteriyalarıdır. Nisbətən az sərt olan şəraitdə qayalıqların səthində yalnız mikroorqanizmlər deyil, 

həmçinin müxtəlif litofil şibyə və mamır florası da məskunlaşır.  

Hazırkı dövrdə Yer üzərində həyatın peyda olması və inkişafının ən qədim izlərinin öyrənilməsi, həmçinin 

həyatın müasir primitiv formalarının tədqiqi nəticəsində həyatın ilk dəfə yalnız su mühitində əmələ gəlməsi və 

xeyli sonralar quruya çıxması fikri ilə əlbət ki, razılaşmaq mümkün deyil. Ehtimal etmək olar ki, mikroskopik 

həyat formaları həm okeanda, həm də quruda, xüsusilə üç məskunlaşma mühitinin (bərk, maye və qazşəkilli) 

bilavasitə  təmasda olduğu ekoloji sığınacaqlarda eyni vaxtda yaranmışlar. Belə  sığınacaqlarda nazik üzvi-

mineral qabıq, yəni primitiv torpaq qatı əmələ gələ bilər və burada xırda torpaq hissəcikləri, üzvi maddələr və 

biofil qida elementləri toplanır və quruda böyük bioloji dövranın əsası qoyulur.  

Bununla belə, botanik, paleobotanik, paleocooğraf və geoloqların əksəriyyəti kembriyə qədər, kembridə və 

ordovik dövründə qurunu səhra kimi görür və orada bitki örtüyünün olmadığını təsdiq edirlər. O cümlədən quru 

üzərində bakteriya-yosun örtüyü, göbələklər və  şibyələr üstünlük təşkil edirdi. Lakin onların biogeokimyəvi 

fəaliyyəti görünür olduqca aktiv olmuşdur, bunu qədim kontinental aşınma qabığının mövcudluğu təsdiq edir. 

Bəzi tədqiqatçılar qədim aşınma qabığını torpaq relikti hesab edir.  

Silurda və devonun başlanğıcında (430-400 min il əvvəl) quruda ilk ali bitkilər peyda olur. Onlar 

psilofitlərdən (rionifitlərdən) – köksüz borulu və yarpaqları rüşeym halında olan bitkilərdən ibarət olub, əsasən 

dəniz sahili dayaz laqunlarda və bataqlıqlarda məskən salmışlar. Devon dövründə Yerdə quru sahələri 

genişlənir. Bu sahələr plaunlar, qıjılar, inkişaf etmiş kök sistemi olan kol və ağaclarla örtülür.  

Quruda «həqiqi» torpaqlar formalaşmağa, üzvi maddələrin torf və kömür qalaqları halında toplanmağa 

başlayır. Karbon dövründə daha rütubətli iqlim başlandığından bu proses güclənir. Bitki aləmində ilk 

çılpaqtoxumlular – iynəyarpaqlı  ağaclar peyda olur, quruya heyvanat aləminin bir sıra növləri, o cümlədən 

həşəratlar, hörümçəklər, gənələr və b. çıxır. Ümumiyyətlə, paleozoyun sonu (karbon və perm dövrləri) qurunun 

müxtəlif bitki orqanizmləri qruplaşmaları və heyvanat aləmi ilə geniş istila olunması ilə əlamətdardır. Bu zaman 

qurunun böyük hissəsində tropik və subtropik rütubətli iqlim intensiv torpaqəmələgəlmə prosesləri üstünlük 

təşkil edirdi. Bu landşaft tipləri perm dövrünün ortalarına qədər dominantlıq etmişdir.  

M.M.Kamşilovun (1974) qeyd etdiyi kimi, bitki və heyvanların su mühitindən quruya çıxması təkamülün 

tərəqqisinə geniş perspektivlər açdı və quruda həyatın təkamülü sürətlə inkişaf etməyə başladı, canlı maddələrin 

ümumi bioloji kütləsi kəskin artmağa başladı. Bu, Yerdə həyatın inkişafında dönüş dövrü olmuşdur.  

Hazırda müəyyən edilmişdir ki, okeanın canlı maddəsi qurunun canlı maddəsindən 700-1000 dəfə azdır.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   526   527   528   529   530   531   532   533   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin