Qlobal tüTÜn epidemiyasi barəDƏ Üst-nin MƏruzəSİ, 2008-ci IL. Mpower tədbirlər kompleksi yaĢayır və təsir edir



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix21.04.2017
ölçüsü1,03 Mb.
#15062
1   2   3   4   5   6   7   8   9   10

Tütündən istifadənin 

dayandırılması məqsədi ilə 

kömək təklifi. Dünyada bir 

milyarddan çox olan siqaret 

çəkənlərin əksəriyyəti – bütün 

böyük əhalinin dörddə biri – 

tütündən asılıdır. Çoxları siqaret 

çəkməkdən imtina etmək istəyir, 

lakin yalnız bəziləri ehtiyacı 

olduğu yardımı ala bilir. Tütün 

asılılığından müalicə edən 

xidmətlər tam həcmdə yalnız 

ümumi dünya əhalisinin 5%-i 

yaşadığı doqquz ölkədə 

mövcuddur. Ölkələr bu 

asılılıqdan azad olmaq istəyən 

siqaret çəkənlərə yardım 

göstərmək məqsədi ilə az xərclər 

tələb edən effektli tədbirlər 

proqramlarını tətbiq etməlidir.    



Tütünlə bağlı təhlükələrə dair 

xəbərdarlıq. Əsaslı sübutlara 

baxmayaraq yalnız bəzi siqaret 

çəkənlər tamamilə öz 

sağlamlıqlarını məruz qoyduqları 

riski dərk edir. 

Tütünlə bağlı hərtərəfli 

xəbərdarlıqlar, xüsusilə də 

yeniyetmə və gənclər arasında 

tütünün imicini dəyişməyə 

qadirdir. Tütün məmulatları 

qutularının üzərində olan əyani 

xəbərdarlıqlar tütündən 

istifadənin qarşısını alır, lakin 

yalnız ümumi dünya əhalisinin 

6%-i yaşadığı beş ölkədə qrafik 

təsvirli xəbərdarlıqlardan 

(qutunun azı 30% qeydlər 

aparıldığı səthində) istifadə 

etməyi məcbur edirlər və yalnız 

əhalinin 4%-i yaşadığı beş ölkə 

qutular üzərində xəbərdarlıqların 

əks olunmasına dair ən yüksək 

standartlara cavab verir.    

Tütündən istifadə ilə bağlı təhlükələrə dair insanları xəbərdar etmək 

14


 

 

 



* Səbəbli əlaqənin olmasını ehtimal edən məlumatlar

Səbəbli əlaqənin olmasını sübuta yetirən məlumatlar

 

 

Bu gün tütün dünyada olan əsas qatildir. Bizdə 

tütün istehlakının azaldılması üçün etibarlı vasitələr 

vardır, lakin ölkə rəhbərləri hələ də bu təsir 

tədbirlərindən istifadə etmirlər. 

Maykl R. Blumberq, Nyu-Yorkun meri 



Siqaretçəkmə nəticəsində 

yaranan xəstəliklər     

Passiv siqaretçəkmə nəticəsində 

yaranan xəstəliklər     

Sidik kisəsi 

Xərçəng xəstəliyinin 

növləri 

Xroniki xəstəliklər 

 Uşaqlar 

 Böyüklər 

Qırtlaq 

Ağız-udlaq 

Qida borusu 

Traxeya,  bronxlar

və ya ağ ciyərlər 

 

Kəskin miyeloid 



leykemiyası 

Mədə 

 

Mədəaltı vəzi 

 

Böyrəklər və sidik 

axarı 

Yoğun bağırsaq 

Uşaqlıq boğazı 

İnsult 

Korluq, katraktalar 

Periodontit 

Aortanın anevrizmi 

Ürəyin işemik xəstəliyi 

Pnevmoniya  

Periferik damarların 

aterosklerozu 

Ağ ciyərlərin xroniki 

obstruktiv xəstəliyi 

(ACXOX),  

astma və digər respirator 

nəticələr

 

Çanaq-bud oynağının siniğı 



Qadınlarda reproduktiv 

sistem üçün nəticələr (o 

cümlədən, fertilliyin 

azalması)

Beyin şişləri *

 

Limfoma *

 

Orta qulağın xəstəlikləri 

Respirator simtomlar,  

ağ ciyərlərin 

funksiyasının pozulması 

Aşagı tənəffüs  

yollarının xəstəlikləri 

Astma *

 

Qəfildən uşaq ölümü 



sindromu (QUÖS) 

Leykemiya *

 

İnsult *

 

Burun boşluğunun qıcıqlanması 

Burun boşluğunun xərçəngi *

 

Süd vəzisinin xərçəngi *

 

Ürəyin işemik xəstəliyi 

Ateroskleroz *

 

Ağ ciyərlərin xərçəndi 



Ağ ciyərlərin xroniki 

obstruktiv xəstəliyi 

(ACXOX), xroniki 

respirator 

simptomlar *, astma*,  

Ağ ciyərlərin 

funksiyasının 

pozulması*

 

Qadınlarda reproduktiv 



sistem üçün nəticələr: 

yenidoğulanların aşağı 

çəkisi; 

Vaxtından əvvəl doğuş *

 

Mənbə: U.S. Department of Health and Human Services. 



The health consequences of 

smoking: a report of the Surgeon General. Atlanta, U.S. 

Department of Health and Human 

Services, Centers for Disease Control and Prevention, 

National Center for Chronic Disease 

Prevention and Health Promotion, Office on Smoking and 

Health, 2004 (http://www.cdc.gov/ 

tobacco/data_statistics/sgr/sgr_2004/chapters.htm,  

5 dekabr 2007 ilə olan vəziyyət). 

Mənbə: U.S. Department of Health and Human Services. 

The health consequences of 

involuntary exposure to tobacco smoke: a report of the 

Surgeon General. Atlanta, U.S. 

Department of Health and Human Services, Centers for 

Disease Control and Prevention, 

Coordinating Center for Health Promotion, National Center 

for Chronic Disease Prevention and 

Health Promotion, Office on Smoking and Health, 2006 

(http://www.surgeongeneral.gov/ 

library/secondhandsmoke/report/fullreport.pdf, 5 dekabr 

2007 ilə olan vəziyyət). 

15


Dünya əhalisinin 40%-dən çoxu 

“yüngül” və “az qatranlı” kimi 

yalnış və ya aldadıcı yazıların 

istifadə olunmasının qarşısının 

alınması üçün tədbirlər görülməyən 

ölkələrdə yaşayır, ona baxmayaraq 

ki, belə məmulatların sağlamlığa 

dəyən riskinin azaltmamasına dair 

inandırıcı dəlilləri mövcuddur və bu 

da tütün sənayesinə bir neçə 

onilliklərdir ki, məlumdur.    

Hazırki ilk məruzədə 

məlumatlandırma-maarifləndirmə 

kampaniyalarının 

qiymətləndirilməsi verilmir

hansılar ki, ciddi, düşünülmüş və 

inadla aparılarsa, son dərəcə effektli 

olur. Avstraliya kimi ölkələrin 

misalı göstərir ki, 

məlumatlandırma-maarifləndirmə 

kampaniyalarının köməyi ilə nəyə 

nail olmaq olar.    



Tütün məhsullarının reklamına, 

satışının stimullaşdırılmasına və 

sponsorluğuna qoyulmuş 

qadağalara əməl edilməsinə 

təminat.  

Tütün sənayesi hər il tütün 

məhsullarının reklamına, satışının 

stimullaşdırılmasına və 

sponsorluğuna on milyardlarla 

dollar vəsait xərcləyir. Tütün 

məhsullarının reklamına, satışının 

stimullaşdırılmasına və 

sponsorluğuna qismən qoyulan 

qadağalar yaxşı nəticə vermir, 

çünki sənaye sadəcə olaraq 

vəsaitləri digər – idarə olunmayan – 

satışının stimullaşdırılması 

istiqamətlərinə yönəldir. Yalnız tam 

qadağa tütün istehlakını azalda bilər 

və insanları, xüsusilə də gəncləri, 

sənaye tərəfindən tütün 

məhsullarının satışının 

stimullaşdırılmasında istifadə 

olunan taktiki üsullardan qoruya 

bilər. Hal-hazırda ümumi dünya 

əhalisinin yalnız 5%-i tütün 

məhsullarının reklamına, satışının 

stimullaşdırılmasına və 

sponsorluğuna hərtərəfli qadağalar 

qoyan ölkələrdə yaşayır. Təxminən 

dünya uşaqlarının yarısı tütün 

məmulatlarının sərbəst satışı 

qadağan olunmayan ölkələrdə 

yaşayır.  



Tütün məhsullarına qoyulan 

vergilərin artırılması. 

Vergilərin və bununla bərabər 

qiymətlərin artırılması, tütün 

istehlakının azaldılması, xüsusilə də 

gənc insanlar arasında tütündən 

istifadənin qarşısının alınması üçün 

ən effektli üsuldur.  

Bu, həm də siqaret çəkənləri 

siqaretçəkmədən imtina etməyə 

vadar edir. Yalnız dünya əhalisinin 

2%i yaşadığı dörd ölkədə vergi 

dərəcələri satış qiymətindən 75%-

dən artıq rəqəm təşkil edir.  

Və əgər gəlir səviyyəsi yüksək olan

 

ölkələr arasında 4/5-ü tütün 



məmulatlarının satış qiymətinə 51–

75% arasında vergi qoyursa, yalnız 

1/4-dən az gəlir səviyyəsi aşağı və 

orta olan ölkələrdə tütün 

məmulatlarından həmin dərəcə ilə 

vergi tutulur. Tütün məmulatlarının 

qiymətlərinin 70% artması dünyada 

tütünlə əlaqədar bütün ölüm 

hallarının 1/4-dək azalmasına 

gətirib çıxara bilər. Qiymətlərin 

10% artması tütün istehlakını gəlir 

səviyyəsi yüksək olan ölkələrdə 

4%-dək, gəlir səviyyəsi aşağı və 

orta olan ölkələrdə isə 8%-dək 

azalda bilər ki, bununla belə vergi 

gəlirləri, istehlakın azalmasına 

baxmayaraq artacaq. Vergilərin 

artması ölkələrə tütünlə mübarizə 

tədbirlərinin həyata keçirilməsi və 

onlara riayət olunmasının 

təminatına dair ictimai səhiyyə 

sahəsində digər proqramların və 

sosial proqramların 

maliyyələşdirilməsi üçün vəsait 

verə bilər.    

Müvafiq məlumatlara malik 

ölkələrdə tütün məmulatlarından 

daxil olan vergi gəlirləri tütünlə 

mübarizəyə yönəldilən xərclərdən 

500 dəfə çoxdur. Müvafiq 

məlumatlara malik gəlir səviyyəsi 

aşağı və orta olan və 3,8 milyard 

insan yaşayan ölkələrdə tütünlə 

mübarizəyə yönəldilən xərclər ildə 

cəmi 14 milyon ABŞ dolları təşkil 

etmişdir. Tütün məmulatlarından 

daxil olan gəlirlər isə əksinə, həmin 

ölkələrdə 66,5 milyard ABŞ dolları 

təşkil etmişdir. Bir sözlə, tütündən 

gələn hər 5000 ABŞ dolları vergi 

vəsaitindən bu ölkələr tütünlə 

mübarizəyə təxminən 1 ABŞ dolları 

ayırır. Tütünlə mübarizəyə yönələn 

adam başına düşən xərclər müvafiq 

məlumatlara malik gəlir səviyyəsi 

aşağı və orta olan ölkələrdə 

müvafiq olaraq 1/10 sent və 0,5 

sent təşkil etmişdir.     



Öz icmanızda sağlamlıq üçün münasib şərait yaradın  

16


Baxmayaraq ki, tütündən istifadə ilə 

bağlı təhlükələr sosial-iqtisadi sərhəd 

tanımır, tütün epidemiyası ev 

təsərrüfatlarına və gəlir səviyyəsi aşağı 

olan ölkələrə daha çox ziyan vuracaq. 

Dünya əhalisinin əksəriyyəti gəlir 

səviyyəsi aşağı və orta olan ölkələrdə 

yaşaır ki, orada tütün istehlakının 

ümumi həcmi artır, lakin səhiyyə 

sahəsində olan problemlərin, tütündən 

istifadə ilə əlaqədar sosial və iqtisadi 

problemlərin həll olunması üçün vəsait 

mənbələri azdır. Tütün sənayesi öz 

reklam fəaliyyətini və satışının 

stimullaşdırılmasını bu ölkələrin zəif 

əhali qruplarına daha da fəal surətdə 

yönəldir.  

“Qlobal tütün epidemiyası barədə 

ÜST-nin Məruzəsi, 2008-ci il” 

epidemiyanın miqyasını sənədlərlə 

təsdiq edir, burada MPOWER-in 

epidemiyaya necə son qoya biləcəyi 

barədə, eləcə də tütünlə qlobal 

mübarizə sahəsində hazırki vəziyyətin 

ətraflı qiymətləndirilməsi əks olunur. 

Məruzədə ilk dəfə demək olar ki, hər 

bir ölkəyə dair fəaliyyətdə olan tütünlə 

mübarizə tədbirləri təfərrüatı ilə 

açıqlanır.  

Məruzənin əlavələrində müxtəlif 

ölkələr üçün tütünlə mübarizə sahəsinə 

aid mövcud vəziyyətin dərin təhlili əks 

edilir və aradan qaldırılmasını tələb 

edən məlumatlar, rəqəmlər və aparılan 

tədbirlər ətrafında boşluqlar 

aşkarlanır... 

MPOWER tədbirlər kompleksi 

fəaliyyətin başlanması üçün lazımi 

vəsaitlərlə təmin edir. 

İndi isə hər bir ölkənin siyasi 

rəhbərliyi, hökuməti və vətəndaş 

cəmiyyətindən tütün istehlakının və 

onunla bağlı xəstəliklər və ölüm 

yükünün azaldılması bacarığını sübuta 

yetirən bu altı strategiyanın qəbul 

olunmasına və işlənməsinə təkan verə 

biləcək cəsarət tələb olunur. 

Vətəndaşlar hətta istehlakı yüksək olan 

ölkələrdə tütünlə mübarizə tədbirlərini 

fəal dəstəkləyirlər. Məsələn, tütünün 

ən iri istehsalçısı və istehlakçısı olan 

Çində bu yaxınlarda aparılan 

tədqiqatlar göstərdi ki, sakinlərin 

əksəriyyəti tütündən azad yerlərin 

yaradılmasını, tütün məmulatlarının 

reklamına, satışının 

stimullaşdırılmasına və sponsorluğuna 

qadağaların qoyulmasını, eləcə də 

tütün məhsullarına qoyulan vergilərin 

artırılmasını dəstəkləyir.  

Tütünlə mübarizə böyük xərc tələb 

etmir. Tütündən gələn vergilər 

dövlətin gəlirlərini artıtır. Tütün 

tüstüsündən azad ərazilərin 

yaradılması və tütün məmulatlarının 

reklamına, satışının 

stimullaşdırılmasına və sponsorluğuna 

qadağaların qoyulması barədə 

qanunlara əməl edilməsinin təminatı 

böyük xərclərlə bağlı deyil. Arzu 

edənlərə tütündən istifadənin 

dayandırılması məqsədi ilə yardım 

göstərən xidmətlər ümumi səhiyyə 

sisteminə daxil oluna bilər. 

Məlumatlandırma-maarifləndirmə 

kampaniyalarının keçirilməsi üçün 

ayrıca büdcə tələb olunur, lakin 

hökumətlər hal-hazırda tütünlə 

mübarizəyə yönəldilən xərclərdən 500 

dəfə çox tütün məmulatlarından daxil 

olan vergi gəlirləri alırlar; bu 

fəaliyyətin genişləndirilməsi və 

möhkəmləndirilməsi üçün, hətta bunun 

üçün əlavə vəsait tələb olunsa belə, bir 

çox imkanlar vardır. Müvafiq kadrlarla 

komplektləşdirilmiş tütünlə mübarizə 

üzrə milli proqramlar, hüquqi 

məsələlər, hüququn istifadə olunması, 

marketinq, vergi, iqtisadiyyat, təbliğat, 

proqramların idarə edilməsi və digər 

əsas sahələrin mütəxəssisləri ilə əhatə 

olunaraq vəsait baxımından mümkün 

olan və zəruridir, lakin əsasən mövcud 

deyil, xüsusilə də gəlir səviyyəsi aşağı 

və orta olan ölkələrdə.       

Buna baxmayaraq tütün əleyhinə 

mübarizə üzrə ÜST Çərçivə 

Konvensiyası daha da qüvvətlənir. 

Tütün əleyhinə mübarizə üzrə ÜST 

Çərçivə Konvensiyası artıq 150 Tərəfi 

əhatə edir, donorlar ölkələrə göstərilən 

maliyyə yardımlarını genişləndirirlər. 

Bu gün ÜST bütün üzv ölkələrdə tütün 

əleyhinə mübarizəni sürətləndirmək 

məqsədi ilə MPOWER – tədbirlər 

kompleksini işə salır ki, bu da milli 

hökumətlərə və yerli icra orqanlarına, 

dünyanı hədələyən, bu günədək ən 

ciddi olan təhlükəyə müqavimət 

göstərmək üçün, tütünlə effektli  

mübarizəni daha geniş aparmaq 

imkanını verir.  

Tütün epidemiyası ilə mübarizə 

aparmaq üçün ölkələrin MPOWER-i 

qəbul etməyə və reallaşmasını təmin 

etməyə görə siyasi iradəsi olmalıdır. 

Tütünlə mübarizə tədbirlərinin 

effektliyinə və ictimai dəstəyə 

baxmayaraq yalnız beş ölkədən biri 

əsas strategiyaların beşindən heç 



olmasa birini – tütün tüstüsündən 

azad zonaların yaradılması, tütündən 

asılılığın müalicəsi, tütün 

məmulatlarının qutularında sağlamlığa 

dəyən zərərlər barədə xəbərdarlıqlar, 

tütün məhsullarının reklamına, 

satışının stimullaşdırılmasına və 

sponsorluğuna qoyulmuş qadağalar, 

tütün məmulatlarına qoyulan vergilər – 

öz əhalisini qoruyacaq səviyyədə 

həyata keçirdi, bununla belə heç bir 

ölkə altı strategiyadan hamısını 

maksimal yüksək səviyyədə həyata 

keçirməmişdir. Əgər ölkələr 

MPOWER-i qəbul edə və riayət 

olunmasını təmin edə bilsələr, onlar 

milyonlarla insanın xəstələnməsinin və 

ölümünün qarşısını ala bilərlər.     



Tütün bəĢəriyyətin tarixində 

sağlamlıq sahəsinə aid ən 

böyük yeni faciələrdən biri

dir. 

D-

r Qru Xarlem Brundtland, Ümumdünya Səhiyyə 

TəĢkilatının keçmiĢ BaĢ direktoruя (1998 il)

 

17


     

Qlobal tütün 

     

böhranı

 

Tütün – qlobal ölüm faktorudur

Baxmayaraq ki, tütün səbəbindən 

baş verən ölümlər nadir hallarda 

KİV başlıqlarında əksini tapır, tütün 

hər altı saniyədə bir nəfəri öldürür

1



Tütün cəmi istifadəçilərin 1/3-dən 



yarısınadək öldürür

2

 və bununla da 



həyatı orta hesabla 15 ilədək 

qısaldır


2,3,4

. Bu gün tütündən 

istifadə dünyanın böyük əhalisinin 

on nəfərdən birinin ölümünün 

səbəbidir – ildə beş milyon 

insandan çox

1

. Təcili tədbirlər 



görülməzsə, 2030-cu ilədək hər il 

tütün səbəbindən səkkiz milyon 

insan dünyasını dəyişə bilər

1,5


.  

Hesablamalar göstərir ki, indiki 

tendensiyalar saxlanarsa, tütün 

hazırda dünyada yaşayan təxminən 

500 milyon insanı öldürəcək

6



İyirmi birinci əsr ərzində tütün bir 

milyard insanın həyatına son qoya 

bilər

7

. Siqaret çəkənlərin 



əksəriyyəti, bu tez vərdiş yaradan 

maddədən asılılığın yaranmasına 

görə, siqaret çəkməkdən imtina 

etmək istəsələr də bunu edə 

bilməyəcəklər.  

Siqaretlər və çəkilməsi üçün 

nəzərdə tutulan digər tütün 

məmulatları siqaret çəkənin ilk 

qullabından vərdiş yaradan nikotini 

beyinə tez çatdırır – təxminən 

şprisin istifadəsi ilə aparılan vena 

daxili inyeksiya intensivliyi ilə

8



Hətta tütün sənayesi siqaretləri 



“nikotini çatdıran cihaz” kimi 

adlandırırlar. Lakin tütünün 

çəkilməsindən yaranan effekt yalnız 

bir neçə dəqiqə davam etdiyinə 

görə tütün çəkənlər yenidən 

çəkməyənədək, abstinent 

sindromunu keçirirlər

10

.   



Baxmayaraq ki, adi siqaretlər daha 

çox yayılmıış çəkilən tütün 

məmulatlarıdır, bidi, kreteklər və 

qəlyan kimi digər tütün məmulatları 

məşhurluq qazanır, çox vaxt onların 

sağlamlıq üçün daha az təhlükəli 

olması barədə yalnış təsəvvürün 

hesabına görə. Lakin tütünün bütün 

növləri təhlükəlidir

11

. Tütünün 



istənilən formada çəkilməsi 90%-

dək bütün ağ ciyərlərin xərçəngi 

xəstəliklərinin səbəbidir, ölümlə 

nəticələnən insultlar və ürək 

tutmalarının əhəmiyyətli risk 

faktorudur

12

.   


Bidi – kiçik əl ilə hazırlanan 

siqaretlərdir ki, bunlar adətən 

Hindistan və digər Cənub Şərq 

Asiya ölkələrində çəkilir,  

tərkibində adi siqaretdən üç dəfə 

çox karbon oksidi və nikotin, beş 

dəfə çox qatran vardır

13

. Bidi 



çəkənlər üçün ağız boşluğunun 

xərçəngi ilə xəstələnmə riski 

cəkməyənlərlə müqayisədə üç dəfə 

çoxdur, eləcə də onlar ağ ciyərlərin, 

mədə və qida borusu xərçənginə 

dair yüksək riskə məruz qalırlar. 



Ġnsanları öz mövqeyinizlə tanıĢ edin 

18


 

 

 

 

 

 

 

…tütün yeganə leqal istehlak malıdır ki,

təyinatı üzrə ondan istifadə edənlərin 

təxminən yarısını öldürür. 

 

The Oxford Medical Companion (1994 il.) 

Kreteklər – İndoneziyada çəkilən, tütün 

və mixəkdən hazırlanan siqaretlərdir, 

onu çəkənləri ağ ciyərlərin kəskin 

zədələnməsi riskinə məruz qoyur. Şişa – 

Şərqi Aralıq dənizi ərazisində çəkilən, 

qəlyan üçün aromatik tütün, ağ 

ciyərlərin, ürək-damar və xərçəng 

xəstəlikləri ilə əlaqəlidir

11

.    


Tütün təkcə siqaret çəkənlər üçün 

xəstəlik və ölümlə nəticələnmir. Passiv 

siqaretçəkmə də ciddi, çox vaxt 

sağlamlıq üçün qaçılmaz nəticələr verir. 

Birləşmiş Ştatlarda hər il 3400 insanın 

ağ ciyərlərin xərçəngi və 46 000 insanın 

ürək xəstəliklərindən ölümünün səbəbi 

passiv siqaret çəkmədir. Hesablamalara 

görə Birləşmiş Ştatlarda passiv 

siqaretçəkmə hər il 430 hallarda təzə 

doğulmuşların qəfildən ölümünün, 

24 500 hallarda aşağı çəki ilə uşaqların 

doğulmasının, 71 900 hallarda 

vaxtından əvvəl doğuşların və 200 000 

hallarda uşaq astması tutmalarının 

səbəbidir

14

.  


Tüstüsüz tütün həmçinin sürətli vərdiş 

yaradır və baş, boyun, qida borusu və 

mədəaltı vəzinin xərcənginin, eləcə də 

ağız boşluğunun bir sıra xəstəliklərinin 

səbəbidir

11,15


. Faktlar sübut edir ki, 

tüstüsüz tütünün bəzi növləri həmçinin 

ürək xəstəlikləri və aşağı çəki ilə 

uşaqların doğulması riskini yüksəldir

16

.  


TÜTÜN

 

ONDAN ĠSTĠFADƏ EDƏNLƏRĠN   

TƏXMĠNƏN HƏR ĠKĠ NƏFƏRDƏN BĠRĠNĠ ÖLDÜRÜR 

Bu gün yaşayan 1 milyarddan çox siqaret çəkənlərin 

təxminən 500 milyonu tütün səbəbindən həlak olacaq

19


Artan epidemiya

Əgər təcili tədbirlər görülməzsə, 

dünyada siqaret çəkənlərin sayı 

artmaqda davam edəcək

17



Sağlamlığa bilavasitə təsir edən digər 



təhlükəli maddələrdən fərqli olaraq 

tütün ondan istifadə etməyə 

başladıqdan yalnız illər və ya 

onilliklər ötdükdən sonra adətən 

inkişaf etməyə başlayan xəstəliklərlə 

əlaqəlidir. İnkişaf edən ölkələr tütün 

epidemiyasının erkən mərhələlərində 

olduğuna görə onlar tütündən istifadə 

ilə əlaqədar xəstəliklər və ölüm 

nəticələrini, hələ ki, tam hiss etmirlər, 

necə ki, daha varlı ölkələrdə, ötən 

əsrin əksər dövründə geniş 

yayıldığına görə, tütündən istifadənin 

nəticələri artıq aydın görünür.   

Gəlir səviyyəsi aşağı olan ölkələrdə 

tütün istehlakı ən yüksək templərlə 

artır, çünki orada əhalinin sayının 

durmadan artması ilə yanaşı tütün 

sənayesi də daha çox bu əhaliyə 

istiqamətlənir, nəticədə isə hər il 

milyonlarla insan tütündən asılı 

vəziyyətə düşür. 2030-cu ilədək 

tütündən ölüm hallarının 80%-dən 

çoxu gəlir səviyyəsi aşağı və orta 

olan ölkələrin payına düşəcək

1

.   



Təxminən 100 milyon çinli kişi, 

hansılar ki, bu gün 30 yaşındadır, 

tütündən istifadə səbəbindən 

öləcək


18

. Hindistanda orta yaşlı 

kişilər arasında ölüm hallarının 1/4-

nin səbəbi siqaretin çəkilməsidir

19



Bu halda ki, həmin qrupda siqaret 



çəkənlərin sayı əhalinin artması ilə 

yanaşı gedir, ölüm hallarının sayı da 

artacaq. Tütün epidemiyasının inkişaf 

edən ölkələrə tərəf yönəlməsi, ən 

yüksək əhali artımı olan ölkələrin 

görünməmiş səviyyədə xəstəliklər və 

vaxtından əvvəl ölüm səviyyəsi, 

eləcə də tütün istehlakının potensial 

artması və səhiyyə xidmətlərinin 

daha çətin əldə edilməsi ilə 

nəticələnəcək.    

Çox saylı əhalisi olan ölkələrdə gənc 

qadınlar arasında tütündən istifadənin 

geniş yayılması – artan epidemiyanın 

ən vahiməli tendensiyasıdır. Bir çox 

ölkələrdə qadınlar ənənəvi olaraq 

tütündən istifadə etmirdilər: qadınlar 

arasında siqaret çəkənlərin faizi 

kişilərlə bağlı eyni göstəricilərə 

nisbətən dörd dəfə azdır. Qadınların 

əksəriyyətinin bu gün tütün 

məmulatlarından istifadə etmədiyinə 

görə tütün sənayesi qadınlara qarşı 

təcavüzkar siyasət yeridir ki, bu yeni 

potensial satış bazarından da istifadə 

etsin. Reklam, satışın 

stimullaşdırılması və sponsorluq, o 

cümlədən qadın problemlərinin 

həllinə yönəldilən ianələr, qadınların 

tütünün istifadəsindən çəkinmələrini 

zəiflədir. Tütün məmulatlarının 

dizaynı və marketinqi, o cümlədən 

reklamda cəlb edici modellərin və 

xüsusilə qadınlara təklif edilən 

markaların istifadə edilməsi açıq-

aydın qadınlar arasında 

siqaretçəkmənin stimullaşdırılmasına 

yönəldilir. 

Yüz il əvvəl müasir formalarda 

tütündən istifadəyə başlayan Avropa 

ərazisinin böyük hissəsində, siqaret 

çəkən kişilərin və qadınların faiz 

nisbiliyi onilliklər ərzində 

bərabərləşirdi. Bu gün avropa kişiləri 

arasında siqaret çəkənlərin faizi 

azalır, qadınlar arasında isə artır, 

xüsusilə də qərb, mərkəzi və cənubi 

Avropada


20

. Avropa birliyinin əksər 

ölkələrində yeniyetmə qızlar oğlanlar 

kimi və bəlkə də daha çox siqaret 

çəkməyə meyillidirlər

21

. İnkişaf edən 



ölkəlrdə yaşlı qadınlar arasında 

tütündən istifadə edənlərin faizi 

nisbətən aşağıda qalmaqdadır, lakin 

yeniyetmə qızlar arasında arta bilər. 

Cənub-Şərq Asiyada yaşlı kişilər 

arasında siqaret çəkənlərin faizi on 

dəfə çoxdur nəinki yaşlı qadınlar 

arasında


17

. Lakin 13–15 yaşlı 

yeniyetmələr arasında siqaret çəkən 

gənc oğlanların faizi siqaret çəkən 

gənc qızların faizindən təxminən 2,5 

dəfə çoxdur

21



Epidemiyanın təsirinə daha çox 



məruz qalan dünyanın  regionlarında 

bir problem də mövcuddur – burada 

bidi, kreteklər və qəlyan kimi tütün 

məmulatları daha geniş çeşidlidir. 

Siqaretlər kimi bu məmulatlar da 

ölümcül dərəcədə təhlükəlidir. Lakin 

onlar tütündən quruluşuna görə 

fərqləndiyindən çox vaxt onların 

qutularına siqaretlərdə olduğu kimi 

xəbərdarlıqlar yerləşdirilmir, eyni 

vergilər və eyni məhdudiyyətlər 

tətbiq edilmir. Təbiidir ki, çoxlarının 

fikrincə onlar siqaretlərdən daha az 

təhlükəlidirlər.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin