19.2. Təbii otlaqların vəziyyəti
Quru səthinin onda bir hissəsini əkin sahələri tutur, lakin təbii otlaqların ərazisi əkin sahələrindən iki dəfə
artıqdır. Otlaqlar əsasən ya quru əraziləri, ya çox dik yamacları, yaxud da əkinçilik üçün yararsız, münbit
olmayan əraziləri tutur. Yer səthinin beşdə bir hissəsini tutan bu otlaq sahələrində 3,3 mlrd. baş iri buynuzlu
mal-qara, qoyun və keçi otarılır (cədvəl 19.2). Bu gövşəyən heyvanlar mürəkkəb həzm sisteminə malik olub,
kobud yemləri ətə və südə çevirməyə imkan yaradır.
Mövcud məlumatlara əsasən planetimizdə 180 mln adam öz ev təsərrüfatında yaşayışını təmin etmək üçün
mal-qara saxlayır. Bir sıra Afrika ölkələrinin iqtisadiyyatı maldarlıqdan olduqca asılı olub, əhalisini həm
ərzaqla, həm də işlə təmin edir. Yaxın Şərq, Mərkəzi Asiya (Monqolustan daxil olmaqla), şimal-qərbi Çin və
Hindistanın bir çox rayonlarının əhalisi də dünyada daha çoxlu miqdarda gövşəyən heyvanlar saxlayaraq,
onlardan süd, ət və yanacaq almaqla yanaşı, həm də çəkici iş qüvvəsi kimi istifadə edirlər.
Dünyanın digər hissələrində otlaqlardan iribuynuzlu mal-qara təsərrüfatları altında istifadə olunur.
Avstraliyada torpaqların əksər hissəsi otlaqlar altında olub, qoyunların miqdarı 117 mln təşkil edir. Bu, dünyada
ən böyük sürü hesab olunub, hər sakinə altı baş qoyun düşür. Argentina, Braziliya, Meksika və Uruqvayın
iqtisadiyyatı əsasən iribuynuzlu mal-qara saxlamaq istiqamətində inkişaf edir, bunun üçün də əsas rasion ot
sayılır. Şimali Amerikanın Böyük düzlərində taxıl üçün yararsız sahələr də iri buynuzlu mal-qara üçün otlaq
kimi istifadə olunur.
290
Gövşəyən heyvanlar, insanlar üçün ət və süd verməklə yanaşı, həm də dəri və yun mənbəyidir. Dəri və yun
məmulatlarının istehsalı milyonlarla insanların yaşaması üçün gəlir mənbəyi sayılır. Lakin bu sahələr də onlara
xammal verən otlaqlardan asılıdır.
Dostları ilə paylaş: |