Biolyuminessensiya heyvanların həyatında əsasən siqnal əhəmiyyəti daşıyır. İşıq siqnalları sürüdə
istiqamətlənmək (səmtlənmək), digər cinsi cəlb etmək, şikarı (ovu) tovlamaq (aldadıb çağırmaq), maskalanmaq
və ya yayındırmaq (azdırmaq) məqsədi daşıyır. İşıqsaçma yırtıcının gözünü qamaşdırmaq və istiqamətini
çaşdırmaq, ondan qorunmaqda da istifadə olunur. Məsələn, dərinlikdə yaşayan mürəkkəbböcəyi (dəniz mo-
lyusku) düşmənindən xilas olunaraq işıqlanan sekret (şirə) buludu buraxır, halbuki işıqlı sularda yaşayan növlər
bu məqsədlə qara mayedən istifadə edir.
Daima toranda və zülmət qaranlıqda yaşayan hidrobiontların görmə səmtləşməsi imkanını məhdudlaşdırır.
İşıq şüalarının suda tez sönməsi ilə əlaqədar hətta yaxşı inkişaf edən görmə orqanlarının köməyi ilə yalnız yaxın
məsafədə istiqamətlənmək mümkündür.
Səs suda havada olduğundan daha tez yayılır. Hidrobiontlarda səslə istiqamətlənmə görməyə nisbətən daha
yaxşı inkişaf etmişdir. Bəzi növlər hətta çox aşağı tezlikli (infrasəs) səsləri eşidir və fırtınadan əvvəl vaxtında
üst qatlardan daha dərin qatlara enir (məs. meduzalar). Su hövzələrinin bir çox sakinləri – məməlilər, balıqlar,
molyusklar, xərçəngkimilər özləri səs verir. Xərçəngkimilər bədənlərinin müxtəlif hissələrini bir-birinə
sürtməklə;balıqlar üzücü kisələri, udlaq dişləri, çənələri və digər üsullarla səs çıxarırlar. Səs siqnalları hər
şeydən əvvəl növdaxili qarşılıqlı əlaqə, məsələn, sürüdə istiqamətlənmək, digər cinsin fərdlərini cəlb etmək
vəzifəsi daşıyır və bu xüsusən bulanlıq sularda və dərində qaranlıq şəraitində yaşayan orqanizmlərdə yaxşı
inkişaf etmişdir.
Bütün su heyvanlarına xas olan ən qədim üsul mühitin kimyəvi xassəsini qavramaqdır. Bir çox balıqlar
üçün xarakterik olan min kilometrlərlə miqrasiya zamanı əsasən iyə görə istiqamət götürür və çox dəqiqliklə
kürü qoymaq və ya kökəlmə yerlərini tapırlar.
Bəzi hidrobiontlarda süzmə (süzülmə) qidalanmaq tipi hesab olunur. Onlar suda həll olunan üzvi mənşəli
asılı hissəcikləri və bir sıra kiçik orqanizmləri süzdürür və ya çökdürür. Belə qidalanma tipində yem axtarmaq
üçün böyük enerji sərfi tələb olunmur və bəzi molyusklar, oturaq dərisitikanlılar, polixet, plankton xərçəngciklər
və b. üçün səciyyəvidir. 1 m
2
sahədə yaşayan midilər (dəniz molyusku) manti boşluğundan sutka ərzində 150-
280 m
3
su ötürərək asılı hissəcikləri çökdürür. Şirin suda yaşayan dafnilər, taygözlər və okeanda ən kütləvi
yayılan xərçəngciyin (Calanus finmarchicus) hər bir fərdi gün ərzində 1,5 litr suyu süzgəcindən keçirir. Okeanın
litoral zonası xüsusilə süzücü orqanizmlərlə zəngin olub effektli təmizləyici sistem kimi fəaliyyət göstərir.
Yer üzərində daşqınlar, güclü yağışlar, qarın əriməsi və b. səbəblərdən əmələ gələn çoxlu müvəqqəti, dərin
olmayan su hövzələri mövcuddur. Bu su hövzələri qısa müddət mövcud olsalar da, orada çox müxtəlif hidro-
biontlar məskunlaşır. Bu quruyan hövzələrin sakinlərinin ümumi xüsusiyyəti qısa müddət ərzində çoxlu nəsil
vermək və uzun dövr susuzluğa dözməkdir. Onlar əlverişsiz şəraitdən (susuz) çıxmaq üçün olduqca müxtəlif
üsullardan istifadə edərək sonrakı ildə yenidən nəsil verməyə başlayır.
Dostları ilə paylaş: |