Şəkil 19.2. İAS-ın struktur sxemi (Xanin, 1997)
Bioloji müxtəlifliyin qorunub saxlanmasında mühüm vasitə – xüsusi mühafizə olunan təbii ərazilər
(XMTƏ) hesab olunur.
XMTƏ- tipik və nadir təbii landşaftları, heyvan və bitki aləmi müxtəlifliklərini, təbii və mədəni irsi qoruyub
saxlamaq məqsədilə ayırırlar.
Müasir beynəlxalq təsnifata 10 XMTƏ kateqoriyası daxildir (Sokolov, və b., 1997):
•
Ciddi rejimli təbii elmi rezervatlar;
•
Milli parklar;
•
Təbiət abidələri, diqqətəlayiq (maraqlı) təbiət obyektləri;
•
Təbiəti mühafizə təyinatlı rezervatlar, təbiətin idarə olunan rezervatları, vəhşi təbiətin sığınacaqları;
•
Mühafizə olunan landşaftlar;
•
Resursqoruyucu rezervatlar;
•
Antropoloji rezervatlar;
•
Resursqoruyucu ərazilər və çoxməqsədli istifadə əraziləri;
•
Biosfer rezervatları;
•
Dünya irsli (təbii) yerlər;
Azərbaycanda XMTƏ-nin aşağıdakı kateqoriyaları ayrılır.
•
Dövlət təbii qoruqları;
•
Milli parklar;
•
Təbii parklar;
•
Dövlət təbii yasaqlıqları;
•
Dendroloji parklar və Botanika bağı;
299
•
Müalicəvi – sağlamlıq yerləri və kurortlar.
Dostları ilə paylaş: |