Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş
verir. Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30%-ə qədəri
şoranlaşmaya və şorakətləşməyə məruz qalmışdır. Dünyada hər il suvarılan torpaqların 1,5 mln. ha-ı şorlaşaraq
sıradan çıxır. Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28%, Avropada 16%, Avstraliyada
13% təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub
35%-ə çatır.
Quraqlıq səhralaşma prosesində daha mühüm rol oynayır. Məsələn, 1968-ci ildə Caxeldə 20 il sürən
quraqlıq nəticəsində tarlaların və otlaqların məhsuldarlığı aşağı düşmüş, su quyuları qurumuş, çayda su axınları
azalmış, Çad gölünün səviyyəsi aşağı enmişdir. Quraqlığın ilk dalğası zamanı (1968-1973-cü illər) 250 mindən
artıq yerli əhali acından ölmüş, mal-qaranın 40%-i məhv olmuşdur. Malidə və Mavritaniyada mal-qaranın 90%-i
qırılmışdır. 1980-ci ilin ortalarında Saxaradan cənubda quraqlıq nəticəsində 3 mln-a yaxın adam ölmüşdür.
Dostları ilə paylaş: |