Yalnız tütün istifadəçilərinin
bəziləri tütün asılılığından
qurtulmaq üçün zəruri olan
köməyi alırlar
Tütündən istifadə edənlərin bir çoxu
bu vərdişdən azad olmaq istəyir ki,
öz həyatını xilas etsin və öz ailəsinin
sağlamlığını qorusun, lakin nikotin
asılılığı səbəbindən bunu edə bilmir.
Bu sizin iqtidarınızdadır
!
50
TÜTÜNLƏ MÜBARĠZƏ
TƏDBĠRLƏRĠ ĠLƏ ƏHATƏ OLUNAN
DÜNYA ƏHALĠSĠNĠN FAĠZ PAYI
Burada göstərilən maksimum kateqoriyaların müəyyən edilməsi “Dünyada tütünlə mübarizə strategiyalarının
həyata keçirilməsinin vəziyyəti” diaqramında, səh.43-də verilir.
D
ün
ya
ə
ha
li
si
ni
n
fa
iz
p
ay
ı
Minimal
monitorinq
Tütün
tüstüsündən
azad zonalar
Tütündən
istifadəyə son
qoyan yardım
proqramları
Sağlamlığa
dəyən təhlükə
barədə
xəbərdarlıqlar
Reklamın
qadağan
edilməsi
Vergilər
Tütünlə mübarizədə ciddi
irəliləyişlərin olmaması, daha
çox sınaqdan keçmiş
strategiyaların istifadə
olunmaması, nəinki nə etmək
barədə biliklərin olmaması ilə
izah edilir
.
ABŞ-ın keçmiş baş həkimi Devid Satçer
51
Ölkələrin böyük əksəriyyəti tütün
istifadəsindən imtina etmək
istəyənlərə yardım göstərmir. Hal-
hazırda məlumatları təqdim etmiş
173 üzv ölkələrinin yalnız doqquzu
müalicə üsullarının tam spektrini və
heç olmasa qismən subsidiyaları
nəzərdə tutan, maksimum qiymət
almıış yardım səviyyəsini təklif
edirlər. Bu ölkələr dünya əhalisinin
yalnız 5%-ni əhatə edir, bu da o
deməkdir ki, digər 95%-i üçün
tütündən asılılığın müalicəsi əlçatan
deyil.
Tütündən istifadəni dayandırmaq
üçün geniş xidmətlər spektri
mövcuddur, o cümlədən səhiyyə
işçilərinin qısa mütəmadi aparılan
məsləhətləşmələri, telefon yardım
xidmətləri və dərman vasitələri,
hansıları ki, pərakəndə
mağazalardan və hətta bilavasitə
tibbi-sanitariya proqramları və ya
səhiyyə sahəsindəki proqramlar
çərçivəsində almaq mümkündür.
Hal-hazırda 22 ölkə tütündən
istifadə edən şəxslərə
məsləhətləşmə və ya dərmanlarla
müalicə kimi əsas xidmətlərə aid
heç bir kömək göstərmir.
Nikotinəvəzedici müalicəni almaq
imkanı, hətta insanların onu sərbəst
ödəmək üçün vəsaitləri olduqda
belə 39 ölkədə mövcud deyil.
Siqaretçəkmədən imtina etmək
arzusu olanlar üçün telefon yardımı
xidmətləri xüsusi xərclər tələb etmir
və bir çox ölkələr üçün
mümkündür, bununla belə
xidmətləri yalnız dünya əhalisinin
beşdə birini əhatə edən 44 ölkə
təklif edir.
Dövlət səhiyyə xidməti
çərçivəsində Birləmiş Krallığın
hökuməti, siqaret çəkənlərə
məsləhətləşmə, dəstək və dərman
vasitələri təklif edən
siqaretçəkmədən imtina edənlər
üçün kompleks Xidməti yaratdı.
2004-cü ildə Dövlət səhiyyə
xidməti tərəfindən nikotinəvəzedici
müalicə üçün təxminən 44 mln. f. s.
məbləğində (2007-ci ilin kursu ilə
təxminən 90 mln ABŞ doll.) iki
milyon dərman resepti
buraxılmışdır. Ekspertiza göstərdi
ki, siqaretçəkmədən imtina edənlər
üçün belə yardım xidmətləri
səhiyyə sahəsində bərabərsizliyi
azaldır, təxminən 52 həftə ərzində
15% səviyyəsində siqaretçəkmənin
dayandırılmasını təmin edir (kliniki
sınaqlarla müqayisə edilə bilir) və
səmərəlidir
110
. Braziliyada hökumət
siqaretçəkməni dayandırmaq
məqsədi ilə 2004-cü ildən
müalicənin maliyyələşdirilməsinə
başlamışdır. Müalicəyə tibbi
personal tərəfindən
məsləhətləşmələr və nikotin
plastırlar və bupropion kimi
əczaçılıq dərmanların xəstələrə
pulsuz verilməsi daxildir. 2004-
2006-cı illərdə Braziliyanın 27
ştatından 22-də təxminən 50 000
siqaret çəkənə onların
siqaretçəkmədən imtina etmək
cəhdlərinə yardım göstərilmişdir ki,
bunlardan təxminən 45%-i
dərmanlardan istifadə etmiş və
təxminən 40%-i müalicə
başladıqdan sonra dörd həftə
ərzində siqaretçəkmədən imtina
etməyə davam edirdilər. Eləcə də
Braziliyada siqaret çəkənlər üçün
dövlət tərəfindən maliyyələşdirilən
telefon yardım xidməti mövcuddur;
onun telefon nömrəsi sağlamlığa
dəyən zərər barədə xəbərdarlıq
çərçivəsində bütün tütün
məmulatlarında, həmçinin
pərakəndə ticarət məntəqələrinin
reklamında dərc olunmalıdır
111
.
Tütünün törətdiyi xəstəliklər və
ölümlə əlaqədar böyük yükü, eləcə
də effektli müalicə üsullarının
mövcudluğunu nəzərə alaraq,
tütünün istifadəsindən imtina etmək
üçün nəzərdə tutulan yardım
xidmətləri dövlət səhiyyə
xidmətlərinin tərkibinə daxil
olmalıdır. Siqaret çəkməkdən
imtina edənlər
üçün
müalicənin bir
növünün ucüz,
digərinin isə
bahalı
olmasına
baxmayaraq
onların hamısı,
bir sıra ölkələr
üçün çətinlik
törədən dövlət
xərclərini tələb
edir. Tütünün
istifadəsindən
imtina
edilməsi ilə
əlaqədar problemin mövcud
səhiyyə proqramlarına daxil
edilməsi onun həll olunmasının
vacib tərkib hissəsidir. Tütün
məmulatlarına qoyulan vergilərin
artırılması siqaret çəkməkdən
imtina edənlərin müalicəsinin
maliyyələşdirilməsini təmin edə
bilər ki, bu da həyatları xilas edə,
epidemiyanın törətdiyi xəstəliklər
yükünü və iqtisadi itkiləri xeyli
azalda bilər.
Bəzi ölkələrdə tütün
məmulatlarının qutularına
tütünlə əlaqədar sağlamlığa
dəyən zərərlər barədə
xəbərdarlıqların yerləşdirilməsi
qaydaları qüvvədədir
Tütünlə bağlı zərərlər barədə
xəbərdarlıq etmək vacibdir və bunu
müxtəlif üsullarla etmək
mümkündür. Hazırki ilk qlobal
tütün epidemiyası barədə məruzədə
tütün məmulatlarının üzərində olan,
riayət olunmasının təmini üçün
xərclər istisna olmaqla, digər dövlət
xərclərini tələb etməyən, tibbi-
sanitariya məlumatlarını yayan
sağlamlıq üçün xəbərdarlıqların
ölçüsü və xüsusiyyətlərinə dair
ölkələrdə təyin edilmiş tələblərə
baxılır. Eləcə də yanlış və aldadıcı
terminlərin (“yüngül”, “qatranı az
olan” kimi) istifadəsinin qarşısının
alınması üzrə hökumətlərin
fəaliyyəti təhlil edilmişdir. Növbəti
məruzələrdə maarifləndirici
tədbirlərin, o cümlədən
məlumatlandırıcı-təlim
kampaniyalarının daha geniş
spektrinə qiymət veriləcək.
Bu
günkü məqam tütünlə mübürizə üzrə
qanunvericiliyin qəbul edilməsi üçün əlveriĢlidir
52
TÜTÜNDƏN ASILILIĞIN
MÜALĠCƏSĠ
Öl
kə
lə
ri
n
fa
iz
pay
ı (
öl
kə
lə
ri
n
s
ay
ı m
üva
fi
q
s
üt
un
da g
öst
əri
lib)
Yüksək
gəlir
səviyyəsi
Orta
gəlir
səviyyəsi
Aşağı
gəlir
səviyyəsi
Məlumatlar təqdim olunmayıb
Nikotinəvəzedici müalicənin və ya
siqaret çəkməkdən imtina edənlər üçün
xidmətlərin olmaması
Siqaret çəkməkdən imtina edənlər üçün ya
nikotinəvəzedici müalicənin ya da müvafiq
kliniki xidmətlərin mövcud olması (hər iki
hallarda xərclər kompensasiya olunmur)
Siqaret çəkməkdən imtina edənlər üçün
həm nikotinəvəzedici müalicənin, həm də
müvafiq kliniki xidmətlərin mövcud olması
(hər iki halda xərclər kompensasiya
olunmur)
Ya əvəzedici müalicənin, ya da siqaret
çəkməkdən imtina edənlər üçün
xidmətlərin xərclərinin kompensasiya
edilməsi ilə siqaret çəkməkdən imtina
edənlər üçün ümummilli telefon yardım
xidməti, eləcə də nikotinəvəzedici
müalicənin və müvafiq kliniki xidmətlərin
mövcud olması.
Tütün dünyada yaşlı əhali
arasında hər on nəfərdən
birinin ölüm səbəbidir.
Ümumdünya Səhiyyə Təşkilatı,
Dünyada səhiyyənin vəziyyəti barədə məruzə,
2002 il.
53
Tütün məmulatlarının qutuları
üzərində olan xəbərdarlıqlar yazı
olan əsas səthinin heç olmasa
yarısını tutmalıdır, vaxtaşırı
dəyişdirilən şəkillər və ya
piktoqrammlar halında olmalı və ya
onları üzərinə daxil etməlidir.
Effektli xəbərdaredici etiketlərin
geniş istifadəsi sağlamlıq üçün
təhlükələr barədə biliklərin əldə
edilməsini təmin edəcək və tütün
sənayesi tərəfindən yayılan yanlış
məlumatın təkzib olunmasına
imkan verəcək.
Tütün məmulatlarının qutuları
üzərində sağlamlığa dəyən zərərlər
barədə inandırıcı olmayan
xəbərdarlıqlar və ya onların
tamamilə olmaması qlobal norma
olaraq qalmaqdadır. Nəticədə
tütünlə bağlı sağlamlıq üçün risklər
barədə məlumatların istifadəçilərə
və potensial istifadiçilərə ən az
xərclər tələb edən üsulla
çatdırılması əsasən istifadə
olunmur. Tütün məmulatlarının
qutuları üzərinə sağlamlığa dəyən
zərər barədə xəbərdarlıqların
yerləşdirilməsinə dair məlumatları
təqdim edən 176 ölkədən yalnız
dünya əhalisinin 6%-ni əhatə edən
15 ölkədə siqaret və digər tütün
məmulatlarının qutularında əyani
xəbərdarlıqların (yazı olan əsas
səthinin azı 30%-ni əhatə edən)
yerləşdirilməsi tələb edilir və yalnız
dünya əhalisinin 4%-ni əhatə edən
beş ölkə qutular üzərində olan
xəbərdarlıqlara dair nəzərdə
tutulmuş bütün meyarlara cavab
verir. Müxtəlif regionlarda
yerləşən, fərqli sosial
xüsusiyyətlərə və gəlir səviyyəsinə
malik bu ölkələrin nümunəsindən
görünür ki, nə edilə bilər və nə
edilməlidir.
Məlumat təqdim etmiş ölkələrdən
77-si ümumiyyətlə xəbərdarlıqların
yerləşdirilməsini heç tələb etmir. 25
ölkədə yazı olan əsas səthinin 30%-
dən az sahədə xəbərdarlıqların
yerləşdirilməsi tələb olunur; orada
olan əksər xəbərdarlıqlar çox
kiçikdir. Daha 45 ölkədə
xəbərdarlıqlar yazı olan əsas
səthinin 30%-ni əhatə edir və yalnız
29 ölkədə - yazı olan əsas səthinin
30%-dan çoxunu təşkil edir. Çox
vaxt xəbərdarlıqlar pis ifadə edilir:
onlar tütünün sağlamlıq üçün
zərərini qeyri-müəyyən göstərir,
lakin törətdiyi konkret xəstəlikləri
sadalamır. Yalnız 66 ölkədə tütün
məmulatlarının qutuları üzərində
“yüngül” və “az qatranlı” kimi
tütün sənayesinin aldadıcı
marketinq terminlərinin istifadəsinə
qadağa qoyan qanunlar mövcuddur.
Dünya əhalisinin 40% çoxu tütün
sənayesi tərəfindən bu və ya digər
yanlış və aldadıcı terminlərdən
istifadə etməyə mane olmayan
ölkələrdə yaşayır.
Bəzi ölkərər tütün məmulatlarlının
qutularında effektli
xəbərdarlıqlardan istifadə edir.
Tailand hər bir siqaret qutusunda,
hər iki tərəfdə ən azı 50% yer tutan
sağlamlığa dəyən zərər barədə
xəbərdarlıqların yerləşdirilməsini
tələb edir. Tütün şirkətlərinin biri
tərəfindən məhkəmə iddialarının
irəli sürməsi hədələrinə
baxmayaraq çürüyən dişləri,
qaralmış ağ ciyərləri və körpələrin
tütün tüstüsü ilə nəfəs almasını
təsvir edən təsirli əyani
xəbərdarlıqların yerləşdirilməsi
barədə hökumətin tələbi icbari
xarakter daşıyır. Ölkələr
xəbərdarlıqların ölçülərini
artırmaqla xəbərdarlıq ifadələrini
gücləndirməklə və əyani təsvirləri
yerləşdirməklə çətinlik olmadan
həyata keçirilən tədbirlərin effektli
olmasını artıra bilərlər.
Tütün məmulatlarının qutularında
təsirli xəbərdarlıqların icbari
qaydada yerləşdirilməsini tələb
etməyən və yanlış və aldadıcı
terminlərin istifadəsini qadağan
etməyən ölkələr öz əhalisini
sağlamlığa dəyən ciddi zərərdən ən
əsas mühafizə növü – doğru
məlumat və tütün sənayesinin
yalanından müdafiə ilə təmin etmir.
Az sayda ölkələr tütün
məmulatlarının reklamına,
satışın stimullaşdırılmasına və
sponsorluğuna dair qadağalara
riayət edir.
Yaşamaq və çiçəklənmək üçün
tütün sənayesi öz ölümcül asılılıq
yaradan məhsulu ilə mövcud olan
istehlakçıları qarmaqda saxlamalı
və yenilərini cəlb etməlidir.
Qaliblərin komandasına daxil ol
54
Bu məqsədlərə çatmaq üçün o,
reklama, satışın
stimullaşdırılmasına və
sponsorluğa ildə on
milyardlarla dollar xərcləyir.
Ölkələr üçün əhalinin
sağlamlığının mühafizəsinə
dair ən effektli üsullardan biri
də tütün məmulatlarının
reklamının, satışın
stimullaşdırılmasının və
sponsorluğun bütün növlərinin
qadağan edilməsidir, lakin
yalnız bir neçə ölkə bunu
etmişdir.
Reklamın, satışın
stimullaşdırılmasının və
sponsorluğun qadağalarına dair
suallara cavab verən 179
ölkənin (və 1 ərazinin) yalnız
dünya əhalisinin 5%-ni əhatə
edən 20-də tam qadağalar
fəaliyyətdədir. 106 üzv olan
ölkələrdə tütün sənayesi
tərəfindən aparılan reklama,
satışın stimullaşdırılmasına və
sponsorluğa dair minimal və ya
orta səviyyəli qadağalar
mövcudur, 54 ölkədə isə heç
bir məhdudiyyət yoxdur.
Ölkələr tam, orta və minimal
qadağaları təxminən bərabər
mütənasib şəkildə müqayisəli
rifah səviyyəsindən asılı
olmayaraq tətbiq edir, bu isə
açıq-aşkar sübut edir ki,
reklamın, satışın
stimullaşdırılmasının və
sponsorluğun qadağan
edilməsinin təmini bütün
ölkələrin imkanları
çərçivəsindədir.
SAĞLAMLIĞA DƏYƏN ZƏRƏR BARƏDƏ XƏBƏRDARLIQLAR
Əyani təsvirlər sağlamlığa dəyən zərər barədə
xəbərdarlıqlar və izahlarla birgə istehlakçıların
siqaretçəkmənin sağlamlığa təsiri barədə biliklərini
artırmağa, siqaret çəkməyi dayandırmağa və siqaret
çəkməyi başlamamağa və yenidən başlamamağa
çağırır.
Səhiyyə və qocaların işləri üzrə nazirlik, Avstraliya (2004 il)
Öl
kə
lə
ri
n
f
ai
z
pay
ı (
öl
kə
lə
ri
n
s
ay
ı m
üva
fi
q
s
üt
un
da g
öst
əri
lib)
Məlumatlar təqdim olunmayıb
Xəbərdarlıqlar yoxdur
Qutunun yazı olan əsas səthinin 30%-dən
az sahəsini əhatə edən xəbərdarlıq
Qutunun yazı olan əsas səthinin 30%-dən
az olmayan sahəsini əhatə edən və tütün
məmulatların qutuları üzərində olan
sağlamlığa dəyən zərər barədə
xəbərdarlıqlara dair bir-yeddi meyarı
təmin edən xəbərdarlıq
Qutunun yazı olan əsas səthinin 50%-dən
az olmayan sahəsini əhatə edən və tütün
məmulatların qutuları üzərində olan
sağlamlığa dəyən zərər barədə
xəbərdarlıqlara dair tam yeddi meyarı
təmin edən, eləcə də aldadıcı terminlərin
istifadə olunmasını qadağan edən
xəbərdarlıq
Yüksək
gəlir
səviyyəsi
Orta
gəlir
səviyyəsi
Aşağı
gəlir
səviyyəsi
55
Ölkədə reklama olan qadağaların
qiymətləndirilməsi tütün
sənayesinin öz məhsullarının
irəliləməsi tədbirlərinə dair
qanunvericiliyin əsasında aparılır,
bununla belə qanunvericiliyin
birbaşa və dolayı marketinqə tətbiq
edilə bilməsi nəzərə alınır. Birbaşa
marketinq bütün reklam növlərini
əhatə edir. Dolayı marketinqə
qiymət güzəştləri, məhsulun pulsuz
paylanılması, idman və əyləncə
tədbirlərin və festivalların
sponsorluğu daxil edilir.
Bir çox ölkələr reklamı, satışın
stimullaşdırılmasını və
sponsorluğun bəzi növlərini
qadağan edən qanunvericilik qəbul
etmişdir, lakin bu qanunlara
təcrübədə ardıcıl riayət olunmasını
təmin etməmişdir. Hər hansı
formada birbaşa reklamın qadağan
edilməsinə riayət olunmanın təmini
üzrə ekspert qiymətləndirməsindən
keçmiş 58 ölkədən 30-u və hər
hansı formada dolayı yolla
məhsulun irəliləməsinin qadağan
edilməsinə riayət olunmanın təmini
üzrə qiymətləndirmədən keçmiş 53
ölkədən 17-si qanunlara riayət
edilməni 8 və daha çox bal
səviyyəsində (mümkün olan 10
baldan) göstərdi. Hətta qismən
qadağalara riayət olunmanın təmini
məhdud nəticələr verir, çünki tütün
şirkətləri vəsaitləri yenidən
bölüşdürərək onları digər marketinq
kanallarına yönəldir. Əgər
televiziya reklamı qadağan edilirsə,
tütün şirkətləri pullarını
jurnallardakı reklamlara və reklam
lövhələrinə xərcləyir. Əgər bu
reklam formaları qadağan edilirsə,
şirkətlər tədbirlərin sponsorluğuna,
ticarət güzəştlərinə və pulsuz
paylamaya keçirlər.
Birbaşa marketinqə dair
məlumatları təqdim etmiş
ölkələrdən üçdə ikisi yerli
televiziyada tütünün reklamını
qadağan edir. Baxmayaraq ki, bu
ən geniş yayılmış məhdudiyyətdir
məlumatları təqdim etmiş
ölkələrdən üçdə biri hələ də
televiziya reklamına icazə verir –
bunun digər ölkələrdə ilk dəfə
qadağan edildiyindən 40 ildən çox
ötdükdən sonra. Ölkələrin
yarısından bir az çoxu yerli
jurnallarda və reklam lövhələrində
reklamları qadağan edir. Ölkələrin
yarısından azı digər reklam
növlərini qadağan edir. Tütün
mağazalarında tütünün reklamına
qoyulan qadağalar ölkələrin
təxminən üçdə birində mövcuddur.
İnternetdəki reklamlara nadir
hallarda nəzarət edilir: yalnız 26
ölkə canlı gedən reklamın qadağan
edilməsi barədə məlumat verir.
Dolayı marketinqin qadağalarına
gəldikdə isə yalnız dünya əhalisinin
yarısından azını əhatə edən 75 ölkə
tütün məmulatlarının pulsuz
paylanmasını qadağan edir. Ən az
istifadə olunan tədbirlərdən biri
brendin genişləndirilməsi – tütün
məmulatlarının markasının digər,
geyim kimi mallarda istifadə
olunmasıdır. Ölkələrin yalnız üçdə
biri brendin genişləndirilməsini
qadağan edir. Bunun tətbiq edilməsi
barədə məlumatları təqdim
edənlərin üçdə biri və dünya
əhalisinin yalnız üçdə birini əhatə
edən 59 ölkə pərakəndə satışda
qiymətlərin səviyyəsinə xüsusilə
həssas olan gəncələri asılılığa cəlb
etməyə yönəldilən qiymət
güzəştlərini qadağan edir.
Hələ çox işlər görülməlidir, lakin
bəzi ölkələr artıq bu yolu keçmişdir.
Norvecdə tütün məmulatlarının
reklamına qoyulan qadağa artıq qırx
ildir ki qüvvədədir. Tütün sənayesi
və onun müttəfiqləri illər boyu bu
qadağa ilə mübarizə apararaq
çoxsaylı yanlış arqumentlər
göstərir, məsələn belə qadağanın
ölkənin iqtisadiyyatına zərər verdiyi
barədə deyir, lakin bu baş vermir.
Göründüyü kimi reklamın qadağan
edilməsi, xüsusilə də gənclər
arasında tütün istehlakının
azalmasına imkan yaratdı
112
.
Baxmayaraq ki, bir çox ölkələr
tütün sənayesi tərəfindən satışın
irəliləməsinə bəzi məhdudiyyətlər
tədbiq edir, dünyanın əksər
ölkələrində hələ də tam qadağalar
yoxdur, olduğu yerlərdə isə onlara
riayət olunma çox vaxt pis təmin
edilir. Mövcud tədbirlərin tütün
məmulatlarının bütün növ birbaşa
və dolayı reklamına, satışın
stimullaşdırılmasına və
sponsorluğuna aid edilən hərtərəfli
qadağalaradək genişləndirilməsi hər
bir ölkə rəhbərliyinin məqsədi
olmalıdır.
Dostları ilə paylaş: |