QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə544/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   540   541   542   543   544   545   546   547   ...   706
Cədvəl 19.3  

 

Dünyanın quraqlıq regionlarında otlaqların gücdən düşməsi  

nəticəsində ev heyvanlarının məhsuldarlığının azalması ilə əlaqədar iqtisadi itki 

 

Kontinentlər 

Məhsuldarlığın azalmasından itkinin 

miqdarı (mlrd. doll) 

 

1 2 

Afrika 7,0 

Asiya 8,3 

Avstraliya 2,5 

Avropa 0,6 

Şimali Amerika 

2,9 


Cənubi Amerika 

2,1 


Cəmi 23,2 

 

19.3 saylı cədvəldən göründüyü kimi otlaqların deqradasiyası nəticəsində heyvandarlığın məhsuldarlığının 



aşağı düşməsi ilə əlaqədar Afrikada illik itki 7,0 mlrd dollar təşkil edir. Otlaqların hədsiz otarılması ilə əlaqədar 

Afrika və Asiyaya birlikdə dəyən ziyan bütün dünya iqtisadi itkisinin üçdə ikisini təşkil edir.  

 

 

 



Şəkil 19.1. 1950-2000-ci illərdə dünyada adambaşına düşən  

mal ətinin istehsalı 


 

292


 

1968-ci ildə Kaliforniya (Santa-Barbara) Universitetinin əməkdaşı Qarrett Xardin (Garrett Hardin) Science 

məcmuəsində «Otlaqların faciəsi» («The Tragedy of the Commons») adlı məqalə dərc etdirir. Xardın ictimai 

otlaqları misal gətirərək göstərir ki, yerli maldarlar otlaqdan istədiyi kimi istifadə edir. Hər bir maldar digərləri 

ilə razılaşmadan sürüsünü artıraraq öz güzaranını yaxşılaşdırmağa çalışır. Beləliklə, o, sürüsünün sayını çoxal-

daraq əlavə gəlir əldə edir, otlağın gücdən düşməsi isə ona az təsir göstərir. Lakin müəyyən vaxt keçdikdən so-

nra ictimai otlaqlarda heyvan sürülərinin artması  və  hədsiz otarma otlağı gücdən salır, dağıdır və bu zaman 

maldarları fəlakət «yaxalayır».  

Otarma nəticəsində  çəmən və bozqır qruplaşmalarının dəyişməsi  otlaq diqressiyası (deqradasiyası) 

adlanır. Heyvanın növündən, sayından, otarma müddətindən asılı olaraq otlağa müxtəlif təsir göstərir.  

Otarma iki cür təsir göstərir: bilavasitə ot örtüyünə – bitkinin yeyilməsi və dırnaqları ilə qırılması; torpaq 

rejiminin dəyişməsi vasitəsilə. Otarma zamanı adətən torpaq bərkiyir, cənub rayonlarında bu zaman kapilyarlar 

vasitəsilə suyun səthə çıxaraq buxarlanması nəticəsində torpağın düzlaşması baş verir. Qumlu torpaqlarda çim 

örtüyünün dağılması nəticəsində külək eroziyası güclənir. Dağ yamaclarında torpağın bərkiməsi və ot örtüyünün 

dağılması nəticəsində səthi və yarğan eroziyası baş verir. Bütün bu neqativ proseslər otlaqlarda mal-qaranın sis-

temsiz və həddən artıq otarılması ilə əlaqədardır.  



 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   540   541   542   543   544   545   546   547   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin