18.8. Həyatın təkamülündə və yer üzərində bioloji müxtəlifliyin qorun masında torpağın əhəmiyyəti
Yer üzərində həyatın mənşəyi və təkamülü haqqında məsələ ilə bir sıra düşünən insanlar çoxdan məşğul
olmuşlar. Görünür, bu təbiətşünaslığın ən mürəkkəb və dolaşıq problemlərindən biridir.
Yer üzərində həyatın yaranması ilkin okeanın kompleks koaservatlar – həyatın rüşeymi sayılan dayaz
sahil sularında baş verməsi nəzəriyyəsi daha geniş və hərtərəfli əsaslandırılmışdır.
Bəzi tədqiqatçılar Yer üzərində həyatın dəniz mühitində deyil, quruda yaranmasının mümkünlüyünü eh-
timal edirlər. Belə bir fikri V.R.Vilyams (1951) özünün «İlkin torpaqəmələgəlmə prosesinin inkişafı» əsərində
irəli sürmüşdür. Onun zənnincə, günəşin ultrabənövşəyi radiasiyası keçdiyi üçün okeanın şəffaf suyunda həyat
törəyə bilməz. Uzaq geoloji zamanlarda oksigen əmələ gətirən yaşıl bitkilər olmadığından qoruyucu ozon
təbəqəsi də yox idi. Buna görə də V.R.Vilyams belə hesab edir ki, xemotrof litofil mikroorqanizmlərin əmələ
gəlməsi üçün daha yaxşı şərait aşınan süxurların çatlarında və kavernində (dəlmə-deşiklərində) – atmosfer
rütubətliyi toplanan yerlərdə yarana bilər. Həyatın təkamülü gedişində xemofroflardan sonra eutotrof bakteriya-
lar, yosunlar, göbələklər, mamırlar, daha sonra isə ali yaşıl bitkilər əmələ gələrək, dağ süxurlarının
horizontlarında tədricən üzvi maddələr toplanır və ilkin primitiv torpaq yaranır.
B.B.Polınov (1945, 1948) həyatın mənşəyi şəraiti üzrə «Qayalıq hipotezi» fikrini irəli sürmüşdür. O,
ədəbiyyat materiallarını və şəxsi müşahidələrinin nəticələrini yekunlaşdıraraq ilkin mərhələlərində həyatın
əmələ gəlməsi və inkişafında həyat təkamülünün ümumi sxemini göstərərək aşağıdakı konsepsiyanı təklif
etmişdir.
Massiv halında olan kristallik qaya süxurlarının səthinin ilkin sakinləri prototrof (xemoliqotrof)
bakteriyaları – ammonyakı nitrit və nitratlara oksidləşdirən nitrofikatorlar, həmçinin üzvi maddələri sintez
edərək atmosferə oksigen ayıran mikroskopik göy-yaşıl yosunlar (sianobakteriyalar) hesab olunur. Onlar
göbələk, sonra isə şibyə və mamırlar daxil olmaqla daha müxtəlif mikrofloranın məskunlaşması və inkişafı üçün
(əsas) təməl hazırlayırlar. Bütün bu orqanizmlər birlikdə qaya süxurunun səthinə həm kimyəvi, həm də fiziki
təsir göstərərək onun üzərində üzvi-mineral substrat yaradır. Belə substrat ali bitkilərin və ona münasib faunanın
məskunlaşması üçün əlverişli şərait yaradır, yəni primitiv, ilk torpaq əmələ gətirir.
Həyatın ilk dəfə okeanda deyil, quruda əmələ gəlməsi fikrini məşhur mikrobioloq N.Q.Xolodnıy da
göstərmişdir. Mikrobioloji nöqteyi-nəzərincə o, belə bir nəticəyə gəlir ki, «su deyil, səthi nazik lillə örtülmüş və
bilavasitə atmosferlə təmasda olan dağ süxurlarının səthi Yer üzərində həyatın «beşiyi» ola bilər…..».
Dostları ilə paylaş: |