paleotorpaqşünaslığın inkişafının əsası olmuşdur. Bu elmin yaranmasında K.D.Qlinka, V.İ.Krokos,
M.F.Vekliç, İ.P.Gerasimovun və b. əsərləri böyük əhəmiyyət kəsb etmişdir.
Pliosen, pleystosen və holosenin qazıntı torpaqlarındakı bitki və heyvan qalıqlarının çoxsaylı tədqiqatları
onların bir-birilə sıx qarşılıqlı əlaqəsini, iqlim və digər təbii şəraitlərin dəyişməsinə uyğun olaraq təkamülünün
balğılığını təsdiq edir.
Torpaqda nadir və səpələnən kimyəvi elementlərin paylanması qanunauyğunluqlarını təhlil edərək
A.P.Vinoqradov belə bir nəticəyə gəlir ki, «həyatın əsas mühiti sayılan torpağın geokimyəvi öyrənilməsi uzaq
keçmişin flora və faunasının təkamülünü daha dərindən dərk edilməsinə yollar açır».
Hazırda torpaq, bitki və heyvanlar arasında ekoloji təkamülün əlaqələrinin öyrənilməsi Yer üzərində bioloji
müxtəlifliyin qorunub saxlanması kimi kəskinləşən problem ilə əlaqədar olduqca aktual əhəmiyyət kəsb edir.
1992-ci ildə Rio-de-Janeyroda Birləşmiş Millətlər Təşkilatının «Ətraf mühit və inkişaf» Konfransında
xüsusi «Bioloji müxtəliflik haqqında Konvensiya» qəbul edildi. Bəşəriyyət ilk dəfə olaraq ildə 10-15 min bioloji
orqanizmlərin müxtəlifliklərinin yoxa çıxması məsuliyyətini tamamilə dərk etdi. Əgər bu dağıdıcı prosesin
qarşısı alınmazsa, bir neçə oniliiklərdə, milyon illər ərzində təkamül nəticəsində yaranan ümumi bioloji növlərin
yarısı Yer planetinin üzərindən silinə bilər. Bu vəziyyəti nəzərə alaraq Konvensiyada deyilir: «bioloji
müxtəlifliyin qorunub saxlanması bütün bəşəriyyətin ümumi vəzifəsidir».
Torpaqşünaslıq baxımından qeyd etmək vacibdir ki, torpaq yerüstü orqanizmlərin məskunlaşma mühitinin
əsası sayılır və ekosistemə onun ayrılmaz komponenti kimi daxil olur, odur ki, torpağın müxtəlifliyinin qorunub
saxlanması bioloji müxtəlifliyin saxlanma konsepsiyasının həyata keçirilməsinin mühüm şəraitindən biri
olmalıdır.
Torpaqşünaslar və bioloqların topladıqları geniş materiallar torpağın müxtəlifliyi ilə ona xarakterik
biosenoz, ayrı-ayrı bitki növləri, heyvan və mikroorqanizmlər arasında sıx əlaqə mövcud olduğunu təsdiq edir.
Qeyd edək ki, bu əlaqələrin sıxlığı Dokuçayevin genetik torpaqşünaslığının başlıca nəzəri prinsipinə əsasən
torpaq, torpaqəmələgətirən faktorların qarşılıqlı təsirinin nəticəsidir, bu faktorlar arasında bitki, heyvan və
mikroorqanizməlrin rolu əvəzolunmazdır. Beləliklə, Yer üzərində torpağın müxtəlifliyi canlı orqanizməlrin
Dostları ilə paylaş: |