N.İ.Bazilyeviçin və b. (1960) məlumatına görə Yerdə canlı maddənin kütləsi hazırda aşağıdakı kimi
paylanır (cədvəl 18.5).
Cədvəl 18.5
Kontinent Okean
Yaşıl bitkilər 2,4x10
12
0,0002x10
12
Heyvanlar və mikroorqanizmlər 0,02x110
12
0,003x10
12
Cəmi
2,42x10
12
0,0032x10
12
Cədvəlin rəqəmlərindən göründüyü kimi, quruda canlı orqanizmlər olduqca sıx yerləşmişlər, burada canlı
orqanizmlərin əsas məskunlaşma mühiti torpaq sayılır.
Yerin torpaq örtüyü məskunlaşma mühitinə görə yalnız orada yaşayan orqanizmlərin biokütləsinin ümumi
ölçüsünə görə deyil, həmçinin onların növ müxtəlifliyinə görə okeandan zəngindir. M.M.Kamşilovun (1974)
hesablamalarına əsasən quruda yaşayan heyvan növləri ümumi növlərin 93%-ni, suda yaşayanlar isə cəmi 7%-ni
təşkil edir. Bunu bitki aləmi üçün də demək olar, belə ki, qurudakı bitki növləri ümumi bitki növlərinin 92%-ni,
sudakı bitkilərin isə cəmi 8%-ni təşkil edir.
M.S.Qilyarov (1949, 1985) məskunlaşma mühiti kimi torpağın əsas xüsusiyyətini orada eyni zamanda bir-
birilə sıx təmasda olan substratın üç faza halında (bərk, maye, qaz) olması ilə izah edir. Bu fazalar minimum
rütubət itkisi zamanı hava tənəffüsünü, həmçinin avtotrof və heterotrof orqanizmlərin həyatı üçün zəruri olan
mineral və üzvi maddələrin mövcudluğunu təmin edir.
Torpağın özünəməxsus üçfazalı sistem olaraq ekoloji şəraitin müxtəlifliyi ilə səciyyələndiyi mikrobioloqlar
tərəfindən də göstərilir. Onlar qeyd edirlər ki, hər torpaq tipi mikroorqanizmlər üçün bir deyil, bir sıra
məskunlaşma mühiti sayılır və torpaq mikrobiotasının növ və fəaliyyət müxtəlifliyinin zənginliyini təmin edir.
285
Pliosenin və əsasən dördüncü dövrün (antropogenin) torpaqları pleystosenin löslü və örtülü çöküntülərinin
gömülmüş qatları şəklində nisbətən yaxşı qalmışlar. Şübhəsiz ki, onlar müəyyən dəyişikliklərə uğramışlar,
bununla belə, onların quruluşunun, tərkibinin və xassələrinin öyrənilməsi, formalaşdıqları təbii şəraitin
xüsusiyyətləri haqqında fikir söyləmək üçün çox şey xəbər verir. Bu tədqiqatların materialları yeni xüsusi fənnin
Dostları ilə paylaş: |