18.7. Səhralaşma
Səhralaşma Planetimizin milyonlarla insanları üçün faciəli hadisə hesab edilir. Belə ki, səhralaşma torpağın
və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi
deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri qu-
ruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru «hərəkətə» gəlir, bunun nəticəsində yoxsulluq,
aclıq və xəstəliklər baş verir.
BMT ekspertləri səhralaşma prosesini və onun yayılmasını ekoloji vəziyyətin pisləşməsi kimi
qiymətləndirir, qeyd edilir ki, bu proses nəticəsində yarımquraq ərazilərin məhsuldarılığı səhra səviyyəsinə kimi
enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün yararlığı azalır və ya səhraya çevrilir.
Səhralaşmanın iki formasını ayırırlar: səhralaşmış sahələrin arealının genişlənməsi (dezertifikasiya) və olduğu
yerdə səhralaşma prosesinin dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə
ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır.
Planetimizdə 3,6 mlrd. ha sahə səhralaşmaya məruz qalmışdır, bu Avropanın ərazisindən üç dəfə artıqdır və
ya Yer kürəsi sahəsinin dörddə biri qədərdir. Səhralaşma bütün kontinentlərdə (Antarktida istisna olmaqla) –
dünyanın 110 ölkəsində mövcuddur.
İnsan yaşadığı tarix boyu 1 mlrd. hektardan artıq məhsuldar torpağı səhraya çevirmişdir.
Antropogen səhralar planetimizin 6,7%-ni, yəni Avstraliyanın 1/4-dən artıq sahə tutur.
Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəiyşməsi, torpağın eroziyası və
şoranlaşması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır.
-
Dostları ilə paylaş: |