QəRİb məMMƏdov, mahmud xəLİlov


yaşıllıqları havanın «sanitarı», fitonsidləri isə havanın «vitamini»



Yüklə 4,26 Mb.
səhifə539/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   535   536   537   538   539   540   541   542   ...   706
yaşıllıqları havanın «sanitarı», fitonsidləri isə havanın «vitamini» adlandırırlar.  

Fitonsid buraxan 40-a qədər ağac və kol növü aşkar edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus 

təsiredici xassəsi vardır. Şam ağacının fitonsidləri vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağ şamın fi-

tonsidi difteriya mikroblarını  qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc 

ağacının fitonsidləri difteriya, göyöskürək, qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Bir hek-

tar ardıc meşəsi sutkada 30 kiloqram fitonsidli efir yağı buraxır. Bu orta böyüklükdə olan bir şəhərdə havanın 

xəstəlik törədici mikroblardan təmizlənməsi üçün kifayətdir. Müəyyən edilib ki, şəhər havasının bir 

kubmetrində mikrobların sayı həmin həcmdə meşə havasından 150-200 dəfə çox olur. Ardıc, şam, sidr və palıd 

meşələrində mikrob yox dərəcəsindədir.  

Ağcaqayın, qovaq, tozağacı, sərv fitonsidləri 20-25, şam, ardıc və  dəfnə  ağacınınkı 15, qoz 18, vələs və 




 

288


saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidləri isə 5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qadirdir.  

İynəyarpaqlı  ağaclar bütün il boyu, enliyarpaqlı  ağaclar isə yalnız yarpağı olan dövrdə havaya fitonsid 

ayırır. Bitkilərin iyulda havaya buraxdığı fitonsidlərin miqdarı oktyabra nisbətən 60-70 faiz çox olur.  

Bitkinin mikroböldürücü təsirinə aid maraqlı bir misalı çəkmək yerinə düşərdi: 

1535-ci ildə Jak Kartenin Nyufaundlend adasına (Kanada) səfəri zamanı ekspedisiyanın 110 üzvündən 100 

nəfəri  sinqa  xəstəliyinə tutulur və onlardan 26 nəfəri dərhal ölür. Qalanları isə çox pis vəziyyətə düşürlər. 

Əlacsız qalan xəstələr allaha dua edib nicat diləyirlər. Nəhayət onlar şəfanı şam ağacının iynələrində tapırlar:  

hindlilərin məsləhətinə  əsasən xəstələr şam ağacının iynələrinin suyunu içəndən bir neçə gün sonra tamamilə 

sağalırlar. Bu hadisədən sonra Jak Karte şam ağacını «həyat ağacı» adlandırmışlar.  

Mütəxəssislər təyin etmişlər ki, günün ayrı-ayrı saatlarında da bitkilər havaya müxtəlif miqdarda fitonsid 

ayırır. Belə ki, səhər 8-ə kimi bitkilərin havaya buraxdığı fitonsidlərin miqdarı gündüz saatlarına nisbətən 3,5 

dəfə az olur. Saat 11-16 radələrində fitonsidlərin miqdarı daha da çoxalır və həmin müddət ərzində demək olar 

ki, dəyişmir. Axşamçağı saat 19-dan sonra fitonsidlərin miqdarı gündüzə nisbətən 7 dəfə azdır.  

Bitkilərin buraxdığı «vitaminlər»in miqdarı iqlim amillərindən asılı olaraq da dəyişir. Havanın temperaturu 

20-25

0

C-yə  qədər yüksəldikdə fitonsidlərin sıxlığı 1,8 dəfə çoxalır. Havada nəmlik 15%-ə  qədər artdıqda isə 



fitonsidlərin miqdarı 1,2 dəfə azalır.  

Bundan belə nəticəyə gəlmək olar ki, meşəyə, parka yay aylarında günorta saatlarında və günəşli günlərdə 

gəzişməyə çıxmaq sağlamlıq üçün daha çox faydalıdır.  

Alimlərin fikrincə bitkilərin fitonsid xassələrindən yalnız təbii  şəraitdə deyil, həm də bütün yaşayış 

yerlərində istifadə etmək olar. Yaşayış binalarında yaşıl bitkilər ətraf mühitin mikroiqlimini saflaşdırır. Otaqlar-

da becərilən bitkilər havanı mikroorqanizmlərdən təmizləyir, oksigenlə  zənginləşdirərək sağlamlaşdırır, infek-

siyaya qarşı orqanizmin möhkəmliyini artırır. Bu istiqamətdə təcrübə aparan tədqiqatçılar bir çox bitki növlərini 

otaq şəraitində becərmək üçün məsləhət görür. Bunlardan beqoniya, novruzgülü, ətirli pelarqoniya, eyxaris, qip-

peastrum, fikus, filodendron, bəzi qıjı növləri, ağacşəkilli aloye, südləyən kandelyarum fitonsid təsirinə görə ən 

fəal bitki növləridir. Bu təcrübələr istehsalat və digər binalarda daxili yaşıllaşdırma işlərinə geniş perspektiv 

açır. Belə bitkilər becərilən otaqlarda qış fəslində də yazın, yayın ətri duyulur. 

Hazırda istehsalat müəssisələrinin örtülü otaqlarında, sexlərdə, zavod və fabriklərin  ərazilərində gözəl bağlar, 

güllüklər yaradılır. Bu baxımdan, Bakı  məişət kondisionerləri zavodunun işi diqqətəlayiqdir. Zavodun ərazisini 12 

mindən artıq müxtəlif ağac növü, 18 min ədəd dekorativ kol, 20 min gül, çiçək bəzəyir. Yaşıl ağacların sahəsi 20 hektara 

çatır. Bütün bunlar həm sexləri, həm də zavodun ərazisini bəzəyərək əlverişli bioiqlim yaradır, səs-küyü azaldır, hər bir 

adamda xoş  əhvali-ruhiyyə, sevinc, gümrahlıq oyadır, əmək məhsuldarlığının yüksəlməsinə kömək edir. Məhz buna 

görə  də 1980-ci ildə Tolyattidə keçirilən sənaye müəssisələrinin yaşıllaşdırılması üzrə  təcrübə mübadiləsinə  həsr 

olunmuş ümumxalq müşavirəsində respublikamızı Bakı məişət kondisionerləri zavodu təmsil etmişdir.  

Həkimlər ürək-damar xəstəliklərinə palıd və digər meşələrin faydalı  təsirini çoxdan müşahidə etmişlər. 

Palıd meşələri təsir göstərdikləri şəraitdə xəstələrin müalicəsində ümumi dərman preparatları daha effektli nəticə 

vermişdir. Ağır xəstələr üçün isə otaqlarda xüsusi «meşə komfortu» yaradılır. Bu məqsəd üçün «Aerofit» cihazı 

köməyə  gəlir. Bitkilərin hissələri bu cihazda qarışdırılır, ondan alınan fitonsidlər otağa dolur. Hipertoniya 

xəstəliyinin bütün mərhələlərində palıd yarpaqlarından istifadə etmək olar.  

İstehsalat müəssisələrinin otaqlarında da mikrobları məhv etmək üçün «Aerofit» cihazını işlətdikdə yaxşı nəticə 

alınır. Gigiyena və profilaktika məqsədilə iynəyarpaqlı ağacların iynələrindən istifadə etdikdə daha effektli olur.  

Müəyyən edilmişdir ki, bitkilərin yalnız uçucu xassəli maddələri deyil, onların gövdəsinin, meyvə  və 

giləmeyvələrinin  şirələri də güclü antimikrob, yəni fitonsid xassələrinə malikdir. Odur ki, bitki şirələri də 

qiymətli sağlamlıq mənbəyi sayılır. Son zamanlar aydın olmuşdur ki, tünd rəngli meyvə  və giləmeyvələrin 

şirələri daha çox antimikrob xassəsi daşıyır. Bu istiqamətdə aparılan təcrübələr göstərmişdir ki, qırmızı və qara 

üzüm sortları ağ üzümə nisbətən qırmızı çuğundur isə ağ çuğundura nisbətən mikrobları daha tez məhv edir. Bu 

cəhətdən qaragilə və qara qarağat giləmeyvələrinin şirəsi daha üstün yer tutur.  

Yeyinti sənayesində ərzaqları uzun müddət xarab olmaqdan qorumaq üçün də fitonsidlərdən istifadə olunur. «Fi-

tonsidli» kağızlara bükülmüş alma, armud, limon, mandarin və s. meyvələr 1,5-2,5 dəfə az xəstəliyə tutulur.  

Məşhur torpaqşünas V.V.Dokuçayev apardığı  tədqiqatlarının nəticələrindən belə  qənaətə  gəlir ki, meşə 

rütubətin etibarlı toplayıcısı, qoruyucusu və  ədalətli paylayıcısıdır (bölüşdürücüsüdür). Yağış suları  əvvəlcə 

ağacların budaqlarına düşür, sonra onlardan yavaş-yavaş meşə döşənəyinin səthinə axır, oradan da tədricən 

torpağa keçir və onun dərin qatları ilə çaylara daxil olur. Bu zaman meşədə səthi axım əmələ gəlmir. Hətta güclü 

leysanlar zamanı meşəyə düşən yağışın ancaq 10-15%-i səthi axım yarada bilər. Açıq çəməndə isə yağışın 

yarıdan çoxu səthlə axıb gedir.  



 

289


Dağlarda və dərə-təpəli relyef şəraitində su axımının nizama salınmasında meşə xüsusilə böyük rol oynayır.  

Qoruyucu meşə zolaqları axını, hidroloji rejimi nizamlayır, mikroiqlimi yaxşılaşdırır, bitişik  əraziləri 

ziyanlı quru küləklərdən, quraqlıqdan və tozlu tufanlardan mühafizə edir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   535   536   537   538   539   540   541   542   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin