Tütünsüz dünyanı dəstəkləyək
20
Mənbə: Mathers CD, Loncar D. Projections of global mortality and burden of disease from 2002
to 2030.
PLoS Medicine
2006, 3(11):e442.
BU GÜNDƏN BAġ
LAYARAQ 2030-CU
ĠLƏDƏK TÜTÜN
DÜNYADA 175 MĠLYON ĠNSANIN HƏYATINA SON QOYACAQ
Tütünlə əlaqəli cəmi ölüm hallarının sayı, 2005–2030 illər.
Dünyada
ĠnkiĢaf edən ölkələr
ĠnkiĢaf etmiĢ ölkələr
Tütünl
ə
əl
aqə
li
cə
m
i
ö
lü
m
hal
la
rı
nı
n
sa
yı
(m
ln
.)
Hər hansı bir xəstəlik
haqqında
düĢünəndə
mən heç vaxt ona
qarĢı dərman axtarıĢı barə
sin
də
fikirləĢmirəm,
əksinə
mən onun
profilaktikası üsulları barəsində
düĢünürəm.
Lui Paster (1822
–
1895)
21
Tütünün
iqtisadi təhlükəsi
Tütün sənayesinin nümayəndələri
hətta təsdiqləsələr ki, onlar iş yerləri
yaradırlar və büdcəyə yerli və milli
iqtisadiyyatı möhkəmləndirən gəlir
gətirirlər, bu sahənin hər bir ölkədə
qoyduğu əmanəti – iztirablar,
xəstəliklər və ölüm, eləcə də iqtisadi
itkilərdir. Tütün istehlakı bu gün
dünyaya hər il yüz milyardlarla
dollar vəsaiti hesabına başa gəlir
22
.
Tütün istehlakı ilə əlaqədar ölüm
halları itirilmiş iqtisadi imkanlar
deməkdir. Birləşmiş Ştatlarda bu
itkilər ildə 92 milyard ABŞ dolları
həcmində qiymətləndirilir
22,23
.
Əhalisi sıx olan inkişaf edən
ölkələrdə, hansıların ki, bir çoxları
qlobal iqtisadiyyat üçün istehsal
mərkəzləri sayılır, iqtisadi
imkanların itirilməsi, tütün
epidemiyasının genişlənməsi
nəticəsində daha ağır xüsusiyyətlərə
malik olacaq, çünki tütün istehlakı
ilə əlaqədar ölüm hallarının yarısı
əmək qabiliyyəti yaşında baş verir
22
.
Tütündən istifadə ilə əlaqədar ölüm
hallarının iqtisadi xərcləri inkişaf
edən ölkələr üzərində ağır yük olaraq
qalır ki, bu ölkələr üzərinə 2030-cu
ilədək tütünlə əlaqədar hər beş ölüm
hallarından dördü düşəcək
1
. Tütünün
qlobal səhiyyənin xərclərinə olan
təsiri barədə məlumatlar
natamamdır, lakin məlumdur ki, bu
təsir böyükdür. Birləşmiş Ştatlarda
tütündən istifadə ilə əlaqədar
səhiyyənin illik xərcləri 81 milyard
ABŞ dolları, Almaniyada təxminən 7
milyard ABŞ dolları, Avstraliyada 1
milyard ABŞ dolları təşkil edir
22
.
Tütündən istifadə ilə əlaqədar yekun
iqtisadi effekt – yoxsulluğun
artmasıdır. Tütün sənayesinin
kommersiya məqsədi – tütündən
asılı olan istehlakçıların sayının
artması – kasıb əhali təbəqələrinə
həddindən artıq zərər vurur. Əksər
ölkələrdə tütün istehlakı varlılarla
müqayisədə daha çox kasıblar
arasında yayılıb və tütündən istifadə
ilə əlaqədar varlılar və kasıblar
arasında olan ən böyük fərq orta
gəlirlər ən aşağı səviyyədə olan
regionlarda müşahidə olunur
24
.
Daha sağlam gələcəyin formalaĢmasına kömək edək
22
Mənbə: Bir ölkəyə düşən siqaret çəkənlərin sayı yayılma dərəcəsinin təshih edilmiş qiymətləndirilməsi vasitəsi
ilə hesablanmışdır. Bu üsulun nöqsanı ondadır ki, siqaret çəkənlərin sayını hesablamaq üçün istifadə olunan
təshih edilmiş qiymətləndirmələr, bəzən ölkə üzrə məhdud məlumatlardan irəli gəlir, bununla belə bir sıra
ölkələrə dair xeyli təshihlər aparılmalıdır. Belə hallarda təshih edilmiş qiymətləndirmələr, ölkələrin məruzə
etdikləri faktiki yoxlmalardan fərqlənə bilər. Braziliyada siqaretçəkmənin yayılması barədə məlumatlar VIGITEL
2006–dan götürülüb.
Xroniki xəstəliklərin profilaktikası və onlarla
mübarizə barəsində mövcud biliklərin tətbiq
olunmaması gələcək nəsillər üçün təhlükə yaradır.
ÜST-nin 2005-ci il Məruzəsi, Xroniki xəstəliklərin qarşısının alınması: vəsaitlərin
həyati vacib istiqamətdə yönəldilməsi
SĠQARET ÇƏKƏNLƏRĠN TƏXMĠNƏN ÜÇDƏ DÖRD HĠSSƏSĠ
10 ÖLKƏDƏ YAġAYIR
D
ünya
da si
qar
et
ç
ək
ənl
ər
in
fa
iz
i
Çin
Hindistan İndoneziya Rusiya Amerika Yaponiya Braziliya Banqladeş Almaniya Türkiyə
Federasiyası Birləşmiş
Ştatları
23
Tütünə xərclənmiş pullar kasıblar
üçün qida məhsulları, yaşayış
yeri, təhsil və tibbi yardım kimi
vacib sahələrə yönələn xərclərin
azalması deməkdir.
Banqladeşdəki ən kasıb ev
təsərrüfatlarının tütünə xərclədiyi
vəsaiti təhsilə xərclənənlərdən
demək olar ki, 10 dəfə çoxdur
25
.
İndoneziyada, harada ki,
siqaretçəkmə daha çox kasıb
əhali arasında yayılıb, ən aşağı
gəliri olan qrupda tütünlə
əlaqədar xərclər, ümumi xərclərin
15%-ni təşkil edir
26
. Misirdə
aşağı gəliri olan ailələrdə tütünə
ayrılan xərclər məişət xərclərinin
10%-ni təşkil edir
27
. Meksikadakı
20% ən kasıb ev təsərrüfatları
tütünə ailə gəlirlərinin 11%-ni
xərcləyir
28
. Çində siqaret
çəkməklə əlaqədar müalicə
xərcləri 50 milyondan çox insanı
müflis edir
29
.
Kasıb əhali arasında tütün
səbəbindən xəstələnmə və
vaxtından əvvəl ölüm ehtimalı
varlılara nisbətən qat-qat
yüksəkdir. Bu, iqtisadi yükü daha
da ağırlaşdırır, kasıblıq və
xəstəliklərin qapalı dairəsini
yaradır
30
. Ailə başçılarının
vaxtından əvvəl ölümü kasıb
ailələr və icmalar üçün xüsusi
faciəli nəticələr yaradır. Məsələn,
45 yaşlı banqladeşli, aşağı gəlirli
ailənin başçısı 35 il ərzində
bidinin çəkilməsi nəticəsində
xərçəngdən vəfat edir, bütün
ailənin yaşamaq ehtimalı təhlükə
ilə üzləşir. Onun itirilmiş iqtisadi
potensialın miqyası artır, çünki
həyat yoldaşı, uşaqları və digər
öhdəsində olan insanlar daha da
kasıb olur, dövlət və ya yaxın
qohumları isə onları öz hesabına
saxlamağa məcbur qalırlar.
Passiv siqaretçəkmə təkcə
sağlamlığa təsir etmir, o həm də
iqtisadi ehtiyatların tükənməsinə
gətirib çıxarır.
Qiymətləndirmələrə görə təkcə
Birləşmiş Ştatlarda passiv
siqaretçəkmə hər il 5 milyard
ABŞ dolları həcmində bilavasitə
müalicə xərcləri ilə və həmçinin
5 milyard ABŞ dolları həcmində
müalicə ilə bağlı əmək
qabiliyyətinin itirilməsi və
itirilmiş qazanclar kimi dolayı
xərclərlə nəticələnir
31
. Çinin
Xüsusi inzibati ərazisi olan
Honkonqda passiv siqaretçəkmə
səbəbindən müalicənin, uzun
müddətli qulluğun və
məhsuldarlıq itkilərinin dəyəri
hər il təxminən 156 milyon ABŞ
dolları təşkil edir
32
.
Baxmayaraq ki, tütünlə bağlı
xərclər və iqtisadi yüklə əlaqədar
əlavə məlumatlara və tədqiqatlara
ehtiyac var, aydındır ki, kasıb
əhaliyə artıq qeyri-proporsional
təsir edən, onun məhsuldarlıq və
səhiyyə üçün iqtisadi nəticələri
tütün istehlakının artması ilə
dərinləşəcək. Tütündən istifadə
ilə əlaqədar xəstələnmə və ölüm
səviyyəsi növbəti onilliklərdə
yüksək səviyyəyə çatdıqdan
sonra epidemiyanın pul xərcləri,
gəlir səviyyəsi aşağı və orta olan
ölkələrə ciddi iqtisadi təsir
göstərəcək.
MPOWER bütün cəmiyyətə rifah gətirir
24
Xəstəliklər törədicisi kimi olan
tütün sənayesi
Bütün epidemiyalar zamanı xəstəliyi
yayan və ölüm gətirən xəstəliyin
törədicisi mövcud olur. Tütün
epidemiyası üçün törədici virus,
bakteriya və ya digər mikroorqanizm
deyil, sənaye sahəsi və onun biznes
aparma strategiyasıdır
33
. Bu gün bizə
məlum olduğu kimi əgər ötən əsr
dövründə fəal satış və tütün sənayesi
tərəfindən öz öldürücü məhsulunun
satışının stimullaşdırılması
olmasaydı, tütün istehlakı
epidemiyası və onunla bağlı
xəstəliklər olmazdı
Tütün şirkətləri çoxdandır ki, “siqaret
çəkənləri əvəz edənlər” qismində,
siqaret çəkməkdən imtina edən və ya
ölənləri əvəz edən gəncləri
tuşlayıblar. Bu sahənin
nümayəndələri başa düşürlər ki,
gəncləri onlardan asılı vəziyyətə
salmaq – gələcəkləri üçün yeganə
ümiddir. Baxmayaraq ki, tütündən
asılılıq istənilən tütün istifadəçisində
yarana bilər, 21 yaşadək siqaret
çəkməyə başlamayan insanlar çətin
ki, bunu nə vaxtsa edəcəklər.
Yeniyetmələr tərəfindən tez asılılıq
yaradan, tütün sənayesi vasitəsi ilə
irəliləyən məhsulun təcrübədən
keçirmələri nəticəsində tütünün
asanlıqla ömürlük asılılığa çevrilməsi
mümkündür. Uşaqların ilk dəfə
siqaret çəkməyə başlaması yaşı nə
qədər az olsa, onların həris siqaret
çəkən olması ehtimalı bir o qədər çox
və siqaret çəkməkdən imtina etmək
ehtimalı bir o qədər az
olacaq
34,35,36,37,38
.
Dünya miqyasında tütün sənayesi
marketinqə on milyardlarla dollar
vəsaiti xərcləyir
39
. Hazırda qlobal
tütün sənayesi inkişaf etmiş ölkələrdə
mükəmməl səviyyəyə çatdırılmış –
və çox vaxt qeyri-qanuni hesab
olunan – eyni marketinq və lobbiçilik
taktikasını tətbiq etməklə, inkişaf
edən ölkələrdən istifadə edir.
Məsələn, bu gün inkişaf edən
ölkələrdə o, qadınları və
yeniyetmələri tütündən istifadə
etməyə yönəldir, eyni zamanda
hökumətlərə təzyiq göstərərək,
onilliklərlə inkişaf etmiş ölkələrdə
istifadə etdiyi taktikanı yeridərək,
satışın məhdudlaşdırılmasının aradan
qaldırılması və vergilərin
artırılmasına yol verilməməsinə nail
olmaq istəyir.
Asılılığa cəlb olunmuş müştəri bazası
və yüksək mənfəət hesabına tütün
şirkətləri külli miqdarda gəlir əldə
edir ki, bu da onlara inkişaf edən
ölkələrin bazarlarına qəti hucuma
keçmək imkanı verir. Dünyada olan
ən iri tütün şirkətlərindən biri siqaret
istehsalı ilə bağlı beynəlxalq
biznesini inkişaf etdirərək ABŞ-dakı
biznesindən imtina edir. Bu addım
şirkət üçün qanunla bağlı problemdən
qorunmasını və Birləşmiş Ştatlarda
öz etibarının saxlanmasını təmin
edir
40
. Birgə müəssisələrin
yaradılması və iri şirkətlərinin bütün
dünyada satış bazarlarının
genişləndirilməsi cəhdi ilə əlaqədar,
transmilli şirkətlərlə xırda dövlət
şirkətlərinin birləşməsi geniş yayılıb.
Son illər qlobal tütün nəhəngləri,
inkişaf edən ölkələrdə satışın və tütün
istehlakının artırılması məqsədi ilə,
Dominikan Respublikasında,
İndoneziyada, Meksikada, Pakistanda
və digər ölkələrdə tütün şirkətlərinin
səhmlər paketini əldə
etmişdirlər
41,42,43,44
.
Ağıla sığmazdır ki, insan
orqanizmi üçün siqaret kimi
dağıdıcı məhsul, sağlamlığın
mühafizəsi və təhlükəsizlik
məqsədi ilə aparılan reqlamentə
tabe edilməkdən praktiki olaraq
tam k
ə
narda qalacaq.
Metyu L. Mayers, uĢaqların tütün təsirindən mühafizəsi
Kampanıyasının prezidenti.
25
XÜLASƏ
Baxmayaraq ki, qlobal tütün
epidemiyası hər hansı
yoluxucu xəstəlikdən daha da
çox sayda insanların həyatına
təhlükə törədir, onun
dayandırılması üçün müalicə
və ya vaksinləmənin inqilabi
üsullarının icad edilməsinə
ehtiyac yoxdur. Əksinə bu
epidemiya sınaqdan keçmiş
dövlət siyasəti tədbirlərinin
həyata keçirilməsi nəticəsində
dayandırıla bilər. Tütün
epidemiyasından azad olmaq
ölkələrin rəhbərlərindən
asılıdır. Öz xalqının
mühafizəsi üçün onlar
tərəfindən aparılacaq tədbirlər
barədə növbəti fəsildə ümumi
məlumat verilir.
EPIDEMIYANIN YERĠ DƏYĠġĠR
TÜTÜN SƏNAYESĠ ĠNKĠġAF EDƏN ÖLKƏLƏRDƏ OLAN
YENĠ BAZARLARA ÇIXIR
Tütün istehsalı və istehlakında inkiĢaf edən ölkələrin payı
İnkişaf edən ölkələrin dünya
siqaret istehsalında payı
İnkişaf edən ölkələrin dünya
siqaret istehlakında payı
Mənbə: FAOSTAT Qida və kənd təsərrüfatı təşkilatının məlumatlar bazası, Beynəlxalq Millətlər
Təşkilatının birja mallarının ticarətinin məlumatlar bazası, Beynəlxalq Millətlər Təşkilatının ümumi
məlumatlar bazası, ABŞ-ın kənd təsərrüfatı Nazirliyinin iqtisadi tədqiqat xidmətləri, Ümumdünya Səhiyyə
Təşkilatının statistik məlumat sistemi əsasında, ERC Group Plc.’s World Cigarettes Report 2005
Hökumətlər və vətəndaĢ cəmiyyəti yubanmadan fəaliyyət göstərməlidirlər
26
MPOWER:
Tütün epidemiyasına son qoya biləcək
mübarizənin altı strategiyası
Tütün epidemiyasının qarşısını
almaq mümkündür. Əgər dövlət
rəhbərləri və vətəndaş cəmiyyəti
dərhal hərəkətə keçsə, bu
yüzillikdə yüz milyonlarla insan
tütünün yaratdığı xəstəliklərdən
ölməyəcək.
Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) tütündən istifadəyə qarşı
mübarizədə və tütün sənayesini
öz ölümcül məhsullarının
miqdarını azaltmağa
həvəsləndirməkdə ölkələrə
yardım edir. 2003-cü ilin may
ayında ÜST Dünya Səhiyyə
Assambleyası yekdilliklə tütün
əleyhinə mübarizə üzrə ÜST
Çərçivə Konvensiyasını qəbul
etdi. Birləşmiş Millətlər
Təşkilatının daha çox sayda
iştirakçısı olan bu konvensiya
dünyada tütün əleyhinə ilk
müqavilələrdən biri olub, tütün
epidemiyasına qarşı tədbirlərin
qlobal və ölkə səviyyəsində
fəallaşdırılmasına yönəldilmişdir.
Müqavilə hər il milyonlarla
insanın həyatına bais olan bu
qatilin neytrallaşdırılması
məqsədilə səmərəli siyasi
müdaxilə tədbirlərinin qəbul
edilməsinə şərait yaradır.
Bütün dünyada dövlət rəhbərləri
tütündən istifadənin epidemiya
olduğunu, bu epidemiyaya qarşı
mübarizənin mümkün və vacib
olduğunu, onun qarşısının alına
biləcəyini və dayandırılmalı
olmasını anlamağa başlamışlar.
Bəzi ölkələr öz vətəndaşlarının və
iqtisadiyyatlarının müdafiəsi üçün
səylərin səfərbər edilməsinə
başlamışlar.
Məsələn, Malayziya siqaretlərin
pərakəndə satış qiymətini 40%
artırmaq üçün tütün məhsullarına
qoyulan vergiləri artırmışdır.
Misirdə ictimai yerlərdə tütün
tüstüsündən azad zonalar təşkil
edilmişdir və tütün məhsullarının
üzərində onların səhhət üçün zərərli
olduğunu göstərən əyani
xəbərdarlıqların yazılması
məcburidir. Tailandda tütünün
mətbuatda, radio və televiziyada
reklamı, habelə siqaret satışı üçün
avtomatların qoyulması qadağan
edilmişdir. İordaniyada kütləvi
informasiya vasitələri tütündən
istifadənin azaldılması üçün
kampaniya təşkil etmişdir. Uruqvay
ictimai yerlərdə və iş yerlərində, o
cümlədən restoranlarda, bar və
kazinolarda siqaret çəkilməsini
qadağan edərək, Amerika qitəsində
tütün tüstüsündən tam azad olan ilk
ölkəyə çevrilmişdir.
Bununla belə, hər bir ölkədə
görüləcək çox iş var. Tütün
epidemiyası ilə mübarizənin
genişləndirilməsi üçün ÜST
sınaqdan keçirilmiş altı strategiyadan
ibarət MPOWER kompleksini təklif
etmişdir:
Monitor – tütün istehlakının və
profilaktik strategiyaların
monitorinqi
Protect – insanların tütün
tüstüsündən mühafizəsi
Offer – tütündən istifadənin
dayandırılması məqsədi ilə
kömək təklifi
Warn – tütünlə bağlı təhlükələrə
dair xəbərdarlıq
Enforce – tütün məhsullarının
reklamına, satışının
stimullaşdırılmasına və
sponsorluğuna qoyulmuş
qadağalara əməl edilməsinə
təminat
Raise – tütün məhsullarına
qoyulan vergilərin artırılması.
MPOWER tədbirlər kompleksi tütün
epidemiyasını geri çevirə və tütünün
təsirindən milyonlarla ölümün
qarşısını ala bilər.
Bilik almaq kifayət deyil –
onların tətbiqinə nail olmaq lazımdır.
Arzu etmək kifayət deyil –
arzuları yerinə yetirmək lazımdır.
Ġohan Volfqanq Höte (1749 –
1832)
27
Tütün istehlakının və profilaktik
strategiyaların
monitorinqi
Monitorinq göstəricilərinin
əhəmiyyəti
Tütün epidemiyası ilə mübarizənin
uğurla aparılması üçün etibarlı
milli və beynəlxalq monitorinq
vacibdir. Monitorinq məlumatları
MPOWER kompleksinə daxil olan
digər beş strategiyanın
müvəffəqiyyətini təmin etmək üçün
lazımdır. Yalnız dəqiq
qiymətləndirmə tütünün yaratdığı
problemləri anlamağa, müdaxilə
tədbirlərinin səmərəli tətbiqinə və
təkmilləşdirilməsinə imkan yarada
bilər.
Hərtərəfli monitorinq dövlət
rəhbərliyi və vətəndaş cəmiyyətini
tütün epidemiyasının onların
ölkələrinə vurduğu zərər barədə
məlumatlandırır, eləcə də tütünlə
mübarizəyə ayrılmış vəsaitlərin ən
vacib və səmərəli sahələrə
yönəldilməsinə yardım edir.
Monitorinq həmçinin görülən
tədbirlərin nə dərəcədə səmərəli
olduğunu, müxtəlif ölkələrin və
ölkə daxilində müxtəlif əhali
qruplarının konkret tələblərini
nəzərə almaqla, bu tədbirlərin necə
hazırlanması üsulunu göstərir.
Monitorinqin səmərəli
sistemlərinin xüsusiyyətləri
Monitorinqin etibarlı sistemi bir
neçə göstəricini, o cümlədən, (i)
tütündən istifadənin yayılma
dərəcəsini; (ii) müdaxilə
tədbirlərinin nəticəsini; və (iii)
marketinq, tütün sənayesi
tərəfindən satışın stimullaşdırılması
və lobbiçiliyi izləməlidir. Əldə
edilmiş məlumatlar səmərəli
şəkildə yayılmalıdır ik, dövlət,
ölkənin rəhbərliyi və vətəndaş
cəmiyyəti tütünə qarşı mübarizə
tədbirlərini hazırlaya, bu tədbirləri
səmərə ilə həyata keçirə və onlara
əməl etmək üçün potensial yarada
bilsin. Monitorinq göstəriciləri
tətbiq edilən tədbirlərin
güclənməsini dəstəkləyən
tərəfdaşlar üçün vacib arqumentlərə
çevrilir.
Monitorinq proqramları tütün
epidemiyası haqqında həm ümumi,
həm də konkret məlumat
verməlidir. Bu proqramlara həm
ümummilli miqyasda, həm də ayrı-
ayrı bölgə və rayonlarda yaş
qruplarına, cinsinə, gəlir
səviyyəsinə və digər demoqrafik
yarım-kateqoriyalara görə tütündən
istifadənin yayılma və onun
istehlakı səviyyəsinin tədqiqi
daxildir. Tütündən istifadənin
qarşısının alınmasını nəzərdə tutan
yerli və milli proqramların
hərtərəfli qiymətləndirilməsi tələb
olunur.
Səmərəli monitorinq sistemini
dəstəkləmək üçün səhiyyə
sahəsində çalışan mütəxəssislərin,
iqtisadçıların, epidemioloqların,
məlumatları idarə edənlərin, dövlət
vəzifəli şəxslərinin və bir çox
başqalarının əməkdaşlığı tələb
olunur. Həmçinin sabit və davamlı
maliyyələşdirmə tələb edən
səmərəli rəhbərlik və təşkilatçılıq
da zəruridir. ÜST qlobal və milli
səviyyəli monitorinq sistemlərinin
yaradılması məqsədi ilə müxtəlif
ölkələrlə əməkdaşlıq edir.
MPOWER bilikləri
–
güc deməkdir
28
İnsanların tütün tüstüsündən
mühafizəsi
Tütün tüstüsündən azad
zonaların təĢkil
edilməsinin xeyrinə
Dostları ilə paylaş: |