1. Şiddətli sel olan rayonlar. Buraya Böyük Qafqazın cənub yamacının mərkəzi hissəsi, Naxçıvan MR-in
Ordubad, Culfa və Şahbuz rayonları daxildir. Bu rayonlarda sellərin inkişafına şərait yaradan təbii amillər
vardır. Böyük Qafqazın cənub yamacı relyef xüsusiyyətlərinə və geoloji quruluşuna görə digər dağlıq
rayonlarından kəskin fərqlənir. Burada dağ yamaclarının çox yerləri asanlıqla aşına bilən gil şistlərindən, qum
və mergellərdən ibarət olub, həm səth və qobu eroziyasının geniş yayılması, həm də sellərin inkişafı üçün
əlverişli şərait yaradır.
Dostları ilə paylaş: |