286
XIX FƏSİL
BİTKİ ÖRTÜYÜNÜN ƏTRAF MÜHİTDƏ VƏ
İNSAN HƏYATINDA ROLU
Bitki aləmi fotosintez xassəsinə görə həyatın ilkin mənbəyi olub, Yer üzərində onun çiçəklənməsində və
inkiaşfında mühüm rol oynayır.
Fotosintez prosesi praktiki olaraq planetimizin hər yerində getdiyindən onun cəm effekti olduqca böyükdür.
Fotosintez prosesində yaşıl bitkilər karbon qazından və sudan üzvi maddələr, o cümlədən qiymətli qida
məhsulları (taxıl, tərəvəz, meyvə və s.), sənaye və tikintinin xammalını yaradır.
Beləliklə, bitki örtüyü biosferin üzvi maddə yaratmaq qabiliyyəti olan yeganə komponenti sayılır, yəni Yer
kürəsində məskunlaşan bütün canlıların, o cümlədən insanın həyatını təmin edən faktiki başlıca mənbədir.
Biosferin ekoloji tarazlığı, heyvanat aləminin mövcudluğu, xalq təsərrüfatının bir çox sahələrinin məhsuldarlığı,
insanların fiziki və mənəvi sağlamlığı məhz bitki örtüyünün vəziyyətindən asılıdır.
Məlum olduğu kimi, atmosfer havasının qaz tərkibinin formalaşması bilavasitə bitkidən asılıdır. Belə ki,
yaşıl bitkilər fotosintez prosesində il ərzində 5·10
11
ton sərbəst oksigen ayırır. Bir hektar qarğıdalı sahəsindən
ildə 15 ton oksigen ayrılır, bu isə 30 adamın tənəffüsü üçün kifayətdir. Beləliklə, bitki örtüyü fotosintez
nəticəsində atmosferi oksigenlə zənginləşdirir və havanı izafi karbon qazından təmizləyir.
1928-ci ildə rus bioloqu Boris Petroviç Tokin elmdə maraqlı və mühüm bir bioloji sirr açıb ilk dəfə olaraq
bitkilərin havaya buraxdığı xüsusi kimyəvi maddələri kəşf etdi. Uçucu xassəyə malik olan bu maddələri o,
fitonsid adlandırdı. Fitonsid iki söz birləşməsindən ibarət olub «fiton» yunanca «bitki», «sedere» isə latınca
«öldürücü» deməkdir. Müəyyən edilmişdir ki, fitonsid adlanan bu maddələr antibiotik xassəsi daşıyıb havadakı
bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır.
Hazırda fitonsid maddələri üzrə hərtərəfli elmi tədqiqat işləri aparılır. Aydın olmuşdur ki, təbiətdə fitonsid hadisəsi
geniş yayılmışdır. Bakteriyalardan tutmuş ali bitkilərə qədər bütün bitki aləmi fitonsid xassəsinə malikdir. Çay, dəniz və
göllərin suyunda da fitonsidli bitkilərə rast gəlinir.
Ağaclar daha güclü fitonsid xassələri daşıyır. Bu məsələ haqqında aşağıda geniş məlumat veriləcəkdir.
Dostları ilə paylaş: