QLOBAL TÜTÜN EPİDEMİYASI BARƏDƏ
ÜST-nin MƏRUZƏSİ, 2008-ci il.
MPOWER tədbirlər kompleksi
yaĢayır və təsir edir
XX əsrdə
t
ütün epidemiyası
bütün dünyada
100 milyon insanın
həyatına
son qoydu.
O XXI əsrdə
bir milyard insanı
öldürə bilər.
Monitor
Tütün istehlakının və
profilaktik strategiyaların
monitorinqi.
Protect
İnsanların tütün
tüstüsündən mühafizəsi.
Offer
Tütündən istifadənin
dayandırılması məqsədi ilə
kömək təklifi.
Warn
Tütünlə bağlı
təhlükələrə dair
xəbərdarlıq.
Enforce
Tütün məhsullarının
reklamına, satışının
stimullaşdırılmasına və
sponsorluğuna qoyulmuş
qadağalara əməl
edilməsinə təminat.
MPOWER
tədbirlər
kompleksinə
aid
ÜST
-ni
n altı
strategiyası tütün
epidemiyası
ilə
mübarizə apara
və
on
un qurbanlarının
sayını azalda bilər.
Raise
Tütün məhsullarına qoyulan
vergilərin artırılması.
T
ütünlə mübarizə
nin
a
ltı effekt
li
strategiyası
epidemiya
ilə
mübarizə apara
bilər.
“Qlobal tütün epidemiyası barədə ÜST
-nin
Məruzəsi, 2008
-ci il
”
–
ÜST
-nin
tütün epidemiyasının vəziyyətinə
və onun
dayandırılması
məqsədi ilə aparılmıĢ
əks
tədbirlərin təsirinin qiymətləndirilməsinə həsr
olunmuĢ silsilə məruzələrinin
birincisidir.
WHO Library Cataloguing-in-Publication Data
QLOBAL TÜTÜN EPİDEMİYASI BARƏDƏ
ÜST-nin MƏRUZƏSİ, 2008-ci il.
MPOWER t
ə
dbirl
ə
r kompleksi
Bu sənəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai
Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən azərbaycan dilinə tərcümə
olunmuşdur.
Mündəricat
11
QLOBAL TÜTÜN EPİDEMİYASINA SON QOYMAQ
VƏ MİLYONLARLA HƏYATI XİLAS ETMƏK ÜÇÜN
BU GÜN FƏALIYYƏT GÖSTƏRMƏK LAZIMDIR
ÜST-nin Baş direktorunun məktubu
12
XÜLASƏ
QLOBAL TÜTÜN BÖHRANI
1
8
Tütün – qlobal ölüm faktorudur
20
Artan epidemiya
22
Tütünün iqtisadi təhlükəsi
2
5
Xəstəliklər törədicisi kimi olan tütün sənayesi
2
7
MPOWER: TÜTÜN EPİDEMİYASINA SON QOYA
BİLƏCƏK ALTI MÜBARİZƏ STRATEGİYASI
2
8
Tütün istehlakının və profilaktik strategiyaların monitorinqi
2
9
İnsanların tütün tüstüsündən mühafizəsi
Tütündən istifadənin dayandırılması məqsədi ilə kömək təklifi
3
7
Tütünlə bağlı təhlükələrə dair xəbərdarlıq
40
Tütün məhsullarının reklamına, satışının stimullaşdırılmasına və sponsorluğuna
qoyulmuş qadağalara əməl edilməsinə təminat
43 Tütün məhsullarına qoyulan vergilərin artırılması
33
İXTİSARLAR
АМRB Amerika ölkələri
üçün
ÜST
-nin regional
bürosu
АFRB
Afrika
ölkələri
üçün
ÜST
-nin regional
bürosu
ÜST
Ümumdünya
Səhiyyə
TəĢkilatı
ŞARB ġərqi
A
ralıq dənizi
ölkələri
üçün
ÜST
-nin
regional
bürosu
ABŞ doll.
Amerika
BirləĢmiĢ
ġtatları Dolları
ARB ÜST
-nin Avropa
regional bürosu
QSORB Sakit okeanın
Qərb
hissəsi ölkələri
üçün
ÜST
-nin regional
bürosu
YVV
Yerli valyuta vahidi
BVF Beynəlxalq valyuta
Fondu
QYX
Qeyri-yoluxucu
xəstəliklər
QHT
Qeyri-
hökumət
təĢkilatı
ABŞ
Amerika
BirləĢmiĢ
ġtatları
XMM
Xəstəliklərlə
mübarizə və onların
profilaktikası
mərkəzləri
Qərargah ÜST
-ni
n qərargahı
CŞARB Cənub
-
ġərq
Asiya
ölkələri
üçün ÜST
-
nin regional
bürosu
STEPS Epidnəzarətə dair
ÜST
-ni
n mərhələli
y
anaĢması
4
6
TÜTÜNƏ QARŞI QLOBAL MÜBARİZƏ
SAHƏSİNDƏ OLAN VƏZİYYƏT
EFFEKTLİ TƏDBİRLƏRİN HƏYATA
KEÇİRİLMƏSİ YALNIZ İNDİ BAŞLAYIR
4
8 Ölkələrin yarısından çoxu monitorinqin nəticələri barədə minimal
məlumata malik deyil
4
8 Yalnız dünya əhalisinin 5%-i tütün tüstüsündən azad zonaların
yaradılması barədə hərtərəfli qanunlar vasitəsi ilə mühafizə olunur
50 Yalnız tütün istifadəçilərinin bəziləri tütün asılılığından qurtulmaq
üçün zəruri olan köməyi alırlar
52 Bəzi ölkələrdə tütün məmulartlarının qutularına tütünlə əlaqədar
sağlamlığa dəyən zərər barədə xəbərdarlıqların yerləşdirilməsi
qaydaları qüvvədədir
5
4 Az sayda ölkələr tütün məhsullarının reklamına, satışın
stimullaşdırılmasına və sponsorluğuna qoyulmuş qadağalara riayət edir
56 Ölkələr tütün məhsullarına qoyulan vergilərin artması ilə insanların
həyatını xilas edə bilər
5
8 Qlobal tütünlə mübarizənin maliyyələşdirilməsi ehtiyaclara
cavab vermir
62
YEKUN
64
İSTİNADLAR
TÜTÜN EPİDEMİYASININ QURBANLARI
XX əsrdə tütün epidemiyası 100 milyon insanın həyatına son qoydu
Hazırda il ərzində 5,4 milyon insan ölür
Əgər təcili tədbirlər görülməsə:
2030-cu ilədək ölənlərin sayı ildə 8 milyondan çox olacaq
2030-cu ilədək tütündən istifadə ilə əlaqədar ölüm hallarının 80%-
dən çoxu inkişaf edən ölkələrin payına düşəcək
Proqnozlara əsasən XXI əsr ərzində ölüm hallarının sayı bir
milyarda çata bilər
Tam qarşısı alına bilən bu epidemiyanın
geri dönməsi, bu gün dünyanın hər bir ölkəsində
ictimai səhiyyənin və siyasi rəhbərliyin
ən mühüm prioriteti olmalıdır.
D-r Marqaret Çen, ÜST-nin Baş direktoru
QLOBAL TÜTÜN EPĠDEMĠYASINA SON QOYMAQ VƏ
MĠLYONLARLA HƏYATI XĠLAS ETMƏK ÜÇÜN
BU
GÜN
FƏALĠYYƏT GÖSTƏRMƏK LAZIMDIR
Bu əsrdə bir milyard kişi, qadın və
uşaqlara təhlükə yaradan qlobal
tütün epidemiyası probleminin həlli
bizim əlimizdədir. Faktiki olaraq
tütündən istifadə o qədər çox və
müxtəlif üsullarla məhv edə bilir ki,
dünyada əsas səkkiz ölüm səbəbinin
altısına dair risk faktoru təşkil edir.
Bu dağıdıcı epidemiyanı
dayandırmaq üçün dərman və
vaksinlər deyil, hökumətlərin və
vətəndaş cəmiyyətlərinin
razılaşdırılmış fəaliyyəti zəruridir.
Bizim dövr – ictimai səhiyyənin
tarixində olan nadir məqamdır ki,
siyasi iradənin və
maliyyələşdirmənin birləşməsi ilə
hazırki əsrin ortalarına tütün
istehlakının kəskin azalması və
milyonlarla həyatın xilas olması
üçün potesial yaradır. Bu tam qarşısı
alına bilən epidemiyanın geri
dönməsi bu gün dünyanın hər bir
ölkəsində ictimai səhiyyənin və
siyasi rəhbərliyin ən mühüm
prioriteti olmalıdır.
Qlobal səviyyədə tütün epidemiyası
ilə mübarizənin vacibliyini artıq
tütünlə mübarizə üzrə ÜST Çərçivə
konvensiyasının 150 Tərəfi yekdil
qəbul etdi. Hazırda “Qlobal tütün
epidemiyası barədə ÜST-nin
Məruzəsi, 2008-ci il” ölkələrə
MPOWER - tütünlə mübarizəyə dair
altı effektli tədbirlər kompleksi
vasitəsi ilə bu qlobal konsensusun
qlobal reallığa çevrilməsi üçün
Çərçivə konvensiyasına əsaslanan
“yol xəritəsi”ni təklif edir.
Lakin ölkələr təklikdə fəaliyyət
göstərməyəcək. ÜST qlobal
partnyorların köməyi ilə potensialını
artırır və üzv ölkələrinə MPOWER
tədbirlərinin həyata keçirilməsi və
təmin olunmasında dəstək verməyə
hazırdır.
“Qlobal tütün epidemiyası barədə
ÜST-nin Məruzəsi, 2008-ci il”
həmçinin dünyanın konkret ölkələri
üzrə müqayisə edilə bilən
məlumatların nadir kompleksini
ÜST tərəfindən təqdim edilməsinə
imkan verir ki, burada tütün
istehlakının vəziyyəti, onun insanlar
və iqtisadiyyat üçün yaratdığı
nəticələri, eləcə də epidemiyanın
dayandırılmasına yönəldilən səylər
nəticəsində ölkələrin əldə etdiyi
nailiyyətləri öz əksini tapmışdır.
Təcili tədbirlər həyata keçirilməlidir.
Tütün epidemiyası hal-hazırda ağ
ciyərlərin xərçəngi, ürək xəstəlikləri
və digər xəstəliklər səbəbindən hər il
5,4 milyon insanın həyatına son
qoyur. Onun qarşısı alınmazsa,
2030-cu ilədək bu rəqəm səkkiz
milyona çatacaq.
Faciə ondadır ki, bu ölümlərin 80%-
dən çoxu inkişaf edən ölkələrin
payına düşəcək, epidemiya xüsusilə
o ölkələrə güclü zərbə vuracaq ki,
orada sürətlə artan iqtisadiyyat
vətəndaşlara həyatın yaxşılaşmasına
ümid verir. Tütün şirkətləri üçün bu
ölkələr yeni geniş satış bazarlarıdır.
Bu nəinki xəstələnmə və ölüm
səviyyəsinin artmasına, eləcə də
əmək məhsuldarlığının azalmasına
və səhiyyə xərclərinin artmasına
gətirib çıxardaçaq ki, bunların da
qarşısını almaq olardı.
Biz buna yol verə bilmərik. Bütün
dünya ölkələrinin hökumətlərini
MPOWER tədbirlər kompleksində
nəzərdə tutulmuş təcili tədbirlərin
həyata keçirilməsinə çağırıram.
D-r Marqaret Çen,
Baş direktor
Ümumdünya Səhiyyə Təşkilatı
11
Xülasə
Bu gün tütün – dünyada yeganə ən
çox dərəcədə qarşısı alına bilən
ölüm səbəbidir. Bu il tütün beş
milyondan artıq insanı – ümumi
götürdükdə vərəm, HİV/AİDS və
malyariya xəstəliklərindən də çox
insanı məhv edəcək. 2030-cu ilədək
o, ildə səkkiz milyondan çox insanı
məhv edəcək. Təcili tədbirlər
görülməzsə, bu yüzillikdə tütün bir
milyard insanın həyatına son
qoyacaq.
Tütün yeganə leqal istehlak malıdır
ki, onun təsirinə məruz qalan hər
kəsə zərər gətirə bilər; o, təyinatı
üzrə ondan istifadə edənlərin
təxminən yarısını öldürür. Buna
baxmayaraq tütündən istifadə bütün
dünyada geniş yayılıbdır ki, bu da
aşagı qiymətlər, satışının
təcavüzkarcasına və istənilən yerdə
stimullaşdırılması, onunla bağlı
təhlükələr barədə məlumatın
olmaması və onun istehlakına qarşı
yönəldilən qeyri-ardıcıl dövlət
siyasətindən asılıdır.
Əksər hallarda tütün istehlakı ilə
bağlı sağlamlığa dəyən zərər ondan
istifadə etməyə
başladıqdan illər və ya
onilliklər ötdükdən sonra
özünü göstərir. Bu o
deməkdir ki, tütün
məmulatlarının
istehlakının qlobal
səviyyədə genişlənməsi
şəraitində tütün
səbəbindən baş verən
xəstəliklər və ölüm
epidemiyası yalnız indi
başlayır.
Lakin biz gələcəyi
dəyişdirə bilərik. Tütün
epidemiyası dağıdıcı
xüsusiyyətə malikdir,
lakin onun qarşısı alına
biləndir. Tütünə qarşı
mübarizə gərgin və tez
aparılmalıdır – həyat üçün təhlükəli
yoluxucu xəstəliklərlə mübarizdə
olduğu kimi fəal olmalıdır.
Biz tütün epidemiyasını dayandıra
və tütündən azad dünya qura
bilərik, lakin gecikmədən tədbir
aparmaq lazımdır.
Tütünlə mübarizə üzrə ÜST
Çərçivə konvensiyası – 150 Tərəfin
iştirak etdiyi hərtərəfli müqavilə –
tütün epidemiyasına qarşı qlobal
mübarizədə ilk addım oldu. Bu
müqavilə tütün məhsullarına olan
təklif və eləcə də tələblərin
azaldılması modelini ölkələrə təklif
edir. ÜST Çərçivə konvensiyasına
görə xəstələnmənin qarşısının
alınmasında və sağlamlığın
möhkəmləndirilməsində aparıcı rol
beynəlxalq hüquqa məxsusdur.
ÜST Çərçivə konvensiyası Tərəfləri
tütün epidemiyasına qarşı
mübarizəyə qoşularaq öz
əhalilərinin sağlamlıqlarının
qorunmasını öhdələrinə götürdülər.
ÜST Çərçivə konvensiyasında əks
olunmuş vəzifələrin həlli
istiqamətində ölkələrə yardım
göstərmək məqsədi ilə ÜST
MPOWER - tütünə qarşı mübarizə
üzrə altı strategiyadan ibarət olan
ən əhəmiyyətli və daha effektli
kompleksi tərtib etdi: vergi və
qiymətlərin artırılması, tütün
məhsullarının reklamına, satışının
stimullaşdırılmasına və
sponsorluğuna qadağaların
qoyulması, insanların passiv
siqaretçəkmədən mühafizəsi,
hamının və hər kəsin tütünlə bağlı
təhlükələrdən xəbərdar edilməsi,
tütündən istifadənin dayandırılması
məqsədi ilə kömək təklifi, eləcə də
epidemiyanın və profilaktik
tədbirlərin dəqiq monitorinqi.
Sübuta yetirilib ki, bu tədbirlər
tütündən istifadənin azalmasını
təmin edir.
MPOWER-i dəstəkləmək üçün
ÜST və onun qlobal partnyorları
hal-hazırda tütündən istifadə ilə
əlaqədar yaranan xəstəliklər, ölüm
və iqtisadi itkilərə son qoymaq
istəyən ölkələrə yardım etmək
mədsədi ilə yeni resurslar təklif
edirlər.
Dərhal
MPOWER-
lə birgə fəaliyyət göstərin
12
TÜTÜNDƏN ĠSTĠFADƏ DÜNYADA SƏKKĠZ ƏSAS ÖLÜM
SƏBƏBLƏRĠNDƏN ALTISINA DAĠR RĠSK FAKTORUDUR
Ürəyin
işemik
xəstəliyi
Beyin
qan
dövranının
pozulması
Aşağı
tənəffüs
yollarının
infeksiyaları
Ağ
ciyərlərin
xroniki
obstruktiv
xəstəliyi
HİV/AİDS Diareya
xəstəlikləri
Vərəm
Ağ
ciyərlərin,
bronxların
və
traxeyanın
xərçəng
xəstəliyi
Tütündən
istifadə
Tütünlə
əlaqədar
yaranan
digər
xəstəliklər
*
Ştrixlənmiş zonalar tütündən istifadə
ilə əlaqədar ölüm hallarının faizini
göstərir və müvafiq ölüm səbəbinin
sütununun rəngi ilə eynidir.
*O cümlədən ağız boşluğu və qırtlaq
xərçəngi, qida borusu xərçəngi,
mədə xərçəngi, qara ciyər xərçəngi,
digər xərçəng növləri, eləcə də ürək-
damar xəstəlikləri, lakin ürəyin
işemik xəstəliyi və beyin qan
dövranının pozulması istisna edilir.
Mənbə: Mathers CD, Loncar D.
Projections of global mortality and
burden of disease from 2002 to
2030.
PLoS Medicine, 2006, 3(11): e442.
Əlavə məlumat C.D.
Mathers ilə şəxsi ünsiyyət zamanı
alınmışdır.
HİV/AİDS-lə əlaqədar yenidən
baxılmış məlumatlar mənbəyi: AİDS
epidemiyasına dair məlumatların
yenilənməsi.
Ceneva, Birləşmiş Millətlər
Təşkilatının HİV/AİDS üzrə Birləşmiş
Proqramı (UNAİDS) və Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST),
2007-ci il.
M
ily
on
ö
lü
m
ha
lla
rı
(
20
05
il
)
[Tütündən istifadə] –
dünyada əsas qarşısı alına bilən
ölüm səbəbidir.
Ümumdünya Səhiyyə Təşkilatı:
Dünyada səhiyyənin vəziyyəti barədə Məruzə 2003-cü il.
13
Kompleks şəkildə bu altı
strategiyanın reallaşması və
həyata keçirilməsinin təmin
olunması gənclər arasında
siqaretçəkmənin başlanmasının
qarşısını alacaq, bu gün siqaret
çəkənlərə bu vərdişdən imtina
etməyə kömək edəcək,
çəkməyənləri isə passiv
siqaretçəkmədən mühafizə
edəcək, ölkələri və onların
xalqlarını tütünün zərərli
təsirindən xilas edəcək.
Tütün istehlakının və
profilaktik strategiyaların
monitorinqi. Tütündən
istifadənin və onun nəticələrinin
daha dəqiq qiymətləndirilməsi
zəruridir. Hal-hazırda bütün
ölkələrin yarısı və inkişaf edən
ölkələrin üçdə ikisi gənclərin və
böyüklərin tütündən istifadəsinə
dair hətta ən minimal məlumata
malik deyil. Tütündən yaranan
xəstəliklər və ölüm kimi
epidemiyanın digər aspektləri
barədə də məlumatlar kifayət
deyil. Etibarlı monitorinq bu və
ya digər ölkədə epidemiyanın
miqyasına dair, eləcə də həmin
ölkənin konkret tələbatını nəzərə
almaqla strategiyaları necə tərtib
etmək barədə məlumatı təmin
edir. Həm qlobal, həm də ölkə
üzrə monitorinq tütün
epidemiyasının başa düşülməsi
və geri dönməsi üçün son dərəcə
vacibdir.
İnsanların tütün tüstüsündən
mühafizəsi. Təmiz hava ilə nəfəs
almaq hüququ hər bir insanın
əsas hüquqlarından biridir.
Siqarert çəkməyənləri mühafizə
etmək üçün, həmçinin siqaret
çəkənləri bu vərdişdən imtina
etməyə vadar etmək məqsədi ilə,
tütün tüstüsündən azad yerlərin
olması vacibdir. Gəlir
səviyyəsindən asılı olmayaraq,
istənilən ölkə, tütün tüstüsündən
azad ərazilərin yaradılması
barədə qanunlara effektli riayət
olunmasını təmin etmək
imkanındadır. Lakin Yer
kürəsinin bütün əhalisinin yalnız
5%-i müvafiq yerlərdə
siqaretçəkmənin qadağan
edilməsi barədə hərtərəfli milli
qanunvericilik vasitəsi ilə
mühafizə olunur. Əksər ölkələrdə
tütün tüstüsündən azad zonaların
yaradılması barədə qanunlar
yalnız bəzi daxili otaqlara şamıl
edilir, dəqiq ifadə edilmir və ya
pis icra edilir. Tütün tüstüsündən
azad zonaların yaradılmasını
nəzərdə tutan qanunlar qəbul
olunduqdan və riayət olunması
təmin olunduqdan sonra, hətta
siqaret çəkənlər arasında, daha da
çox məşhur olur və biznesə zərər
gətirmir.
Yalnız ictimai yerlərdə və iş
yerlərində siqaret çəkmənin tam
qadağan edilməsi siqaret
çəkənlərə bu vərdişdən azad
olmağa kömək edir.
Dostları ilə paylaş: |