massiv püskürmə süxurları qayalıqlarının səthinin pioner sakinləri – göy-yaşıl və diatom yosunları, xüsusilə si-
284
likat bakteriyalarıdır. Nisbətən az sərt olan şəraitdə qayalıqların səthində yalnız mikroorqanizmlər deyil,
həmçinin müxtəlif litofil şibyə və mamır florası da məskunlaşır.
Hazırkı dövrdə Yer üzərində həyatın peyda olması və inkişafının ən qədim izlərinin öyrənilməsi, həmçinin
həyatın müasir primitiv formalarının tədqiqi nəticəsində həyatın ilk dəfə yalnız su mühitində əmələ gəlməsi və
xeyli sonralar quruya çıxması fikri ilə əlbət ki, razılaşmaq mümkün deyil. Ehtimal etmək olar ki, mikroskopik
həyat formaları həm okeanda, həm də quruda, xüsusilə üç məskunlaşma mühitinin (bərk, maye və qazşəkilli)
bilavasitə təmasda olduğu ekoloji sığınacaqlarda eyni vaxtda yaranmışlar. Belə sığınacaqlarda nazik üzvi-
mineral qabıq, yəni primitiv torpaq qatı əmələ gələ bilər və burada xırda torpaq hissəcikləri, üzvi maddələr və
biofil qida elementləri toplanır və quruda böyük bioloji dövranın əsası qoyulur.
Bununla belə, botanik, paleobotanik, paleocooğraf və geoloqların əksəriyyəti kembriyə qədər, kembridə və
ordovik dövründə qurunu səhra kimi görür və orada bitki örtüyünün olmadığını təsdiq edirlər. O cümlədən quru
üzərində bakteriya-yosun örtüyü, göbələklər və şibyələr üstünlük təşkil edirdi. Lakin onların biogeokimyəvi
fəaliyyəti görünür olduqca aktiv olmuşdur, bunu qədim kontinental aşınma qabığının mövcudluğu təsdiq edir.
Bəzi tədqiqatçılar qədim aşınma qabığını torpaq relikti hesab edir.
Silurda və devonun başlanğıcında (430-400 min il əvvəl) quruda ilk ali bitkilər peyda olur. Onlar
psilofitlərdən (rionifitlərdən) – köksüz borulu və yarpaqları rüşeym halında olan bitkilərdən ibarət olub, əsasən
dəniz sahili dayaz laqunlarda və bataqlıqlarda məskən salmışlar. Devon dövründə Yerdə quru sahələri
genişlənir. Bu sahələr plaunlar, qıjılar, inkişaf etmiş kök sistemi olan kol və ağaclarla örtülür.
Quruda «həqiqi» torpaqlar formalaşmağa, üzvi maddələrin torf və kömür qalaqları halında toplanmağa
başlayır. Karbon dövründə daha rütubətli iqlim başlandığından bu proses güclənir. Bitki aləmində ilk
çılpaqtoxumlular – iynəyarpaqlı ağaclar peyda olur, quruya heyvanat aləminin bir sıra növləri, o cümlədən
həşəratlar, hörümçəklər, gənələr və b. çıxır. Ümumiyyətlə, paleozoyun sonu (karbon və perm dövrləri) qurunun
müxtəlif bitki orqanizmləri qruplaşmaları və heyvanat aləmi ilə geniş istila olunması ilə əlamətdardır. Bu zaman
qurunun böyük hissəsində tropik və subtropik rütubətli iqlim intensiv torpaqəmələgəlmə prosesləri üstünlük
təşkil edirdi. Bu landşaft tipləri perm dövrünün ortalarına qədər dominantlıq etmişdir.
M.M.Kamşilovun (1974) qeyd etdiyi kimi, bitki və heyvanların su mühitindən quruya çıxması təkamülün
tərəqqisinə geniş perspektivlər açdı və quruda həyatın təkamülü sürətlə inkişaf etməyə başladı, canlı maddələrin
ümumi bioloji kütləsi kəskin artmağa başladı. Bu, Yerdə həyatın inkişafında dönüş dövrü olmuşdur.
Hazırda müəyyən edilmişdir ki, okeanın canlı maddəsi qurunun canlı maddəsindən 700-1000 dəfə azdır.
Dostları ilə paylaş: