növ müxtəlifliyi ilə yüksək dərəcədə təyin olunur, canlı orqanizmlərin müxtəlifliyi isə torpağın
müxtəlifliyi ilə bağlıdır.
Meksikada (1994-cü il) torpaqşünasların 15-ci Beynəlxalq konfransında «Torpaq və bioloji müxtəliflik»
üzrə xüsusi simpoziumu keçirildi. Burada torpaq bioloji müxtəlifliyin generatoru və qoruyucusu kimi xüsusi
tədqiqat proqramının hazırlanması haqqında təklif əsaslandırıldı.
Bioloji müxtəlifliyin saxlanması nöqteyi-nəzərindən qədim və relikt torpaqların öyrənilməsi xüsusi maraq
doğurur. Onlardan bəziləri tamamilə yox olmaq təhlükəsi (eroziya, tikinti və s.) altındadır, halbuki, bu
torpaqlarda keçmiş tarixi epoxaların spesifik orqanizmləri və ya onların qalıqları mövcuddur.
Yuxarıda qeyd olunduğu kimi, yalnız biokütlənin ölçüsünə görə deyil, həmçinin növ müxtəlifliyinə görə
torpaq və torpaq örtüyü biosferdə məskunlaşma mühiti kimi xüsusi yer tutur. Təsadüfi deyildir ki,
V.İ.Vernadski torpağı orada məskunlaşan fauna və florası ilə birlikdə qurunun vahid canlı təbəqəsi
adlandırmışdır. B.B.Polınov Yerin torpaq örtüyünü «həyatın ən sıx olduğu təbəqə» adlandırmış,
M.S.Tilyarov və onun davamçısı D.A.Krivolutski isə torpağa «canlı orqanizmlərin tükənməz mənbəyi,
planetimizdə həyatın genetik müxtəlifliyinin əsas anbarı (saxlanıldığı yer), biosferin sipəri» kimi baxır.
Görkəmli alimlərin torpağın biosferdə rolu və əhəmiyyətinə baxışları belədir.
Bütün bunlar göstərir ki, torpağın müxtəlifliyini qoruyub saxlamadan Yer planetinin bioloji
Dostları ilə paylaş: |